Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anamın qocalıq zamanı gəldi

Anam qocalmaqdan qorxardı yaman,
Durub qorxusuyla üz-üzə indi,
Öz işin yerinə yetirir zaman,
Anamın qocalıq zamanı gəldi.

Üzündə qırışlar yuvasın salıb,
Saçları bəmbəyaz boyasın alıb.
Hələki fərqində deyil,deyəsən,
Son bir ay içində anam qocalıb.

Çox çəkdi əziyyət illər uzunu,
Bir dəfə demədi nə ağır yükdü.
Qardaşın itirdi düşdü taqətdən,
Qəlbinin ağrısı belini bükdü
Vaxtsız bax beləcə qocaldı anam.


Tarix: 26.12.2014 / 14:56 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: ANA ŞEİRLƏRİ
loading...