Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Georgi Vitsin

Georgi Mixayloviç Vitsin (rus. Георгий Михайлович Вицин) — rus aktyoru, Rusiyanın xalq artisti (1990).

Həyatı

Georgi Vitsin 23 aprel 1918-ci ildə Petroqradda anadan olmuşdur.

1934-1935-ci illərdə Vaxtanqov adına teatr məktəbində təhsil almışdır. 1937-cı ildən M.N. Yermolov adına Moskva teatrının aktyoru kimi işləmişdir.

Onun rəsmən kinoya gəlişi Sergey Eyzenşteynin "İvan Qroznı" filmilə olur. "Ehtiyat oyunçu" filmindən sonra məşhurlaşan Vitsin onun ardınca "O sizi sevir" filmində rol alır. Elə bu illərdə çəkilən "Belinski" filmində isə Nikolay Qoqolun rolunu ifa edir.

Onu bütün SSRİ-də tanıdan kino rolu isə tanınmış kinorejissor Leonid Qaydayın filmlərindəki Qorxaq obrazı olur. G. Vitsin bu obrazı 4 filmdə – "Barbos iti və qeyri-adi qaçış", "Araq çəkənlər", ""I" əməliyyatı" və "Qafqaz əsiri" ifa etməyə müvəffəq olur. Vitsin, bundan başqa bir çox animasiya filmlərinin dublyajı ilə də məşğul olmuşdur.

Ömrünün son illərini öz mənzilində bütün jurnalistlərdən "qaçaraq" keçirən Georgi Mixayloviç Vitsin 23 oktyabr 2001-ci ildə vəfat etmişdir.

Filmoqrafiya
İvan Qroznı (1944)
Belinski (1951)
Bəstəkar Qlinka (1952)
Ehtiyat oyunçu (1954)
Meksikalı (1955)
O sizi sevir (1956)
Don Kixot (1957)
Gitaralı qız (1958)
Vasili Surikov (1959)
Barbos iti və qeyri-adi qaçış (film, 1961)
Araq çəkənlər (1961)
Birinci trolleybus (1963)
"I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
Göy qurşağının formulu (1966)
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
12 stul (film, 1971)
Uğur centlmenləri (1971)
Ola bilməz! (1975)
Əllər yuxarı! (1981)
Həyat üçün təhlükəlidir! (film, 1985)


Tarix: 07.02.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 273 Bölmə: Aktyorlar
loading...