Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən oldun ana

Mən ata qayğısı gormedim inan,
Atamda,anamda sen oldun ana.
Gozlerimin nuru,sevincim,qəmin,
Atamda,anamda sen oldun ana.

Köksümde çırpınan ürəyim oldun,
Məni şərdən qoruyan mələyim oldun,
Bu acı həyatda gərəyim oldun,
Atamda,anamda sen oldun ana.

Çətin ömür yolumda sən oldun sirdaş,
Dərdimə,qəmimə sən oldun yoldaş.
Həm mənə bacı oldum həmdə qardaş,
Atamda,anamda sen oldun ana.


Tarix: 26.12.2014 / 14:56 Müəllif: Aziza Baxılıb: 139 Bölmə: ANA ŞEİRLƏRİ
loading...