Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çingiz Əhmədov

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Əhmədov Çingiz Əli-Əşrəf oğlu (27.12.1962) – 27 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor ixtisasına yiyələnmişdir. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur.

İşlədiyi müddət "Boşanaq, evlənərik", "Bəbirlinin kələkləri", "Qızıl toy", "Sevgilimin anası", "Məşədi İbad", "Qız görüşə tələsir" tamaşalarında çıxış etmişdir.

1991-ci ildə Dövlət Gənclər Teatrına dəvət olunur. Gənclər teatrından dəfələrlə cəbhə bölgələrinə getmiş, çıxışlar etmiş və bu çıxışları fərmanlara, diplomlara layiq görülmüşdür. Bundan başqa teatrda aşağıdakı tamaşalarda da iştirak etmişdir: "Arvadımın əri özüməm", "Toy kimindir?", "Valeh kəndinə qayıt", "Hamlet", "Ox və hədəf", "Aldanmış kəvakib" və s.

2003-cü ildə Musiqili Komediya Teatrına dəvət olunur. Bu illər ərzində S.Fərəcov, R.N.Güntəkin "Bir günlük siğə"də, V.Adıgözəlov, Anar "Aldın payını, çağır dayını", A.Babayev "Bəydullanın möhtəşəm toyu" tamaşalarında koloritli, duzlu obrazlar yaratmışdır. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

Evlidir. 2 övladı var..

Filmoqrafiya
Bir az da Bahar bayramı (film, 1979)
Subaylarınızdan görəsiniz (film, 1991)
İtkin gəlin (film, 1994)
Kişiləri qoruyun (film, 2006)
Ayrılıq imiş (film, 2008)
Evləri göydələn yar (film, 2010)


Tarix: 05.02.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 309 Bölmə: Aktyorlar
loading...