Əl-Muhəymin (ər. المهيْمن) — Allahın adlarından biri.
Yaratdıqlarını qoruyan, qorxularını uzaqlaşdıran, hər şeyə şahid olan, mühafizə edən deməkdir.
Bu ad Uca Yaradanın əş-Şəhid, ər-Raqib və əl-Hafiz adları ilə sinonimdir və Onun Öz bəndələrini daim nəzarətdə saxladığını ifadə edir. Yalnız Allah-Təalaya aid edilən adlardan biridir. Qurani-Kərimdə bir yerdə - “əl-Həşr” surəsinin 23-cü ayəsində keçmişdir.
Füzuli bu adı öz beytində belə tərənnüm etmişdir:
Muheymina, Səməda, bəndeyi-siyah ruyəm,
Səhifeyi-əməlim məsiyyət xəttiylə qara
(Ey Muheymin və Səməd Allahım! Üzüqara bir bəndəyəm,
Əməl dəftərim üsyan cizgilərilə qapqaradır.)
Bu adın mənasını dərk edən bəndə daim xeyir işlər görməyə can atar, çirkinliklərdən uzaq olar. Çünki Allahın nəzarətində olduğunu bilər.
Tarix: 24.02.2013 / 17:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 264 Bölmə: ALLAH