Həyatı
Telman Həsənov 1939-cu ildə Xankəndi şəhərinin Kərkicahan rayonunda dünyaya gəlmişdir. Təhsilini Xankəndi şəhəri 4 saylı tam təmayüllü orta məktəbində alır. Məktəbi 1956-cı ildə qızıl medalla bitirir və Bakı Yanğından Mühafizə İdarəsi nəzdindəki İnstitutda dərs alır. Sonra bir müddət həmin komandanlıqda işləyir. 1963-cü ildə Xankəndidəki yanğından mühafizə alayına göndərilir. 1968-ci ildə ailə həyatı qurur. 1975-ci ildə ermənilərin fitnəsi ilə vəzifəsindən çıxarılır. 1984-cü ildən Xankəndi və Xocalı tikinti idarələrində iş icraçı işləyir.
Müharibə illəri
Telman Həsənov Dağlıq Qarabağdakı proseslərdə torpaqların müdafisində fəal iştirak edir. Xankəndidə azərbaycanlılardan ibarət birinci könüllü dəstəsinin başçısı olur. 1991-ci ilin payızında ermənilər Kərkicahanı güclü atəşə tuturlar. Bu zaman güllələrdən biri onun ürəyinə dəyir və o, şəhid olur. Atışma o qədər güclü olmuşdur ki, onun meyitini 5 saat ərzində çıxartmaq mümkün olmur. Məzarı Xankəndi Şəhər Şəhidlər Xiyabanında idi.
Tarix: 27.01.2015 / 14:45 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Azərbaycanın müharibələri