Ələkbər Hüseyn oğlu Hüseynzadə (3 Oktyabr, 1887, Bakı-14 Noyabr, 1967, Bakı) - Azərbaycan SSRİ-nin əməkdar artisti.Mündəricat
1 Həyatı
2 Adlar və Mükafatlar
3 Filmoqrafiya
4 Həmçinin bax
Həyatı
Azərbaycan Respublikasının əməkdar artisti (1957), Stalin mükafatı laureatı (1946) Ələkbər Hüseyn oğlu Hüseynzadə 3 oktyabr 1887-ci ildə Bakıda zərgər ailəsində doğulub. Beş il mollaxanada oxuyub və sonra rus-tatar məktəbində təhsilini davam etdirib. İlk dəfə səhnə müəllimi Səməd bəy Hacıəliyevin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun quruluşunda "Tamahkarlıq düşmən qazanır" (Vasaq Mədətov) tamaşasında Molla Cəbi rolunda çixıb. Bu gündən sonra müxtəlif teatr truppalarında çıxış edən Ələkbər Hüseynzadə əsasən komediya aktyoru kimi tanınıb. Ələkbər Hüseynzadə 1913-cü ildə tamaşaya qoyulan "Arşın mal alan"da Soltan bəyin ilk ifaçısı kimi böyük şöhrət qazanmış və uzun illər həmin rolun ən yaxşı yaradıcısı olmuşdur. "Arşın mal alan" filmində də Soltan bəy roluna məhz o çəkilib və bu rola görə Stalin mükafatına layiq görülüb. Aktyor "Nicat" və "Müdiriyyət" truppalarında dramatik rollarla yanaşı, musiqi əsərlərindən "Məşədi İbad"da Hambal və Məşədi İbad, Zülfüqar bəy Hacıbəyovun "Ər və arvad"ında Kəblə Qubad rollarını da oynayıb, müxtəlif operalarda da çıxış edib. 1920-ci ilin mayında bugünkü Milli Dram Teatrı yenidən formalaşanda onun truppasına Ələkbər Hüseynzadə də daxil olub. Yaradıcılığı əsasən realizmi, səmimiyyəti və həyatiliyi ilə səciyyəvi olan aktyorun çoxsaylı rollarından bunları xüsusi göstərmək olar: Hacı Qara və Kərəməli ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Şeyx Nəsrulla və Hacı Həsən ağa ("Ölülər", Mirzə Cəlil Məmmədquluzadə), Həsən ("Ac həriflər"), Hacı Fərzəli ("Dursunəli və ballıbadı", Sultanməcid Qənizadə), Molla Cəbi ("Molla Cəbi", Mirmahmud Kazımovski), Təlxək və Hacı Səməd ağa, Kərbəlayı Bəndəli və Mirzə Qoşunəli ("Pəri cadu" və "Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Hüseynqulu, Hacı Salman, Hacı Məmmədhüseyn və Məşədi Cavad ("Dövlətibisəmər", İsmayıl Rüstəmbəyov), Yolçu, Ədhəm xan və Şah Sultan Hüseyn xan ("Nadir şah", Nəriman Nərimanov), İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), Serqo ("Şeyx Sənan", Hüseyn Cavid), Zabit və Abdulla çavuş ("Vətən", Namiq Kamal), Qraf İqnatov ("Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Yuhan, Saman ("Ərmənusə" və "Xalid ibn Valid", Yusif Talıbzadə), "Boqdan ("Tamahkarlıq", Əhməd Qəmərli), Lodoviqo ("Otello", Vüyam Şekspir), Molla Nəsrəddin ("Molla Nəsrəddin", Qulamrza Şərifzadə), Əmir ("Yezid ibn Müaviyyə", Mehdi Hacıbababəyov - Hacınski), Türen ("1812-ci il" və yaxud "Moskva yanğını", Baxmetov), Şeyxülislam, ("Köhnə Türkiyə", Rza Zaki Lətifbəyov), Kərbəlayı Vəli ("Pulsuzluq", İvan Turgenevdən təbdil edəni Ceyhun Hacıbəyli), Yuvil ("Uriel Akosta", Karl Qutskov), Babakişi, Hacı Əhməd, Allahverdi ("Sevil", "Almaz" və "1905-ci ildə", Cəfər Cabbarlı). Aktyor "Arşın mal alan" operettasındakı Soltan bəy rolunu opera teatrının və Musiqili Komediya Teatrının quruluşlarında da oynayıb. Ələkbər Hüseynzadə Bakıda Sultan Muradovun "Kəblə Xudu", Əliağa Vahidin "Milli meyxana", Baba Qubinskinin "Yeni kupletlər" oyun-məzhəkələrini tamaşaya hazırlayıb. Sənətkar 4 noyabr 1967-ci ildə Bakıda vəfat edib.
Ələkbər Hüseynzadə komediya ustası olmaqla yanaşı dramatik rollarda da çıxış etmişdir. "Arşın Mal Alan" operettasında yaratdığı Soltan bəy obrazı yaradıcılığında xüsusi yer tutur. O bu rolu teatrda 600 dəfə, kinoda isə iki dəfə ifa etmişdir. Onun bu ifası hələ inqilabdan əvvəl Azərbaycan və rus mətbuatında, eləcə də Üzeyir Hacıbəyov tərəfindən yüksək qiymətləndirilmişdir; eyniadlı filmdə (1945) həmin rolda çəkmişdir.
Adlar və Mükafatlar
SSRİ Dövlət Mükafatı Laureatı (1946)
Azərbaycan Əməkdar Artisti (1957)
"Lenin Ordeni"
Filmoqrafiya
Almaz (film, 1936)
Altıncı hiss (film, 1935)
Arşın mal alan (film, 1917)
Arşın mal alan (film, 1945)
Bizim küçə (film, 1961)
Böyük dayaq (film, 1962)
Əmək və qızılgül (film, 1962)
İyirmialtılar (film, 1966)
Kölgələr sürünür (film, 1958)
Qara daşlar (film, 1956)
Qız qalası (film, 1924)
Leyli və Məcnun (film, 1961)
Mahnı belə yaranır (film, 1957)
Ögey ana (film, 1958)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Sehrli xalat (film, 1964)
Səhər (film, 1960)
Səhər (veriliş, 1995)
Üzeyir ömrü (film, 1981)
Tarix: 06.02.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 427 Bölmə: Aktyorlar