Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vyaçeslav Tixonov

Vyaçeslav Vasilyeviç Tixonov (rus. Вячеслав Васильевич Тихонов) - sovet və Rusiya kinoaktyoru.Mündəricat
1 Həyatı
2 Kino karyerası
3 Filmoqrafiya
4 Mənbə


Həyatı

Vyaçeslav Tixonov 1928-ci il fevral ayının 8-də Moskva Quberniyasının Pavlovski-Posad şəhərində sadə fəhlə-qulluqçu ailəsində anadan olub. Valideynləri onu aqronom görmək istəyirdilər. Ancaq o 1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirir.

Kinoda ilk rolunu 1948-ci ildə "Gənc qvardiya" bədii filmində alır. Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mardyukova ilə tanış olur. Film ekranlara çıxan ərəfədə onların artıq oğulları dünyaya gəlir. Amma bu evlilik uğurlu olmur və onlar ayrılırlar. Onların övladları Vladimir Tixonovun həyatı da uğursuz olur. 42 yaşı olarkən narkotikdən istifadə edən Vladimir dünyasını dəyişir.

Aktyor ikinci dəfə Tamara ilə ailə həyatı qurur. Amma bu ailənin də ömrü uzun olmur. V.Tixonov ömrünün son 15 ilini tənhalıqda keçirir və 2009-cu il dekabrın 4-də 82 yaşında dünyasını dəyişir.

Kino karyerası

Vyaçeslav Tixonovun kinoda ən məşhur rolu "Baharın on yeddi anı" filmindəki məşhur Otto fon-Ştirlis rolu olur. Amma aktyorun özünün ən çox sevdiyi rol "Qaraqulaq və ağ Bim"dəki tənha qoca roludur. Çünki burada o özünü, öz yaşam tərzini və gələcək taleyini oynayıb.

Filmoqrafiya
Gənc qvardiya (film, 1948)
Baharın on yeddi anı (film, 1973)
Qaraqulaq ağ Bim (film, 1977)


Tarix: 07.02.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 266 Bölmə: Aktyorlar
loading...