Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Qaffar

Əl-Qaffar (ər. الغفّار) — Allahın adlarından biri.

Daim əfv edən, bütün günahları örtən deməkdir. Bu ad “örtmək”, “gizlətmək”, “çirklərdən qorumaq” mənasını verən “ğafr” kökündən törəmişdir. “əl-Ğafir” kəlməsi Qurani-Kərimdə iki dəfə, “əl-Ğafur” doxsan bir dəfə, “əl-Ğaffar” beş dəfə keçmişdir: “Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!”[1].

Qüdsi hədislərdən birində Allah-Təalanın belə buyurduğu deyilir: “Ey insanoğlu! Sən yer üzünü dolduracaq qədər günah işləsən də, əgər mənə heç bir şeyi şərik qoşmamısansa, səni sonsuz məğfirətlə qarşılayaram”[2].

Bu ad bizə Mövlananın “Yüz dəfə, min dəfə tövbəni pozmuş olsan da, yenə gəl!” sözlərini xatırladır. Çünki insan daim günah işləməyə meyillidir. Allah-Təala onun bu cəhətini bildiyinə görə tövbə, peşmanlıq qapılarını daim açıq saxlayır.


Tarix: 24.02.2013 / 17:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: ALLAH
loading...