Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayram Məmmədov

Məmmədov Bayram Məhəmməd oğlu — “Vətən uğrunda” medalı ilə təltif edilmiş döyüşçü

Həyatı
22 mart 1970-ci ildə Laçın rayonunun Minkənd kəndində doğulmuşdur[1]. Minkənd orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə əsgəri xidmətini Rusiya Federasiyasının Orenburq vilayətindəki qapalı hərbi hissədə keçmişdir.

20 fevral 1990-cı ildə Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olmuş, torpaqlarımız uğrunda mücadilə aparmışdır. 1992-ci il iyunun 7-də qəhrəmancasına həlak olmuşdur. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.

Təltifləri
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 867 saylı sərəncamı ilə Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində və xidməti vəzifələrin yerinə yetirilməsində şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Məmmədov Bayram Məhəmməd oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Laçın rayonunun Minkənd kənd orta məktəbinə Bayram Məhəmməd oğlu Məmmədovun adı verilmişdir.


Tarix: 26.01.2015 / 18:16 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Azərbaycanın müharibələri‎
loading...