Tərtər Ərazi Özünü Müdafiə Batalyonu — Qarabağ müharibəsi başlayanda Ermənistanla qonşu olan rayonlarda olduğu kimi Tərtər rayonunda da rayonun müdafiəsini təşkil etmək məqsədi ilə Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Süleyman oğlu Hüseynovun təşkilatçılığı altında 12.11.1991-ci ildə MN-nin 813 sayli əmri ilə Müdafiə Nazirliyinin ilk hərbi hissələrindən biri olan Tərtər Ərazi Özünü Müdafiə Batalyonu (813 saylı hərbi hissə) yaradıldı.
Batalyonun ilk komandırı 1991-1993-cü illərdə Elman Hüseynov, Qərargah rəisi 1991-1993-cü illərdə Pənah Məmmədov oldu.
Qısa zaman ərzində 1992-ci ildə Ağdərənin 20 yaxın yaşayış məntəqəsi və Ağdərə şəhəri Tərtər Batalyonun apardığı uğurlu əməliyyatlar nəticəsində düşməndən təmizləndi. Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Batalyonun 200 yaxın döyüşçüsü qəhrəmancasına şəhid oldu,yüzlərlə döyüşçüsü əlil oldu. Batalyon hazırda Tərtərdə yerləşən MN-nin N saylı Hərbi hissəsi dislokasiya olduqdan sonra 1993-cü ildə əlahiddə h/h olaraq ləğv olundu.
Batalyon iki zabiti (batalyon komandiri Elman Hüseynov, batalyon komandirinin müavini Vəzir Orucov) ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı aına layiq görülmüşdür.
Tarix: 27.01.2015 / 15:50 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Azərbaycanın müharibələri