Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XərçəngDəri xərçəngi

Dəri xəstəliyinin ən ciddisi dəri xərçəngi dərinin epidermal mənşəli bədxassəli şişi olub, ən çox yayılan onkoloji xəstəliklərdən hesab olunur. 70 yaşa qədər insanlarda 45-50% hallarda rast gəlinir. Amerikada il ərzində milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir.

Dəri insan orqanizminin ən böyük orqanıdır. O daxili orqanların üzərini örtür ,onları zədələnməkdən qoruyur, orqan və xarici mühitin mikroorqanizmləri arasında baryer rolunu oynayır, suyun və digər mayelərin bədəndə normadan artıq çıxmasının qarşısını alır, bədən temperaturunu normallaşdırır və bədənin artıq maye və duzlardan xaric olmasına şərait yaradır. Dərinin bəzi hüceyrələri beyinlə əlaqədardır və bu da temperatur, ağrı hissi və toxunmanı hissə etməyə səbəb olur.

Dəri 3 hissədən ibarətdir: Ardı »

Xərçəngİş yerində stress süd vəzisi xərçəngi riskini artırır

[color=#4866e7]Epidemiology jurnalının verdiyi məlumata görə, iş yerlərində xronik stressə məruz qalan qadınlar süd vəzisi xərçəngi ilə 30% daha çox xəstələnirlər.
Belə nəticəyə 36 min nəfər 30-50 yaşlar arası işləyən qadınların iştirak etdiyi tədqiqatları aparan İsveç və Böyük Britaniya alimləri gəlmişlər.


İsveçdə yaşayan tədqiqat iştirakçıları 1990-2004-cü illər ərzində müşahidə altında olmuşlar. Bu müddət ərzində həmin qadınların 767 nəfərində süd vəzisi xərçəngi qeydə alınmışdır. Alkoqoldan istifadə, uşaqların sayı, bədən çəkisi və yaş kimi faktorları nəzərə aldıqdan sonra alimlər belə nəticəyə gəlmişlər ki, iş yerində xronik stressə məruz qalan qadınlarda süd vəzisi xərçəngi ehtimalı 1/3 qədər artır. Tədqiqatın rəhbəri Hanna Kuperin verdiyi məlumata görə, bu bütün Ardı »

XərçəngŞiş xəstəlikləri

ŞIŞ XƏSTƏLIKLƏRI - xoşxassəli və bədxassəli olur. Sağlam xassəli şişdə onu əhatə edən toxumalardan ayıran xüsusi kapsul vardır. Bu şiş çox yavaş böyüyür və asanlıqla müalicə olunur. Bəzi xoşxassəli şişlər hərdən bədxassəli (yaman) şişlərə çevrilir: tünd piqment ləkəsi ən bədxassəli şişə - melanomaya, mədə polipi - xərçəngə çevrilə bilər.
Bədxassəli şişlər üçün səciyyəvi əlamətlər bunlardır: kapsulun olmaması, daima böyüməklə qonşu toxumalara keçməsi, metastaz vermə (şiş hüceyrələrinin limfa və ya qan axını ilə başqa üzvlərə və toxumalara köçürülməsi), residiv verməsi (kənar edildikdən sonra eyni yerdə yenidən peyda olma), kaxeksiya (ümumi üzülmə). Bədxassəli şiş epitel toxumasından əmələ gəlmişsə xərçəng, birləşdirici toxumadan əmələ gəlmişsə - Ardı »

XərçəngYumurtalıq xərçəngi

Yumurtalıq xərçəngi bədxassəli şişlərə aid olub, yumurtalıq toxumasından əmələ gəlir. Qadınlarda iki yumurtalıq olur, hər biri çanağın bir tərəfində yerləşir. Statistikaya görə, hər 70 qadından biri yumurtalıq xərçənginə tutulur. Bu əsasən, 50 yaşdan sonra baş verir, lakin son zamanlar bu xəstəlik də "cavanlaşıb". Yumurtalar yumurta hüceyrə və hormon sintez edirlər: estrogen və progesteron. Yumurtalıqlar epitel qatla örtülü olur ki, şişlərin də əksəriyyəti məhz bu qatdan əmələ gəlir.

Bütün digər bədxassəli şişlərdə olduğu kimi, yumurtalıq xərçənginin də əsas səbəbləri tam öyrənilməyib. Statistik məlumatlara əsasən, aşağıdakılar risk faktoru kimi göstərilir:

- İrsi faktor: ailədə yumurtalıq xərçəngindən əziyyət çəkən qadın varsa və bu çox yaxın qohum, Ardı »

XərçəngÜrək şişləri

Ürək şişləri 2 cür olur: ilkin və ikincili. İlkin ürək şişləri ikinciliyə nisbətən, 30-40 dəfə az rast gəlinir. Şişlər ürəyin bütün qişalarında yerləşə bilər: perikard, endokard, miokardda. Qeyd etmək lazımdır ki, ürək şişləri zamanı həmçinin səhvən ürəklə bağlı digər xəstəliklərin diaqnozu qoyula bilər. Ürək şişləri çox vaxt isə təsadüfi müayinə nəticəsində meydana çıxır.

Ürəyin ilkin şişləri. Bədxassəli şişlər.
Nadir halda rast gəlinən şişlərə aid olub, ürəyin istənilən qişasında inkişaf edə bilər. Ən çox uşaqlarda rast gəlinir. Bu şişlərdən ən çox rast gəlinəni sarkoma olub, kəskin başlanğıcla xarakterizə olunur və xoşxassəli şişlərə nisbətən gedişi daha aqressivdir. Bədxassəli şişlər özünü ilk növbədə qəfləti ürək çatmazlığı, Ardı »

XərçəngBağırsaq xərçəngi

Bağırsaq xərçəngindən əziyyət çəkən insanların 90%-dən çoxunun yaşı 40-dan yuxarıdır. Bu yaşdan başlayaraq bağırsaq xərçəngi ilə xəstələnmə ehtimalı ildə 2 dəfə artır. Almaniyada hər il təqribən 57.000 nəfərdə bağırsaq xərçəngi aşkarlanır, 30.000 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bağırsaq xərçəngi, əksər hallarda, uzun illər selikli qişada inkişaf edən poliplərdən yaranır. Buna görə də poliplərin vaxtında çıxarılması bağırsaq xərçənginin inkişafının qarşısını ala bilər.
Bağırsaq xərçəngini necə aşkar etmək olar?

Hələ də əksər hallarda bağırsaq xərçəngi çox gec aşkarlanır. Bu vaxt o artıq proqressivləşmiş olur və bərpaedici əməliyyat mümkün olmur. Buna görə də xərçəngin erkən aşkarlanmasının böyük əhəmiyyəti var.

Bağırsaq xərçənginin aşağıda göstərilən əlamətləri artıq “gecikmiş Ardı »

Xərçəngofis işi xərçəng yaradır

Alimlərin son araşdırmaları göstərib ki, ardıcıl olaraq 10 il oturaq rejimdə işləmək xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Belə insanlarda bağırsaq xərçənginin yaranma riski xeyli yüksəkdir.
Mütəxəssislər bildirir ki, belə insanların xərçəngdən qorunmasına hətta fitnes də kömək etmir. Hər gün 8 saat oturaq işlə məşğul olmaq istənilən halda bu xəstəliyə tutulma riskini artırır.

Araşdırma göstərib ki, «ofis qurbanları»nın sayı ildən-ilə artır. Yalnız Britaniyada hər il oturaq işlə məşğul olduğu üçün 40 min insan xərçəng xəstəliyinə tutulur, onlardan 16 mini dünyasını dəyişir.
Ardı »

XərçəngDöş xərçənginin əlamətləri

Bədənimizdə hər hüceyrənin müəyyən uzunluqda ömrü var. Hüceyrələrin yaşama müddəti, nüvələrindəki genetik materialda yazılıdır. Yaşlanan hüceyrə, toxumadakı işi qurtarandan sonra ölür. Bu prosesin son hissəsinə "planlı hüceyrə ölümü” deyilir. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi, "planlı hüceyrə ölümü” programından xaricə çıxıb, idarə edilməz şəkildə çoxalmalarıdır.

Sağlam bir hüceyrə neçə dəfə bölünəcəyini və nə vaxt öləcəyini bilir. Buna uygun olaraq da xərçəng hüceyrələri, bu məlumatı itirir, idarəsizcə bölünməyə başlayır və şişlər bu formada əmələ gəlir. Əgər xərçəng hüceyrələri yarandıqları şişdən qoparaq ayrılsa, qan ya da limfa dövranı vasitəsilə ilə bədənin digər bölgələrinə gedər. Getdikleri yerlərdə şiş koloniyaları əmələ gətirir və böyüməyə davam edərlər. Ardı »