Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elşən Cəbrayılov

Aktyor

Həyatı

Cəbrayılov Elşən Şahin oğlu 12 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.Universitetdə təhsil ala-ala Musiqili Komediya Teatrında, əvvəl balet artisti, sonra xor aktyoru işləyib. 2-ci kursda oxuyanda Akademik Milli Dram Teatrına dəvət olunaraq, N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan rolunu ifa edib. Elşən Cəbrayılov 1999-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub. O, teatrda aşağıdakı rolları oynayıb:

Şiruyə ("Fərhad və Şirin" S.Vurğun), 3-cü ərizəçisi ("Lənkəran xanının vəziri" M.F.Axundov), İlyas ("Aydın"C.Cabbarlı), 2-ci aktyor və Kapitan ("Hamlet"V.Şekspir), Patrik ("Brüsseldən məktublar" H.Həsənov), Vəkil ("Varlı qadın" Ə.Əmirli), Fikrət ("ikinci səs" B.Vahabzadə), Oğlan ("İnsan səsi" J.Kakto).

Elşən Cəbrayılov bir çox Dövlət səviyyəli tədbirlərdə yaxından və fəal iştirak edir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Aktyor Şahin Cəbrayılovun oğludur.


Tarix: 01.02.2013 / 19:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 211 Bölmə: Aktyorlar
loading...