Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adil Zeynalov

Adil Zeynalov - Aktyor, Azərbaycan Respublikasının əməkdar artisti

Həyatı

1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlamışdır.

1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakultəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ifa etdiyi bir sıra tamaşalardan rollar:
Ü. Hacıbəyov “Olanlardan-keçənlərdən” –Müəllim
M. Kərim “Piyada Mahmud” – Mahmud
İ. Əfəndiyev “Billur sarayda” – Zahid
M. Hüseyn “Cavanşir” – Zöhrab
. Məmmədquluzadə “Ölülər” – Lal
B. Nuşiç “Nazirin xanımı” – Ninkoviç
Ə. Haqverdiyev “Ağa Məhəmməd şah Qacar” – Səfərqulu xan
H. Mirələmov “Vicdanın hökmü” – Qara Fedya
Ə. Haqverdiyev “Bəxtsiz cavan” – Hacı Səməd ağa
H. Mirələmov “Pənah xan Cavanşir” – Nadir şah
H. Mirələmov “Ləyaqət” – Şeydabek
Ə. Əmirli “Onun iki qabırğası” – Dədə
Sofokl “Şah Edip” – Korifey
A.Mədətov “Sezarın qətli” – Brut
M.Xubai “Şeytanın oyunları” – Neron
Q.Qorin “Herastratı unudun”-Tissafern
K.Nəzirli “Şeytan işığı” – Con
M.Məmmədov “Sovqat” - Əflatun

A.Zeynalovun teatrda bir rejissor kimi quruluş verdiyi tamaşalardan:
Ə. Əmirli “Varlı qadın”
Ə. Əylisli “Vəzifə”
Q. Hüseyni, Ə.Cəmşidi “Hacı Kərimin aya səyahətı”
F. Mustafa “İlğım”
H. Cavid “Ana”
Y. Əzimzadə “Nəsrəddin”
L. Korsunski “Fırıldaqçı”
C. Fətullayev, A. Zeynalov “Muəmmalı ölüm”
Ə. Səmədli “Dəyirman əhvalatı”
Ə. Səmədli Toyda Çelentano oxuyur”
B. Nişiç “Nazirin xanımı”
V.Səmədoğlu “Mamoy kişinin yuxuları”
H.Muxtarov “Mən nənə ilə evlənirəm”

A.Zeynalov sənəti sevdiyinə, işgüzarlığına görə teatr kollektivi arasında böyük nüfuza malikdir. A.Zeynalov teatrda Yeni Azərbaycan Partiyasının ilk təşkilatının sədri və həmkarlar təşkilatının idarə heyətin üzvüdür.

Filmoqrafiya
Qətl günü (film, 1990)
Durnalar qayıtdı (film, 2003)
Teatr (film, 2004)
Susmuş vicdan (film, 2010)
Təlatüm II (film, 2011)


Tarix: 31.01.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 690 Bölmə: Aktyorlar
loading...