Həyatı
7 sentyabr 1518-ci ildə Şah İsmayıl Xətai və Şahbəyim xanım Mosullunun ikinci övladı olaraq dünyaya gəlmişdir. Saray təhsili almışdır.
Fəaliyyəti
İctimati fəaliyyətə ilk dəfə 11 yaşında Xorasan vilayətinin hakimi kimi başlamışdır. Herat qalasında Qazi xan Təkəlinin qəyyumluğu altında yaşayan Bəhram Mirzənin hakimiyyəti özbəklərin hücumları ilə kölgələnmişdi. 1532-ci ilin yazından 1533-cü ilin oktyabrına qədər mühasirədə qalan Bəhram Mirzə 1533-cü ildə qardaşı Sam mirzə Səfəvi ilə əvəz olundu. 1534-cü ildə Azərbaycanı Osmanlıya qarşı qoruyan Bəhram, 1536-cı ildə Lahicana hakim təyin edildi. Lakin yerli xalqla əlaqəsi zəif olan Bəhram bu dəfə 1546-cı ildə Həmədana hakim təyin edildi. Əlqas mirzə Səfəvinin həbsində önəmli rol oynayan Bəhram 1550-ci ildə qəflətən vəfat etdi.
Tarix: 21.01.2015 / 13:45 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycanlı sülalələr