Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akif Mirzəyev

at
1 Aktyor
2 Həyatı
3 Filmoqrafiya
4 Həmçinin bax


Aktyor

Həyatı

Akif Əziz oğlu Mirzəyev 1965-ci ildə anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni- maarıf" fakultəsinə qəbul olunmuş, 1992-ci ildə oranı bitirmişdir. 1989-cu ildən H.Ərəblinski adına Dövlət Musiqili Dram Teatrında aktyor işləyir. 1989-cu ildən ( arada başqa teatrda işləməsi ilə əlaqədar bir neçə ili çıxmaq şərti ilə) bu günə kimi həmin teatrda çalışır. Akif Mirzəyevin yaradıcılığl çoxşaxəlidir. Daha çox xarakterik səpgili obrazların ifasına meyl edən Akif, özünü komediya janrında da sınamış və uğurlar qazana bilmişdir.

Akifin ifasında səhnə təcəssümü tapmış Dadaşbala (Rəhman Əlizadə "Dadaşbala əməliyyatı") , Qazı (Yusif Əzimzadə "Nəsrəddin"), Qoçu Baloğlan (Aqşin Babayev "Kim nə deyər bizdə olan qeyrətə") Milis serjantı (Vaqıf Səmədoğlu "Bəxt üzüyü" yuxarıda dediklərimizə əyani sübutdur.

Aktyorun xoş tembirli səsi və musiqi duyumu ona komediya tamaşalarında da obraz yaratmağa imkan verir. Onun Vəlisi (Ü.Hacıbəyov "Arşın mal alan"), Cinli Mayıl (İsi Məlikzadə və Süleyman Ələsgərov "Subaylarınızdan görəsiniz") tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Akif Mirzəyevin oynadığı Polis (Nodar Dumbadze "Ağ bayraqlar"), Kimyaçı deputat (Aqşin Babayev "Xilaskar"), Elnur ( Tamara Vəliyeva "Mənim ağ göyərçinim"). Qulu (S.S.Axundov "Tamahkar"), Səfərəli (Ü.Kevr "Xacə şah"), Hüseyn ( Rafiq Səməndər "Püşk"), Ənvər (Əyyub Qiyas "Qarışqa yuvası"), Mirzəqulu xan (Ə.Haqverdiyev " Ağa Məhəmməd Şah Qacar" pyesi əsasında işləyəni Vaqif İbrahimoğlu), Qaraca çoban ( "Oğuzlar" "Dədəm Qorqudun Kitabı"nın boyları əsasında işləyəni Firudin Məhərrəmov"), Cəllad ("Teyfiq Əl-Hakimin "Karıxmış sultan"), Dadaşbala (R.Əlizadə "Dadaşbala əməliyyatı"), Mirzə Baxşəli (C.Məmmədquluzadə "Anamın kitabı"), Axund (Ə.Səmədli "Ölüm hökmü") və sairələri Akif Mirzəyevin yaradıcılığının nümunələridir.

Filmoqrafiya
İnterpapa (film, 2006)
Dayanacaq (film, 2009)


Tarix: 31.01.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 574 Bölmə: Aktyorlar
loading...