Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Məlca

Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.[1]

İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır.

Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allahdan istəyir. Allahdan başqa kömək axtaranlarınsa öz nəfslərinə belə gücü çatmaz. İstəyən aciz olduğu kimi özündən istənən də eyni mövqedədir, acizdir. Allah, Özündən başqa kömək axtaranların, içində olduqları yazıq və gücsüz vəziyyəti aşağıdakı ayəsində bir nümunəylə belə açıqlayır:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! [2]

İnsanların hamısı çətin bir vəziyyətlə qarşı-qarşıya qaldıqlarında, Allahdan başqa sığınacaq bir güc olmadığını anlayarlar və Allahdan kömək ümid edərlər ki, bu gerçək Quranda belə bildirilmişdir:

De: "Acizanə və gizlicə: "Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq"– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?" [3]

İnsanın, çətin bir anında yalnız Allahı ağılına gətirməsi, əslində tək sığınacağı varlığın Allah olduğunu bildiyi mənasına da gəlir. O halda insan gecikmədən ayədə xəbər verildiyi üzrə Rəbbimizə sığınmalıdır:

Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı )inkar edə bilməyəcəksiniz.[


Tarix: 24.02.2013 / 17:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 490 Bölmə: ALLAH
loading...