Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öz anama

Ana! gözlərimə nursan,işıqsan,
Nurlu gözlərinə qurbanam ana
Bütün ömrümüzə bir yaraşıqsan,
Ömrümə, gününə qurbanam ana!

Çəkib əllərimi ağ saçlarına
Sonra da qayğını çəkərəm ana!
Diz çöküb düşüb ayaqlarına.
Zərif əllərindən öpərəm ana!

Ana! Allah qədər haqqın danılmaz,
Ana zəhmətini övlad unudmaz.
Dünyada bir uca zirvə tapılmaz,
Dağ kimi ucalan zirvəmsən ana!


Tarix: 26.12.2014 / 14:57 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: ANA ŞEİRLƏRİ
loading...