Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TurşularSirkəyə Qoyulmuş Badımcan

[color=#4866e7][b]Hazırlamaq üçün xırda faraş badımcan götürülür,

saplağı kəsilir,

yuyulur, sonra duzlanıb acı suyu çıxarılır. 10%-li duzlu suda 2-3 dəqiqə pörtlədilir, süzülür.

Süzüldükdən sonra badımcanlar süzgəcə yığılır, üstünə taxta, onun da üstünə ağır yük (2-3 kq) qoyulur ki suyu tamam çıxsın (15-20 saat).

Sıxılmış badımcanların içinə azca duz vurulur, əvvəlcədən hazırlanmış iç qoyulub ya şüşə, ya da şirəli saxsı qablara yığılır və üstünə sirkə tökülür. 3-4 gündən sonra badımcan hazır olur.

Sirkəyə qoyulmuş badımcanları soyuq yerdə saxlamaq lazımdır. Badımcan üçün iç belə hazırlanır: sarımsağın qabığı soyulur, dilimlənib duzlanır (1 kq sarımsağa 50 qram duz götürülür) həvəngdə döyülür və ya xırda-xırda doğranır, buna Ardı »

TurşularQırmızı bibər turşusu resepti

Tərkibi:
2 kq. qırmızı bibər
1 baş sarımsaq
1 su stəkanı sirkə
1 çay stəkanı limon suyu
1 çay stəkanı duru yağ
Kifayət qədər turşu duzu
1 çay qaşığı limon duzu

Hazırlanması:
Qırmızı bibərləri yuyub qurulayın.
Yağlı kağız sərilmiş soba nimçəsinə qırmızı bibərləri düzün.
Sobada qabıqları yumuşayana qədər saxlayın.
Sobadan aldığımız bibərləri soyub, ortadan ikiyə bölüb toxumlarını təmizləyin.
Sarımsaqları əzin, sirkə, yağ, limon suyu, duz, və limon duzunu bir qaba alıb yaxşıca qarışdıraq.
Çuxur bir qaba əgər qışlıq edirsinizsə şüşə qaba 1 qat qırmızı bibər üzərini örtəcək qədər hazırlanan sirkəli qarışığı tökərək vəsait bitənə qədər qat-qat eyni əməliyyatı aparaq.
Qışlıq olan qabın üzərinə duru yağ töküb ağzını möhkəmcə bağlayaq.
1 həftə sonra açıb yeyə bilərsiniz!

Nuş olsun! Ardı »

TurşularXiyar turşusu resept_)

Tərkibi:
3-4 kq kiçik körpə xiyar
5-6 budaq kərəviz yarpağı
1 baş sarımsaq
1 ədəd limon
1 dəstə şüyüd
2-3 ədəd dəfnə yarpağı
1 Litr su
6 x.qaşığı duz

Hazırlanması:
* Təzə, sərt, eyni boydakı xiyarları yaxşıca yuyub təmizləyin.
* Təmiz bir iynəylə bir neçə yerindən deşin.
* Bankanın dibinə bir neçə budaq kərəviz yarpağı yerləşdirin və bunun üzərinə də iki incə limon dilimi qoyun.
* Xiyarları möhkəmcə yerləşdirin.
* Aralarına sarımsaq dişlərini, dəfnə yarpağını və kərəviz yarpağını sıxışdırın.
* İncə limon dilimlərini xaricdən görüləcək şəkildə qabın kənarlarına yerləşdirin.
* Yerləşdirmə əməliyyatı bitincə, 1 litr suya (qaynadılmış və süzülmüş olması lazımdır ) 6 x.qaşığı duzu töküb suyunu hazırlayın.
* Duz əridikdən sonra bankaya tökün.
* Əgər su xiyarların üzərini Ardı »

TurşularPərpətöyün Turşusu

Pərpətöyündən sarımsaqlı qatıqla salat hazırlamaqdan savayı daha nə etmək olar? Əlbətdə ki turşuya qoymaq. Hazırlayın,çox güman ki bu dadına baxdığınız ən ləzzətli şey olacaq. Mən bu dadı çox sevirəm. Bakıda böyüyüb boya-başa çatdığım zamandan bu yana bağımızda bol yetişən pərpətöyündən özüm turşu qoymuşam. Xırçıldayan, xoş turşməzə, maraqlı tamı olan pərpətöyün turşusu xüsusi ilə ət yeməkləriylə birgə yeyiləndə gözəl olur. Kaliforniyadakı bağımızda pərpətöyün cücərmədiyindən mən onu fermer bazarından alıram.
Pərpətöyün Turşusu
2 litrlik banka üçün
1 kq pərpətöyün (gövdə və yarpaqlarıyla birgə)*
5-6 diş sarımsaq
4 quru dəfnə yarpağı
5-6 qara istiot dənəsi
3 xörək qaşığı iri xörək duzu
4 fincan üzüm sirkəsi ilə 2 fincan suyun qarışığı.
Hazırlanması:
Qaynar suda istifadə Ardı »

TurşularXiyar Turşusu

Xiyar turşusunun bir neçə hazırlanma üsulu var:
1. Qırmızı qarağatla xiyar turşusu
Ərzaqlar:
Təzə xiyar
Qırmızı qarağat
Sarımsaq
Qurudulmuş şüyüd
Gilas yarpağı
Qarağat yarpağı
Xren
1litr üçün duzlu su üçün:
3xörək qaşığı duz
1x.q. qənd
5ədəd qara istiot
5əd. mixək
Hazırlanması:
Bankanın dibinə şüyüd, sarımsaq qarağatdan başqa hər şey tökülür sonra xiyarlar yığılır üstən qarağatlar tökülür. Üzərindən qaynar su tökülür 10 dəqiqə saxlanılır, boşaldılır sonra qaynar duzlu su tökülüb ağzı bağılanılır. Ağzı aşağı yığılır. Sirkə vurulmur, çünki qarağatın tərkibində limon turşusu var.
2. Turşu suyu olaraq hər 1litr su üçün 100 qr iri duz, 1 stakan üzüm sirkəsi (evdə hazırlanmış olsa daha yaxşı) 1xörək qaşığı şəkər.acı bibər, bol sarımsaq, qara istiot, zəncəfil dilimləri.
Xiyarlar yuyulur, ucları kəsilir, bankaya Ardı »

TurşularAlça turşusu

Alça turşusunu iki cür hazırlamaq olar - şəkərli və şəkərsiz. Həmçinin onu pasta kimi bankada, yaxud da lavaşana kimi büküb saxlamaq da olar.

Şəkərsiz alça turşusu

Sarı, yetişmiş alçaları yuyun, aşsüzənə yuyun, suyunu süzün. Quruyandan sonra şirli ləyənə yığın. Əlinizlə əzin (bu ondan ötrü lazımdır ki, azca suyu çıxsın və bişirəndə dibi yanmasın). Sonra vam ocağın üstünə qoyun, taxta qaşıqla durmadan qarışdırın. Dənələri lətindən tam ayrılanda ocaqdan götürün. Soyuyandan sonra aşsüzən və ya ələkdən keçirin, qabığı və dənələrindən tam ayırın. Azacıq duz da vura bilərsiniz. (Turşunu bu halında pasterizə edilmiş bankalara yığıb bağlaya bilərsiniz, o zaman tomat pastası kimi alınacaq). Bir qədər kərə Ardı »

TurşularDuza qoylmuş bibər.

Tərkib:
Bibər – 10 əd, sarımsaq -120 q, cəfəri -150 q, nanə -100 q, saplaqlı istiot -150 q, duz -20 q, üzüm sirkəsi -500q.
Hazırlanması:
Bibər qaynar duzlu suda 1-2 dəq pörtülür. Saplağa yaxın yerindən kəsilib içi çıxarıldıqdan sonra oraya sarımsaq, göyərti və saplaqlı istiotdan hazırlanmış iç qoyulur və kəsilən qapağı ilə örtülür. Sonra cərgə ilə bankanın içinə yığılıb hər cərgədə duz səpilir və üstünə üzüm sirkəsi tökülür. Ən son bankanın qapağı örtülür sərin yerdə saxlanılır. Ardı »

TurşularGavalı turşusu resepti

Tərkibi:
Gavalı
Dəfnə yarpağı
Sarımsaq
Ətirli istiot
Duz
Esensiya (70% sirkə)

Hazırlanması:
Gavalını yuyub çəngəllə deşin, sarımsağı təmizləyin dilimlərə, istiotu və dəfnə yarpağını yuyun.
Sterilləşdirilmiş bankaya yığıb üstünə duz tökün (1 x.q. 1 litr suya).
1 x.q. 1 litr suya esensiya töküb qaynar su əlavə edin və bankanı qapaqla bağlayın.

Nuş olsun! Ardı »