Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞirniyyatlarTər halva

Əla növ buğda unu – 400q, ərinmiş yağ – 200q, doşab – 250q və ya şəkər tozu – 200q, darçın – 2q.

Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar., bu zaman halvanın keyfiyyəti yaxşılaşır. Ardı »

ŞirniyyatlarBananlı rulet

Xəmir üçün
6 yumurta
5 xörək qaşığı şəkər
8 xörək qaşığı un
yarım paket vanil
1 xörək qaşığı limon suyu
1 limonun qabığı (sedra)

Krem üçün
1 yumurta
7 xörək qaşığı şəkər
3 xörək qaşığı un
yarım litr süd
yarım limonun qabığı (sedra)
Yarım paket vanil
50 qr. marqarin
İçi və üstü üçün
2 banan
1 stəkan fıstıq

Hazırlanma qaydası:
Krem üçün istifadə edəcəyiniz südün 1 stəkanını qazana töküb isidin. Digər dərin bir qazanda yumurta, şəkər, un və xırdalanmış limon qabığını bir stəkan südlə qarışdırın. İsitdiyiniz südü yavaş-yavaş əlavə edərək, qatılaşana qədər bişirin. Daha sonra kənara qoyub marqarini və vanili əlavə edin. Ardı »

ŞirniyyatlarBanan Pirojnası

“Banan” Pirojnası

20 pirojna üçün

Xəmir üçün:
1 stəkan xama
çay qaşığının ucunda (çay qaşığının dörtdə bir hissəsi) çay sodası
200 qram kərə yağı – əridib soyudun (qaynatmayın – əriyən kimi oddan götürün)
2 stəkan əla növ ağ un

İçi üçün:
2 stəkan kəsmik
1 stəkan şəkər
yarım stəkan un
bir çimdik vanil



Üstü üçün – şəkər kirşanı (pudrası)

Əvvəlcə xəmiri düzəldin. Bunun üçün bir qabda sodanı xamada qabardın. Üstünə yağ və unu əlavə edib xəmir yoğurun. Xəmir zərif olmalı və çox bərk olmalalıdır. Xəmiri kündələyib 2 saat ərsində soyuducuda saxlayın.

İçi hazırlayın. Bunun üçün bir qabda kəsmik, şəkər, un və vanili qarışdırın. Alınan kütləni 1 saat ərzində Ardı »

ŞirniyyatlarBrauniz pirojnaları

Dadlı şirniyyatın daha bir resepti

Ərzaqlar:
170 +30 qram acı şokolad (59-70% какао)
170 qram kərə yağı
250-300 qram şəkər tozu
3 ədəd yumurta
125 qram un
1 ç.q. qabartma tozu
bir çimdik duz
0,5 stəkan qoz ləpəsi və yaxud təmizlənmiş badam

Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün: əridilmiş şokoladın (170 qram) üzərinə xırda doğranılmış kərə yağı töküb, buxarda istilədərək, əridin. Sonra üstünə şəkər tozu əlavə edib, həll olunana qədər qarışdırın. Soyutmaq üçün kənara qoyun. Sonra üstünə tədricən yumurtaları əlavə edib, qarışdırın. Unu qabartma tozu ilə qarışdırıb, duz səpərək, şokoladlı qarışığın içinə tökün.
Şokolad (30 qram) və qoz ləpəsini xırda-xırda doğrayıb, xəmirə əlavə edərək, Ardı »

ŞirniyyatlarGöy qurşağı tortu resepti

2
Tərkibi:
4 fincan toz şəkər
4 fincan un
1 fincan nişasta
4 ədəd yumurta
2 yemək qaşığı duru yağ
1 paket qabartma tozu
1 paket vanil
3 yemək qaşığı qaynar su
Göyquşağı rənglərində qida boyası

Kremi üçün:
250 qram marqarin
80 qram şəkər tozu
1 litr süd
½ paket vanil
70 qram nişasta
80 qram pudra şəkəri

Hazırlanması:
Yumurta ağlarını krem şanti formasına gələnə qədər çırpın.
Şəkərin yarısını əlavə edin, şəkər əriyincəyə qədər çırpmağa davam edin.
Yumurta sarılarını qalan şəkər və qaynar su ilə şəkəri qarışdırın, 6-7 dəqiqə çırpın.
Şəkər əridiyi zaman yağı əlavə edin və çırpın.
Yumurta ağı və sarıları ilə toz vəsaitləri də əlavə edin və çox az Ardı »

ŞirniyyatlarPryanik resepti

Tərkibi:
4 ədəd yumurta
3 s/t pesok
0,5 s/t qatıq
1 s/t yağ (duru)
1 ç/q soda
Aparana qədər un

Hazırlanması:
Əvvəlcə ərzaqları qarışdırırıq, 15 dəqiqə dincəldikdən sonra yumurulayıb yağlanmış listə düzürük. Üstünü çox qızarmağa qoymuruq.

Nuş olsun! Ardı »

ŞirniyyatlarKöştəbək tortu

Lazım olanlar:
3 yumurta,
1 su stəkanı şəkər,
75 qr. marqarin,
1 paket qabartma tozu,
1 paket vanilya,
2 xörək qaşığı kakao,
aldığı qədər un,
İçi üçün:
* 1 paket krem şanti + 1 su stəkanı süd,
* 3 dənə banan,
* 2 qaşıq damla şokolad,
* 2 qaşıq qırılmış fındıq,

Hazırlanma qaydası:
tortŞəkəri ilə yumurtaları çırpın. Üzərinə yumşalmış marqarini,qabartma tozunu vanilyayı, kakaoyu və aldığı qədər unu (tünd konsistensiyalı olmalıdır) qatıb keks xəmirini yağlanılmış yumrukeks qəlibinə töküb yayın. 170 dərəcəlik sobada pişrin. Bişənkeks ılıyınca kənarlarından 2 sm. buraxıb orta qisimi qaşıqköməyi ilə oyun. Yanlız düz bir şəkildə və döşəməsiparçalamadan keke yarı qisminə qədər oymalısınız .. Oyduğunuzhissəyə ikiyə kəsilmiş . krem şantiyi südlə çırpıp içinə fındıq Ardı »

ŞirniyyatlarGüllü almalı piroq

Güllü almalı piroq

MATERİAL SİYAHISI:

2 su stəkanı un
100 q. Kərə yağı
3 xörək qaşığı şəkər kirşanı
1 yumurta
1 paket vanil
1 çay qaşığı qabartma tozu
3 çoba k. Su

KREMİ ÜÇÜN:

2,5 su stəkanı süd
2,5 xörək qaşığı un
1 çay stəkanı toz şəkər
1 xörək qaşığı nişasta
1 paket vanil
1 poşet köpükləndirilmiş şəndi

ÜZƏRİ ÜÇÜN:

4 qırmızı alma
4 xörək qaşığı şəkər tozu
Su

İÇİ:

Unu qarışdırma qabına alırıq. Kirşanı şəkərini, vanili və qabartma tozunu əlavə edirik və qarışdırırıq. Ortasını hovuz kimi açırıq. Ortaya otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq. Yumurtasını qırırıq. Ardı »