Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XərçəngQan xərçəngi

Qan xərçəngi və ya hemoblastozlar dedikdə, qan hüceyrələrindən əmələ gəlib, toxuma və orqan sistemini zədələyən şiş qrupu başa düşülür.

Bu qrupa aiddir:

- leykoz- şiş hüceyrələri onurğa beynini zədələyir

- hematosarkoma- sümük və beyin daxilində yerləşməyən şişlər

- linfositoma- yetişmiş limfositlərsən yaranır

Bədxassəli şişlər cinsindən və yaşından asılı olmayaraq əmələ gəlir. Məhz şiş xəstəliklərinin sayı günü-gündən artır, buna səbəb isə onları yaradan səbəblərin sürətlə artmasıdır.

Qan xərçənginin səbəbləri:

- irsi faktorlar

- virusun hüceyrələrə təsiri

- radiasiya

- müxtəlif maddə və preparatların konserogen təsiri (benzol, sitostatiklər və s.)

- orqanizmin immunodefisit halı

- stress

Klinika: xəstəliyin mərhələsi, növü və s.dən asılı olaraq dəyişir. Hemoblaztozların ilk əlamətləri halsızlıq, yorğunluq, bundan əlavə, ürəkbulanma, qusma, damaq qanaxması, Ardı »

XərçəngUşaqlıq boynu xərçəngi

Uşaqlıq boynu xərçəngi bütün müasir qadınların qorxusudur. Uşaqlı boynu xərçəngi bədxassəli şişlərdən olub, qadınların onkoloji xəstəlikləri arasında dördüncü yerdə durur (mədə, dəri və süd vəzi xəstəliklərindən sonra).

Uşaqlıq boynu xərçəngini yaradan hüceyrələr həmin nahiyəni əhatə edən normal hüceyrələrdən inkişaf edir. Hər il 600000 qadına bu xəstəliyin diaqnozu qoyulur. Adətən, uşaqlıq boynu xərçəngi 40-60 yaşarası qadınlarda rast gəlinir, lakin təəssüf ki, son zamanlar xəstəlik xeyli "cavan"laşıb.

Səbəb digər onkoloji xəstələrdə olduğu kimi, burada da risk faktorlarına yaş, radiasiya və kimyəvi konserogenlər aiddir. Bundan başqa, alimlər sübut ediblər ki, genital herpes və papillomavirus kimi virus xəstləlikləri ilə uşaqlıq xərçənginin arasında birbaşa əlaqə var. Məsələn, papilloma Ardı »

XərçəngSüd vəzisi xərçəngi əleyhinə profilaktik vaksin hazırlanmışdır

[color=#039b80]The Times ’ın yaydığı məlumata görə, amerikan alimləri siçanlar üzərindəki müşahidələrdə əhəmiyyətli profilaktik təsir göstərən vaksin hazırlamışlar. Premaratın insanlar üzərində klinik sınaqlarına iki ildən gec olmayaraq başlanılacaq. Tədqiqat haqqında ətraflı məlumat Nature jurnalında dərc edilmişdir.
Bir qayda olaraq, şiş əleyhinə vaksin hazırlanmasını çətinləşdirən odur ki, xərçəng hüceyrələrinin antigenləri orqanizm üçün yad deyil və həmin orqanizmin öz immun sistemi bu hüceyrələrə hücum etmir.
Yel və Klivlend universitetləri və Lerner tədqiqat institutunun alimləri vaksini hazırlayarkən antigen olaraq α-laktalbumin zülalını seçmişlər. Bu zülal süd vəzisi xərçəngi hüceyrələri tərəfindən və həmçinin, südvermə dövründə süd vəzisinin normal epitelində çoxlu miqdarda sintez olunur. Buna görə, preparat südverməyə hazırlıq və Ardı »

XərçəngXərçəng xəstəliyi

1.Şişlər.
2.Bədxassəli şişlər.
3.Xoşxassəli şişlər.

Düzgün və sağlam qidalanma təkcə xroniki xəstəliklərin deyil, eyni zamanda, xərçəng xəstəliyinin də profilaktikasıdır. Xərçəng xəstəliyinin yaranma səbəblərinin statistikasına görə səhv qidalanma tütündən sonra ikinci yeri tutur. Baxmayaraq ki tədqiqatçılar xərçəngin inkişafına hansı ərzaqların təsir etdiyini müəyyən edə bilmirlər.

Saç üçün boyalar xərçəng xəstəliyini əmələ gətirir?
Saç boyalarından istifadə edən qadınlar digər qadınlara nisbətən xərçəngə tutulmağa daha çox risklidirlər. Bu qənaətə Kaliforniya Tibb Universitetinin tədqiqatçıları gəliblər. Mütəxəssislər apardıqları müşahidələrlə belə bir nəticəyə gəliblər ki, saç boyasından (xüsusilə də tünd çalarlardan) istifadə immun sistemini darmadağın edən qorxulu şişin inkişafını gücləndirir. Belə ki, son 20-25 il ərzində saç boyasından istifadə edən qadınlar bu Ardı »

XərçəngXərçəng hüceyrələrinin "düşməni"

[color=#f82e00]Barselona Universiteti alimlərinin tədqiqatları göstərmişdir ki, hər gün zeytun yağı qəbul edərək döş xərçənginin inkişafının qarşısını alır, DNT-ni zədələnməkdən qoruyur.
Siçovullar üzərində tədqiqat aparan alimlər aydınlaşdırmışlar ki, zeytun yağı süd vəzisi şişlərinin inkişafını idarə edən genə pis təsir göstərir, xərçəng hüceyrələrinə əlverişli şərait yaradan zülalları zərərsizləşdirir.
Gündə 50 millilitr, yaxud on çay qaşığı zeytun yağı içməyi məsləhət görən tədqiqatçılar vurğulayırlar ki, yalnız davamlı səylər səmərə verir.
Süd vəzisi xərçəngi daha çox Böyük Britaniyada yayılmışdır. Hər il burada 45 mindən artıq xəstəlik faktı qeydə alınır, hər ay 1000-dək belə xəstə ölür. Zeytun yağından istifadə sahəsində dünya lideri olan yunanlar ingilislərlə müqayisədə 20, Ardı »

XərçəngQadınlarda ən çox yayılmış xəstəlik – Süd vəzi xərçəngi....

Süd vəzi xərçənginin müalicəsi xüsusi biliklər və müxtəlif sahə üzrə çalışan mütəxəssislərin əməkdaşlığını tələb edir. Süd vəzi xəstəliyinin effektli müalicəsi üçün bir neçə sahənin həkimləri əməkdaşlıq edir-ginekologiya, radiologiya, patanatomiya, şüa terapiyası və onkologiya. Belə bir əməkdaşlıq daha effektiv müalicə aparılmasına səbəb olur.
Süd vəzi xərçənginin diaqnostikası: kliniki müayinələr və həkimlə söhbət (anamnez). Xəstə ilə ilk təmasda həkim ilk əlamətləri öyrənməlidir. O, şübhə olunan şişi, qoltuqaltı nahiyəni (limfa düyünlərinin böyüməsini öyrənmək üçün) mütləq müayinə etməlidir. Anamnezlə tamamlanmış müayinə düzgün diaqnoz qoymağa və müvafiq müalicəyə başlamağa imkan verir.
Anamnezdə aşağıdakılar toplanır: yaş, ilkin aybaşı, menapauza dövrünün başlanğıcı, dövrün fazası, ilk hamiləlik, südlə qidalandırma tarixi, xərçəng Ardı »

XərçəngArtıq miqdarda duz Xərçəngə səbəb ola bilər

Mütəxəssilər gün ərzində duz istifadəsinə məhdudiyyət qoyulmasını və miqdar etibarilə 6 qr-a qədər istehlak oluna biləcəyini xəbərdarlıq edirlər. Beləki, bu temp yüksək təzyiq də daxil olmaqla bir sıra xəstəliklərin qarşısının alınmasında olduqca effektivdir. Artıq istifadə zamanı isə yüksək təzyiq xəstəliyini formalaşdırmaqla bərabər ürək-damar sistemi ilə yanaşı sidik-ifrazat sisteminə də ciddi zərər vurmuş olur, eyni zamanda isə müxtəlif orqan və toxumaların xərçənginə münbit şərait yaradır.

Ümumdünya Xərçəng Birliyindən verilən məlumata görə yemək və qəlyənaltılar zamanı duz istifadəsinin məhdudlaşdırılması mədə xərçəngi riskinin də azalmasına səbəb olur. Ən çox duz tərkibli qidalara isə hazır yeməklər və fast-foodlar daxil olduğu üçün bunlardan da mümkün səviyyədə Ardı »

XərçəngYoğun bağırsaq xərçəngi

Yoğun bağırsaq həzm sisteminin son traktı olub 1.5-2 m uzunluğa malikdir. Yoğun bağırsaq bir neçə hissədən ibarətdir, kor bağırsaq (appendiks burada yerləşir), qalxan çənbərbağırsaq, enən çənbərbağırsaq, köndələn çənbərbağırsaq, siqmavarı və düz bağırsaq.

Yoğun bağırsaq xərçəngi: yoğun bağırsağın selikli qişasından əmələ gələn bədxassəli şişdir. Əksər vaxtlarda şiş siqmavari bağırsaq, kor bağırsaq və düz bağırsaqda yerləşmiş olur. Bu xəstəlik çox vaxt yaşlı insanlarda rast gəlinir. Hər il isə bu xəstələrin sayı artmaqdadır, xüsusilə inkişaf etmiş dövlətlərdə.

Yaranma səbəbləri:

- qidalanmada ən çox ət, piy, un məmulatları, bitki mənşəli qidaların rasionda az olması

- qəbizlik halları

- yoğun bağırsağın xəstəlikləri: kolit və poliplər (bu xəstəliklər zamanı xərçəng riski 7 Ardı »