Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anam ,Atam…

Yanında hüzur bulduğum
Səsindən umudla dolduğum
Tükənəndə sevgisinən
şarj olduğum adam-
Anam , atam.

Ətindən , kəmiyindən ,
qanından yoğrulduğum,
Təmasından su kimi
durulduğum.
Yaşadığca , yaşlandıqca
təzədən vurulduğum adam-
anam , atam.

Məni məndən əzəl
duyan,
Məni məndən öncə
oxuyan
Məni məndən belə
qoruyan adam-
anam , atam.

Bir daha bulamayacağım
Isti qucaq
Bir daha duyamayacağım
şəfqət , sevgi , sıcaq,
Məni hər halimlə
qucacaq adam-
Anam , atam.

Sadəcə bir kişi ,
bir qadındı sıradan
bir tanrı ,bir mələk,
bir adam
Məni yoxdan var edən,
Məni məndə yaradan adam-
Anam , atam.


Tarix: 26.12.2014 / 14:59 Müəllif: Aziza Baxılıb: 157 Bölmə: ANA ŞEİRLƏRİ
loading...