Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağdərə rayonu - Əhalisi və Ərazisi

Əhalisi
Ağdərə rayonu Şuşanı çıxmaqla Dağlıq Qarabağda ən çox azərbaycanlı yaşayan rayon idi. İşğala qədər Ağdərinin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb.
Ərazisi
Səthi əsasən dağlıq, şərq hissəsi isə dü-zənliklərdən ibarətdir. Faydalı qazıntıları – Mehmana polimetal yatağı, əhəngdaşı və gipsdən ibarətdir. Mehmana yatağının filizlərinin tərkibində sink, qurğuşun və digər qiymətli metallar var. (Asan saflaşır, sənaye əhəmiyyətlidir). Əsas çayları Tərtər çayı və Xaçınçaydır. Tərtər çayı üzərində 1976-cı ildə Sərsəng su qovşağı yaradılmışdır. Tərtər kompleksi həm elektrik enerjisi almaq, həm də suvarma məqsədilə qurulmuşdu. Anbarda suyun həcmi 560 min kub metr, ildə 125 milyon kilovat saat elektrik enerjisi verirdi və düzən Qarabağın və dağətəyi zonanın 120 min hektar torpaq sahəsinin suvarılması onunla təmin edilirdi. İşğaldan əvvəl 78 min hektar əkin sahəsi suvarılırdı. Rayon ərazisinin 75,59 min hektarı və yaxud 44 faizini meşələr tuturdu.

Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi. İqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu (1988-ci il). Kənd təsərrüfatına yararlı torpaqlar 53324 hektar idi. Bunun 21189 hektarı əkin yeri, 5931 hektarı çoxillik bitkilər, 1892 hektarı biçənək, 22863 hektarı örüş idi. Suvarılan torpaqlar 15 min hektar idi. Əkin sahəsinin 9,7 min hektarı dənli-paxlalı bitkilər (buğda, arpa, qarğıdalı) və kartof, 11,3 min hektarı yem bitkiləri əkinləri idi. Rayonda üzümlüklər 3,4 min hektar sahəni tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi.


Tarix: 26.01.2015 / 13:41 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycanın müharibələri‎
loading...