Xərçəng → Xərçəngin müayinə üsulları
Onkoloji xəstəliklərin diaqnostikasında xəstəliyin və xəstənin həyatının anamnezinin də böyük əhəmiyyəti vardır. Yaxşı toplanmış anamnez bəzən xəstəliyin erkən mərhələlərini, habelə xərçəngqabağı vəziyyəti aşkar etməyə imkan verir.
Diaqnostika üçün xəstəliyə irsi meylliliyin də əhəmiyyəti vardır. Obyektiv yoxlamaya xəstənin müayinəsi, ələlxüsus onun limfa düyünlərinin yoxlanmasına aiddir. Şişi əllədikdə onun sərhədlərini, mütəhərrikliyini, ətrafındakı üzvlər və toxumalarla əlaqəsini, şişin ağrılı olub-olmamasını və konsistensiyasını müəyyən etmək lazımdır. Qadın cinsiyyət üzvlərinin patologiyasına və kiçik çanaq üzvlərinin şişlə ikincili zədələnməsinə yol verməmək üçün onkoloji xəstəliyi olan bütün qadınlar bimanual ginekoloji müayinədən keçirilməlidir. Bədxassəli xəstəliklərin diaqnostikasında laboratoriya tədqiqatının böyük əhəmiyyəti vardır. Çox vaxt ifrazatda (nəcis, sidik, bəlğəm) gizli qan olması Ardı »