Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah" sözü ilə "Tanrı" sözü arasındakı fərq nədir?

Babalarımız müsəlmanlıqdan əvvəl yaradana inanırdılar. Bəlkə müxtəlif tanrıları da vardı, lakin öz ləhcələri ilə “Tengri” dedikləri zaman Allahı nəzərdə tuturdular. Bu söz zaman keçdikcə “tanrı” şəklini aldı ki, əslində “məbud” deməkdir və ərəbcədəki “İlah”ın, fransızcadakı “Diyo”nun, farscadakı “Xuda”nın qarşılığı olan sözdür. Lakin heç bir zaman Cənabi-Haqqın bütün gözəl isimlərini (Əsmaül-Hüsna) əhatə edən “Allah” sözünün qarşılığı deyildir.

“Allah” deyiləndə bütün kainata isim və sifətləri ilə təcəlli edən bir Zat ağıla gəlir. Əsmaül-Hüsnanı əhatə edən, özündə cəmləyən “Allah” sözündə belə ümumi məna başa düşülür və bu Allahın xüsusi adıdır.

“Allah” deyiləndə sözün əsl mənasında ibadət edilməyə layiq, varlığı özündən olan Zat ağıla gəlir. Ancaq “tanrı” deyəndə yunanlının ağlına Zevs, misirlinin Apis Boğazı və hindlinin ağlına da öz inəkləri gəlir...

Deməli, “tanrı” sözü məbud mənasını ağıla gətirdiyi halda, Ləfzi-Cəlalə olan “Allah” sözü Vacibul-Vücudun (mütləq var olan, yoxluğu mümkün olmayan Allah) xüsusi adı olaraq sadəcə o gözəl isimlərin sahibi Allahı göz önünə gətirir.

Ona görə də, insan “Allah” sözünün yerinə “Tanrı” sözünü işlədərsə, məqsədini tam izah edə bilməz və xəta etmiş olar. “Tanrı” sözü “Xuda”, “Diyo” və “God” yerində işlənə bilər, fəqət Allah yerində deyil. Allah Cənabi-Haqqın Zatına aid xüsusi addır. Ona görə də, “Lə ilahə illəllah” – deyirik, “Lə Allaha illəllah” demirik. Əvvəla, ilahlar, tanrılar nə varsa, hamısına qadağa qoyulur, sonra da sadəcə Allah vardır, deyilir.

Bir insanın ağzından “tanrı” kəlməsi çıxdığı zaman o dəqiqə əks təsir göstərilməməli, əgər o sözü Allah yerində istifadə etmişsə, nəzakətlə xəbərdarlıq edilməlidir...

Osman Bilgen


Tarix: 11.01.2015 / 03:57 Müəllif: ADMIN Baxılıb: 261 Bölmə: ALLAH
loading...