Salat tarifleri → Toyuq ətindən salat resepti
Tərkibi:
2 ədəd hazır toyuq döş əti
2 ədəd iri (qabığı soyulmuş) pomidor
80 qr qara (tumu çıxardılmış) zeytun
3 ədəd kərəviz özəyi
göy soğan
30 qr ləpə (qoz, badam və ya balqabaq tumu)
Qatqı üçün:
1 x/q albalı və ya moruq sirkəsi
3 x/q zeytun yağı
1 diş sarımsaq (zövqə görə)
duz
istiot
Hazırlanması:
Əgər sizdə əlavə olaraq bişmiş və ya qızardılmış toyuğun döş əti qalıbsa, o zaman ondan maraqlı və dadlı salat hazırlamaq olar.
1. İnqredientlər hazırlanır.
2. Döş əti uzunsov xətlər formasında doğranılır.
3. Soğan, kərəviz, pomidor və zeytun doğranılır. Ləpələr əzilir.
4. Qatqı hazırlanır: sirkə ilə yağ, duz, istiot və zövqə görə əzilmiş sarımsaq qarışdırılır.
5. Salata qatqı əlavə olunub ehtiyyatla qarışdırılır.
6. Vəssalam! Salat hazırdır. Yüngül, Ardı »