Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Mutəkəbbir

Əl-Mutəkəbbir (ər. المتكبّر) — Allahın adlarından biri.

Hər şeydən uca, bütün çirkinliklərdən uzaq, bəndələrinə zülm etməyən, əzəmətini, ucalığını hər işdə və hadisədə göstərən deməkdir.

Təkəbbürlülük insana yaraşmayan xüsusiyyətdir. Allah-Təala “əl-İsra” surəsinin 37-ci ayəsində buyurur: “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən”.

Lakin Allahın bu adı bizim başa düşdüyümüz mənada təkəbbür göstərmək mənasında deyil. Aciz qaldığımız, dəyişdirə bilmədiyimiz hadisələr Onun qarşısında necə zəif, möhtac olduğumuzu, bu adın əzəmətini dərk etdirir.

“əl-Mütəkəbbir” sözündən ayələrin birində Allahın adı kimi istifadə edilmişdir[1]. “əl-Mumin” surəsinin 27 və 35-ci ayələrində isə tanrılıq iddiasında olub zülmkarlıq edən Firon “mütəkəbbir” (təkəbbür sahibi mənasında) adlandırılmışdır.


Tarix: 24.02.2013 / 17:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 276 Bölmə: ALLAH
loading...