Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana ürəklidi

Sınsa kuklası
Ağlayarlar hey
Körpə vaxtından
Özləri bəbə ,
Saxlayrlar hey
Ana ürəklidi
Qız uşaqları.

Yemək verərlər
Layla deyərlər .
Böyük qardaşa
Çay dəmləyərlər.
Ana ürəklidi
Qız uşaqları.

Ev süpürərlər
Paltar tikərlər,
Evin içində
Evcik tikərlər .
Ana ürəklidi
Qız uşaqları.


Tarix: 26.12.2014 / 14:58 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: ANA ŞEİRLƏRİ
loading...