Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ANA ŞEİRLƏRİAna (Xatirəsinə)

Həyatı anlayanda,
Mən səni axtaranda
Xəyala dalan anda
Dadını duymayanda
Düşünürəm necəymiş
Sənin isti qucağın?
Canımı qızındıran
Sinən-isti ocağın,
Kaş bir dəfə görəydim
Ana,gülən üzünü.
Kaş bircə eşidəydim,
Balam deyən sözünü…
Mən səni yalayardım
Doyunca ağlayardım.
Almadın bu dünyadan
Nə ləzzət,nə kam anam!
Çox çətindir insanın
Olmayanda anası,
Düşünürəm heç zaman
Yoxdur onun arxası,
Sirrini biləni yox,
Məsləhət verəni yox,
Qəlbinin içindəki
Yaranı görəni yox
Almadın bu dünyadan
Nə ləzzət nə kam anam ,
Ay mənim nakam anam! Ardı »

ANA ŞEİRLƏRİSən oldun ana

Mən ata qayğısı gormedim inan,
Atamda,anamda sen oldun ana.
Gozlerimin nuru,sevincim,qəmin,
Atamda,anamda sen oldun ana.

Köksümde çırpınan ürəyim oldun,
Məni şərdən qoruyan mələyim oldun,
Bu acı həyatda gərəyim oldun,
Atamda,anamda sen oldun ana.

Çətin ömür yolumda sən oldun sirdaş,
Dərdimə,qəmimə sən oldun yoldaş.
Həm mənə bacı oldum həmdə qardaş,
Atamda,anamda sen oldun ana. Ardı »

ANA ŞEİRLƏRİAna olmasydı deyin cahanda…

Ana olmasydı deyin cahanda
Körpələr laylasın kimdən alardı?!
Laylasız böyüyən hər bir insanda
Ürək əvəzinə daş asılardı.

Ana olmasaydı siz deyin görək
Ürək nə istərdi,nə arzulardı?
İnsanı həyata bağlayan ürək
Arzusuz,istəksiz necə vurardi?

Ana olmasaydı şair,bəstəkar
Nəyi bəstələyib,nəyi qoşardı,
Allahın sevdiyi gözəl nəğməkar,
De bizim muğamlar nə cür olardı?

Bu yer üzərində ana olmasa
Olmazdı yerin də gözəl biçimi.
Yer də bənzəyərdi göydəki Marsa
Günəşsiz qalardı soyuq qar kimi.

Of;-bu nə söz belə “ana olmasa”
Analı hər günə,hər ana qurban.
Analar olmasa bataram yasa
Ollam anaların ruhuna qurban! Ardı »

ANA ŞEİRLƏRİAna əyilməzdir, ana müqəddəs

Gecələr yatmayıb yuxusuz qalan
Bizi əzizləyərək sevən anadır.
Bizi yedizdirib özü ac qalan,
Bizi yetişdirib böyüdən anadır.

Ana əyilməzdir, ana müqəddəs
Qoy bütün dünyaya yayılsln bu səs
Bir insan havasız yaşaya bilməz
Bizə havadan da vacib anadır.

Ey dünya, səsimə səs ver mənim
Anadır həyatda mənim həmdəmim
Anadır sevincim, anadır qəmim
Mənim həyatım da, elə anadır.

Anadır dünyada ən böyük sərvətim
Saxlamaq lazımdır onun hörməətin
İstəyir övladının görsün mürvətin.
Mənim ən böyük arzum ancaq anadır.

Doğulub dünyaya gəldim elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.

Doqquz ay bətnində bəslədin məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana.

Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz Ardı »

ANA ŞEİRLƏRİAna haqqında

Sən bizim üstümüzdə əsən külək
Gərək sənin qədrini bizdə bilək
Səni bizdən ayırmasın bu fələk
Sənsiz neynərəm heyatda can ana
Canım sənə qurban olaydı can ana.

Bu həyatda yaxşı pis övladda var
Ana qədri bilməyən övladda var
Dərdin üstə derd qoyan övladda var
Canım gözüm qanım bəxtiyar ana
Canım sənə qurban olaydı can ana.

Səni həmişə vətənlə bir tutmuşuq
Başımızın üstünə həm ucaltmışıq
Saxlamısan böyüyüb başa çatmışıq
Kölgən olaydım sənində ay ana
Canım sənə qurban olaydı ana. Ardı »

ANA ŞEİRLƏRİAnam ,Atam…

Yanında hüzur bulduğum
Səsindən umudla dolduğum
Tükənəndə sevgisinən
şarj olduğum adam-
Anam , atam.

Ətindən , kəmiyindən ,
qanından yoğrulduğum,
Təmasından su kimi
durulduğum.
Yaşadığca , yaşlandıqca
təzədən vurulduğum adam-
anam , atam.

Məni məndən əzəl
duyan,
Məni məndən öncə
oxuyan
Məni məndən belə
qoruyan adam-
anam , atam.

Bir daha bulamayacağım
Isti qucaq
Bir daha duyamayacağım
şəfqət , sevgi , sıcaq,
Məni hər halimlə
qucacaq adam-
Anam , atam.

Sadəcə bir kişi ,
bir qadındı sıradan
bir tanrı ,bir mələk,
bir adam
Məni yoxdan var edən,
Məni məndə yaradan adam-
Anam , atam. Ardı »

ANA ŞEİRLƏRİAnadır

Gecələr yatmayıb yuxusuz qalan
Bizi əzizləyərək sevən anadır.
Bizi yedizdirib özü ac qalan,
Bizi yetişdirib böyüdən anadır.

Ana əyilməzdir, ana müqəddəs
qoy bütün dünyaya yayılsln bu səs
Bir insan havasız yaşaya bilməz
Bizə havadan da vacib anadır.

Ey dünya, səsimə səs ver mənim
Anadır həyatda mənim həmdəmim
Anadır sevincim, anadır qəmim
Mənim həyatım da, elə anadır.

Anadır dünyada ən böyük sərvətim
Saxlamaq lazımdır onun hörməətin
İstəyir övladının görsün mürvətin.
Mənim ən böyük arzum ancaq anadir Ardı »

ANA ŞEİRLƏRİ8 Mart (Analar bayramı)

Ən mehriban anasan,
Günəş kimi yanırsan.
Qoynunda boy atırıq,
Hər arzuya çatırıq.

Bir gün yaşa dolarıq,
Yaradarıq,qurarıq.
Daha gözəl olarsan,
Bizdən razı qalarsan.

Vətən sənin torpağın
Qüdrətinə qurban olum.
Anamın,atamın
Qeyrətinə qurban olum.

Yaz arzulu,yaz diləkli,
Duz-çörəkli,duz-çörəkli.
Mən deyərəm dağ ürəkli
Millətinə qurban olum.

Bu gün sənin bayramındir,
Sevimli günündür,
Bu təkcə sənin deyil,
Mənimdə şad günümdür.

Hərə bir cür hədiyyə,
Ətirli gül-çiçəklər,
Qızılgül.qərənfillər,
Sənə bəxş edəcəklər.

Olmasada bir hədiyyəm,
Deyilsən inciyəsi.
Sənə bir hədiyyəm var
İncə söz hədiyyəsi:
Yəni BAYRAMİN
MÜBARƏK OLSUN.

Səni sevirəm ANACAN Ardı »