Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XərçəngBaş beyin şişləri

Bu növ şişlərin yaranması müxtəlif səbəblərdən yarana bilər və çoxlu növləri var. Qeyd edək ki, mərkəzi sinir sisteminin şişləri təəssüf ki, geniş yayılmışdır və orqanizm şişlərinin 5%-ni təşkil edir. Baş beyin şişləri yaranmasının bir çox səbəbi var bunlara kəllə-beyin travmaları, zərərli mühit, kəllənin rentgen şüalarına və yüksək sürətli cərəyana çox məruz qalması. Baş beyin şişləri aşağıdakılar bölünür:


Baş beyin şişləri- İlkin şişlər: kəllə sümüyünün şişləri

- Kəllə sümüyü şişlərin: osteoma, qranuloma, hemangioma, ksantoma, deformasiyaedici ostit.

- Beyin qişalarının şişləri: meningioma, sarkoma, qliomotoz.

- Hipofiz və epifizin şişləri: adenoma, pinealoma

- Kəllə sinirləri şişləri: görmə sinirinin qlioması, V və VIII sinirlərin şvannoması

- Neyroqliya şişləri: qlioma və epindioma

- Ardı »

XərçəngProstat xərçənginin qarşısını alan meyvə

[color=#fd5b36]Aparılan araşdırma zamanı hər gün bir ovuc qoz yeməyin xərçəngli hüceyrələrin böyüməsini zəiflətdiyi məlum olub.

Lent.az-ın “internethaber.com” saytına istinadən verdiyi məlumata görə, bu araşdırma ABŞ-da aparılıb.

Siçanlar üzərində aparılan araşdırma nəticəsində Omega-3 və digər sağlam komponentlərə malik olan qozun prostat şişinin böyüməsini yavaşlatdığı, eyni nəticənin insanlarda da ortaya çıxma ehtimalının yüksək olduğu ortaya çıxıb.
Kaliforniya Universitetində aparılan araşdırmanı idarə edən Paul Devisin sözlərinə görə, qoz yeyən siçanlarda xərçəngli prostat şişləri parçalayır, xəstə hüceyrələrin böyüyərək yayılmasında zəifləmə müşahidə olunur. P. Devis ən ölümcül xərçəng növünün ikincisi olan prostat xərçənginə tutulmamaq üçün hər gün ən azı 14 qozla yanaşı kifayət qədər meyvə və tərəvəz yeməyin vacib Ardı »

Xərçəngİnsan ilk dəfə xərçəng olduğunu eşidəndə…

İnsan həyatında böyük dəyişikliklərə səbəb olan xəstəliklər arasında xərçəng ilk yerlərdən birini tutur. Xərçəng diaqnozu qoyulan xəstənin həm fiziki, həm də psixoloji vəziyyətində çətin bir dövr başlanır. Diaqnoz qoyulmuş xəstənin xəstəliyə yüklədiyi anlam, xəstəliyin özündən xeyli irəliyə keçmiş olur. Xəstəyə dərman terapiyası ilə yanaşı, psixoloji dəstək də çox vacibdir. Xəstəlik tibbi-fizioloji xəstəlik olduğu qədər, ruhi və psixo-sosial mexanizmləri də olan bir xəstəlikdir. Xəstə yaranan vəziyyətlə bağlı bir böhran yaşayır, amma onu bu böhrandan çıxarmaq mümkündür. Xərçəng diaqnozu ilə bərabər baş verən ruhi periodlar bu şəkildə sıralanır:
Xərçəng xəstəliyi. ŞOKÖNCƏ ŞOK YAŞAYIR
Vəziyyətini öyrənən xəstə şok keçirir. Ətrafda bu cür hallarla çox rastlaşsa da, Ardı »

XərçəngXərçəngə xəstəliyinə qarşı şirin dərman

Alimlər xərçəng xəstəliyinə qarşı şirin dərman tapmışlar

ABŞ alimlərinin gəldikləri qənaətə görə, şokolad və şərab xərçəng şişləri hüceyrələrini məhv edir. Onların fikrincə, qırmızı üzümü və tünd şokoladı xərçəng şişləri ilə mübarizə aparan məhsullar qrupuna aid etmək olar. Daha əvvəl bu qrupa qaragilə, sarımsaq, soya və yaşıl çay daxil edilmişdi.

Bu məhsullar, heç şübhəsiz, xərçəngin müalicəsinin son mərhələlərində dərmanı əvəz edə bilməz. Lakin güclü və səmərəli profilaktik təsir göstərir. Ən böyük üstünlüyü isə budur ki, kimyəvi angiogenez preparatlara xas olan kənar təsiri yoxdur.
Ardı »

XərçəngSüd vəzi xərçəngi

Süd vəzi xərçənginin müalicəsi xüsusi biliklər və müxtəlif sahə üzrə çalışan mütəxəssislərin əməkdaşlığını tələb edir. Süd vəzi xəstəliyinin effektli müalicəsi üçün bir neçə sahənin həkimləri əməkdaşlıq edir-ginekologiya, radiologiya, patanatomiya, şüa terapiyası və onkologiya. Belə bir əməkdaşlıq daha effektiv müalicə aparılmasına səbəb olur.

Süd vəzi xərçənginin diaqnostikası: kliniki müayinələr və həkimlə söhbət (anamnez). Xəstə ilə ilk təmasda həkim ilk əlamətləri öyrənməlidir. O, şübhə olunan şişi, qoltuqaltı nahiyəni (limfa düyünlərinin böyüməsini öyrənmək üçün) mütləq müayinə etməlidir. Anamnezlə tamamlanmış müayinə düzgün diaqnoz qoymağa və müvafiq müalicəyə başlamağa imkan verir.

Anamnezdə aşağıdakılar toplanır: yaş, ilkin aybaşı, menapauza dövrünün başlanğıcı, dövrün fazası, ilk hamiləlik, südlə qidalandırma tarixi, xərçəng Ardı »

XərçəngQəhvə xərçənglə mübarizəyə kömək edəcək

Gündə bir-iki fincan qəhvə içmək xəstələnmə riskini azaltmaq üçün kifayətdir.
Müəyyən olunmuşdur ki,

gündə üç fincan və daha çox qəhvə içən qadınlar arasında bağırsaq xərçənginə tutulma ehtimalı heç qəhvə içməyənlərə nisbətən 50% azdır.
Ardı »

XərçəngBaş və boyun şişləri

Yuxarı tənəffüs yollarının və həzm sisteminin ən çox yayılmış şişlərindən qırtlaq karsinomasını göstərmək olar. İkinci və üçüncü yerləri isə badamcıqlar və qırtlaq-udlaq nahiyəsinin xərçəngi tutur. Xəstəliklərin yaranmasına əsas səbəb kimi, siqaret, spirtli içkilərdən həddindən artıq istifadə etmə, gigiyena qaydalarına əməl edilməməsi, tabaka ilə nəfəsalma, düzgün salınmayan protezlər göstərilir.

Epşteyn-Barr virusu da burun-udlaq xərçənginin riskini artıran səbəblərdəndir. Baş və boyun xərçəngləri adətən, ardıcıl surətdə, uzun müddət davam edən və yarandığı nahiyədən demək olar ki, kənara çıxmayan növlərdir.

Baş və boynun bədxassəli şişlərinin 85%-ə qədəri yastıhüceyrəli xərçəng növünə aiddir, 5% melanoma, limfoma, sarkomanın payına düşür.

Baş və boyun xərçəngi

Baş və boyun şişləri ilkin şişin lokalizasiyasına Ardı »

XərçəngNazik bağırsaq şişləri Nazik bağırsaq şişləri

Məlum olduğu kimi nazik bağırsaq şişləri xoşxassəli və bədxassəli olur. Nazik bağırsağın xoşxassəli şişlərinə mədə-bağırsaq şişlərinin 5 %-ə qədərini xoşxassəli şişlər təşkil edir. Bunlara leyomioma, lipoma, neyrofibroma, fibroma aiddir. Damarlı şişlər çox vaxt nazik bağırsaqda çoxsaylı lokalizasiyaya malikdirlər. Hemangiomalar qanaxma verib və ya invaginasiyaya uğraya bilərlər. Diaqnostika məqsədilə biopsiya və qanayan sahələrin koaqulyasiyası üçün enteroskopiyadan istifadə olunur.

Nazik bağırsağın bədxassəli şişləri aşağıdakılardır:

Adenokarsinoma, nadir halda rast gəlinir, adətən nazik bağırsağı zədələyən Kron xəstəliyi zamanı meydana çıxır. İlkin bədxassəli limfoma, qalça bağırsaqdan yaranır . Karsinoid şişlər, əsasən appendiksdə meydana çıxır, onlardan 55% çoxsaylı şişlərdir, ölçüsünə görə də böyük olub, 2sm-ə qədər olur. Yaxın orqan Ardı »