Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TurşularSirkəyə qoyulmuş sarımsaq

Sarımsaq

Duz

Sirkə

Ətirli istiot

Dəfnə yarpağı

Mixək (sevmədiyim üçün bunu istifadə etmirəm)


Sarımsağı sirkəyə 2 üsulla qoymaq olar: bütöv və ya “dişlərə” təmizlənmiş. Əgər təmizlənmiş sarımsağı sirkəyə qoyursuzsa, onda qabığı təmizlənmədən sarımsaq dişlərini birbaşa bankaya (əvvəldən qaynar su ilə yaxalanmış) yığırsız. Bankaya sarımsaqdan qabaq ədviyyəni və duzu yığın. Bunların üzərinə sirkə tökülür. Qaynara verilmiş qapaqla bankanı bağlayın və ehtiyatla bir neçə dəfə bankanı çevirin ki, ədviyyat tam yayılsın. Bankanı sərinə qoyun. 1 aya yetişəcək.

Əgər sarəmsağı bütöv sirkəyə qoyursuzsa, onda sarımsağı üst qalın qabığını təmizləyin (alt qabıq qalmalıdır). Qaba 1 litr su töküb 20 gr. duzu əridin. Sarımsaqları bu qaba qoyun, belə ki, onlar tam duzlu suda Ardı »

TurşularQış üçün şoraba tədarükü

Tərkibi:
1 kq xiyar
150 qr kök
150 qr soğan
150 ml tomat pastası
50 ml bitki yağı
1 x/q duz
1/3 ç/q əzilmiş qara istiot
1/2 stəkan perlova
1 x/q sirkə (9%)

Hazırlanması:
1. Perlova (arpa yarması) axşamdan soyuq suda islağa qoyulur.
2. Xiyarlar təmizlənib və yuyulandan sonra sürtkəcdən keçirilir, şirəsi çıxması üçün 30 dəqiqə qazanda saxlanılır.
3. Kök təmizlənir və sürtkəcdən keçirilir.
4. Soğan qabığından təmizlənir və xırda kubiklər şəklində doğranılır.
5. Tavaya bitki yağı əlavə edilir, ardınca doğranmış soğan və kök. Tərəvəzlər qızılı rəng alanadək qızardılır, sonra isə bağlı qapaq altında bir müddət saxlanılır.
6. Bişmiş tərəvəzlərin yanına xiyarlar, tomat pastası, perlova, duz və istiot əlavə edilir. Qarışdırılır və arabir qarışdıraraq təqribi 30-40 Ardı »

TurşularAcı bibər turşusu

Tərkibi:
2 kq. acı bibər
1 su stəkanı üzüm sirkəsi
10 diş sarımsaq
4 yemək qaşığı xörək duzu
Aldığı qədər su

Hazırlanma qaydası:
Bibərləri yaxşıca yuyun və bankaya boşaldın.
Xörək duzunu banka alacağı qədər suda əridin və sirkəylə qarışdırıb bankaya boşaldın.
Sarımsaqları soyub bibərlərin arasına yerləşdirin.
Qapağını möhkəmcə bağlayıb quru və sərin yerdə 15-20 gün gözlədin.
(Turşu qabının ən üstünə kərəviz yarpağı və cəfəri də əlavə edə bilərsiniz.)

Nuş olsun! Ardı »

Turşularİçi doldurulub sirkəyə qoyulmuş badımcan

Xırda nazik badımcan

Sarımsaq

Keşniş

Şüyüd

Nanə

Reyhan

Tarxun

Duz

Şərab sirkəsi


Göyərtini yuyub, doğrayın. Doğranılmış sarımsağı göyərtiylə qarışdırın, duz əlavə edin.

Xırda badımcanları saplaqdan təmizləyib uzununa yarın, oraya duz səpin. 0,5 saat saxlayın, sonra badımcanları yuyun. Suya duz əlavə edib qaynadın. Qaynar suya badımcanları atın. Əgər badımcanlar xırdadırsa, onda onları 2.3 dəq qaynadın.

Badımcanlar nə bərk, nə yumuşaq olmalıdırlar.

Pörtülmüş badımcan aşsüzənə yığılır, üstünə ağır əşya qoyub 3 saat saxlayırsız.

Hazırlanmlş iç badımcanların arasına doldurulur, bankaya yığılıb üzərinə sirkə tökülür.
Bankanı bağlayıb soyuq yerə qoyun.
1,5 aya badımcanlar yetişir.

Nuş olsun! Ardı »

TurşularSarımsaq turşusu)

Tərkibi:
Təzə sarımsaq
Sirkə
Limon duzu
Toz şəkər
Duz, su

Hazırlanması:
Təzə sarımsaqları yuyun. Qaba və ya bidona yerləşdirin. Üzərinə duzlu su əlavə edin.
Gündə bir dəfə suyu boşaldılıb təkrar duzlu su əlavə edin. Bu əməliyyatı 3 gün ərzində təkrar edin.
4-cü gün sirkə, duz, limon duzu, şəkər tozu və su qarışdırılıb, sarımsaqların vasitəsilə qapanana qədər bidona əlavə edin. Arada nəzarət edilərək tərs düz edin.
1-2 həftə sonra turşunuz hazırdır.

Nuş olsun! Ardı »

TurşularBadımcan Turşusu

İçi doldurulub sirkəyə qoyulmuş badımcan

Xırda nazik badımcan

Sarımsaq

Keşniş

Şüyüd

Nanə

Reyhan

Tarxun

Duz

Şərab sirkəsi


Göyərtini yuyub, doğrayın. Doğranılmış sarımsağı göyərtiylə qarışdırın, duz əlavə edin.

Xırda badımcanları saplaqdan təmizləyib uzununa yarın, oraya duz səpin. 0,5 saat saxlayın, sonra badımcanları yuyun. Suya duz əlavə edib qaynadın. Qaynar suya badımcanları atın. Əgər badımcanlar xırdadırsa, onda onları 2.3 dəq qaynadın. Badımcanlar nə bərk, nə yumuşaq olmalıdırlar. Pörtülmüş badımcan aşsüzənə yığılır, üstünə ağır əşya qoyub 3 saat saxlayırsız. Hazırlanmlş iç badımcanların arasına doldurulur, bankaya yığılıb üzərinə sirkə tökülür. Bankanı bağlayıb soyuq yerə qoyun.

1,5 aya badımcanlar yetişir.

Nuş olsun! Ardı »

TurşularLeço

Tərkibi:
Pomidor 4 kq
Yaşıl bibər 3 kq
narın xörək duzu 2 xörək qaşığı
Duru yağ 1 stəkan
Uksus 9%2 xörək qaşığı

Hazırlanması:
1) Pomidor yuyulur ət maşınından keçirilir.
2) Bibər yuyulur, toxumu çıxarılır, və 4 hissəyə bölünür.

Çəkilmiş pomidoru qazana tökülür, üzərinə duz, yağ əlavə edilir və qaynadılır. Pomidor qaynadıqdan sonra bibər əlavə edilir. Bunlar hamısı 30 dəqiqə qaynadılır. Sonra sobanın üzərindən götürülür və uksus əlavə edilir. Təmizlənmiş bankalara töküb ağzını bağlayırıq. Qışda isə yeyirik.
Nuş olsun! Ardı »

TurşularTurşuya qoyulmuş şampinyon göbələyi resepti

Tərkibi:
1 kg şampinyon
2 stəkan su
50-60 qr sirkə cövhəri (30%)
10 ədəd (noxud dənələri) qara istiot
4 əd mixək
2 əd dəfnə yarpağı
10 qr duz
5 qr şəkər tozu
muskat

Hazırlanması:
1. Ərzaqlar hazırlanır.
2. Göbələklər 10 dəqiqə ərzində duzlu suda qaynadılır. Sonra su axıdılır.
3. Marinadın (şorabanın) hazırlanması. Su qaynama həddinə gətirilərək istiot, dəfnə yarpağı, mixək, muskat, sirkə, duz və şəkər tozu əlavə edilir. Göbələklərin üzərinə alınan marinad əlavə olunur və birdaha qaynama həddinə gətirilərək 5 dəqiqə bişirilir.
4. Göbələklər isti-isti bankalara doldurulub bağlanır. Göbələklər soyuduqda isə bankalar soyuducuya yerləşdirilir.
5. Turşu göbələkləri soyuyandan dərhal sonra artıq istifadə etmək olur. Ardı »