Əl-Bəri (ər. البارئ) — Allahın adlarından biri.
O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr Surəsi, 24)
Yaşadığımız kainat ilə əlaqədar hər şeydə bir tarazlıq və ahəngə rast gələrik. Xüsusilə elm sahəsində yeni inkişaflar yazılıb bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca, bu tarazlıq və ahəng daha da dəqiqləşməkdədir. Görünən odur ki, kainat üzərində var olan hər sistem Üstün Bir Ağlın dizaynıdır. Bu Üstün Ağlın Sahibi, hər şeyi heyrət ediləcək bir nizam içində var etmişdir. Kainatdakı hər cisim, yer üzündə yaşayan milyardlarla canlı müdhiş bir ahəng içində varlıqlarını davam etdirərlər. Təbiətdəki nizam heç bir şəkildə pozulmaz və milyonlarla ildir son dərəcə sabit bir şəkildə davam edər.
Yalnız dünya üzərindəki həyatı araşdırdığımızda belə heyrət ediləcək bir çox detalla qarşılaşarıq. Ətrafımız, fərqində olduğumuz və ya olmadığımız, saysız yaradılış dəlili ilə doludur. Məsələn: havadakı qazların qarışığı bütün canlıların həyatlarını davam etdirə bilməsi üçün ən əlverişli şəkildə nisbətlənmişdir. İnsanlar və heyvanlar yaşaya bilmək üçün oksigen alıb, karbon 4 oksid verərlər. Ancaq bu əməliyyat dayanmadan davam etdiyi halda havadakı oksigen miqdarı azalıb, karbon 4 oksid miqdarı artaraq mövcud tarazlığı pozmaz. Çünki bu nöqtədə çox incə bir nizam var edilmişdir; insanların və heyvanların tərsinə bitkilər, həyatlarını davam etdirərkən karbon 4 oksid alıb, oksigen verərlər. Bu səbəbdən insanların və heyvanların aldığı oksigen, bitkilər vasitəsiylə təkrar qaytarılır və dünyadakı tarazlıq qorunur.
Şübhəsiz bu nümunə dünya üzərində görə biləcəyimiz yaradılış dəlillərindən yalnız biridir. Gərək mikro, gərəksə makro aləm araşdırıldığında bunun kimi saysız nümunəylə qarşılaşmaq mümkündür. Əgər kainat və kainatla yanaşı dünya üzərindəki canlılıq varlığını davam etdirə bilirsə, bu, Üstün Ağıl Sahibi, hər şeyin Yaradıcısı olan Rəbbimizin 'hər şeyi bir-birinə uyğun olaraq yaratması' ilə mümkündür. Allah bir ayəsində belə buyurmaqdadır:
O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: "Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! "- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır. (Bəqərə Surəsi, 54)
Mənası
Əşyaları müxtəlif surətlərdə, bir-birindən fərqli, qüsursuz, bənzərsiz yaradan deməkdir.
"Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!"[1].
Vücudumuza nəzər yetirdikdə asanlıqla bütün orqanlarımızın necə ahəngli yaradıldığının şahidi ola bilərik. Hətta, hər insanın barmaq izi bir-birindən fərqli yaradılmışdır. Kainatın özbaşına mövcud deyil, Onun Yaradıcısının olduğunu anlaya bilməyimiz üçün bunlar kifayətdir.
"əl-Xaliq" ilə "əl-Bəri" adlarının mənaları arasında az fərq vardır. Məsələn, insanın yaradılışında bu adların təzahürünü müqayisə etsək, əl-Xaliq - insanı yoxdan var edən, əl-Bəri - ona əl, göz, üz və s. orqanlar yapan deməkdir.
Bu ad Qurani-Kərimin "əl-Həşr" surəsinin 24-cü, "əl-Bəqərə" surəsinin isə 54-cü ayəsində keçmişdir.
Tarix: 24.02.2013 / 17:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 470 Bölmə: ALLAH