Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerQapılarınız bağlı olmasın

Yəqin ki,məşhur sirk ustası Harri Hudininin adını(onun əsl adı Erik Vays idi) siz də eşitmisiniz.O özü ilə heç bir alət götürmür,yalnız əynindəki paltarla həbsxanaya girir və qapılar bağlı olmasına baxmayaraq, bir saat keçməmiş oradan çıxırdı.

Bir gün Böyük Britaniyadakı kiçik qəsəbələrdən biri Hudinini «qonaq» dəvət etdi.Onu qəsəbənin yeni həbsxanasına apararaq,kameralardan birinə salırlar.Hamıda böyük bir həyəcan var idi.Qapılar bağlananda heç kim onun kameradan çıxacağına inanmırdı.Ancaq Hudininin kəmərində polad bir çubuq var idi və məşhur sirk ustası göstərdiyi bütün nömrələri o çubuqla göstərirdi.

Aradan yarim saat keçmişdi.Artıq Hudininin üzündə əvvəlki ifadə yox idi.Əqrəblər altmışıncı dəqiqəni göstərəndə isə Hudininin üz-gözündən tər axmağa başlamışdı.İki saat başa çatandan Ardı »

Maraqli HekayelerSevgi zərbəsi [2-ci bölüm]

Aylar keçdi o gündən. Səmra təmizlikdən başqa heç nə düşünmür, kimsənin sualına cavab vermirdi. Anası arxası olmadığından o gecə qonşunun evinə getmədi. Qəlbində özünü günahkar hesab edirdi. Əgər həmin gecə nişana mane olsaydı, bəlkə də bircə balasını bu cür görməzdi. Səmra ağlasaydı, qışqırsaydı yenə rahat olardı, amma o tamamilə içinə qapanmışdı. Bəzən gecə ikən yatağına yaxınlaşıb "Qızım yatır, yoxsa oyaqdır"- deyə narahat olurdu. Amma o oyaq olurdu. Səhərə qədər... Yatarkən kədər dolu gözlərinə yuxu necə gələrdi axı? Uşaqlığa qayıtdı, qonşu qızla dostluğunun başladığı günə getdi bir anlıq. 6 yaşı olardı elə hər ikisinin. Səmra fındıq ağacının altında oturub ağlayırdı. Atasını itirmişdi Ardı »

Maraqli HekayelerGərək iman sahibi olasan!

O vaxtlardan indiyədək gəlib, ayaq alıb gedən nahaq əməllərdən: südə su qatmaq, odunları sulamaq, tərəzidə bir fırıldaq bir iş tutmaq və s. Bununla bağlı bir rəvayət:

Həzrəti Ömər xəlifə olduğu dövrdə haqq naminə bir çox qadağalar qoymuşdu. Belə ki, bu qadağalardan biri də bu imiş ki, südçülər südə su qatmamalıdılar. Bir gün xəlifə Mədinədə nəzarətdən dolayı gəzdikdən sonra çox yorulduğunu hiss edir və bir az dincəlmək istəyir. istədi. Buna görə də o yolun kənarındakı bir evə söykənib, dincəlib, sonra da yoluna davam etmək fikrinə gəlir. Belə də edir. Amma, dincəldiyi an, o, evdə yaşayan qız ilə anasının söhbətinə də qulaq qonaqlığı etmiş Ardı »

Maraqli HekayelerItirilmiş ata

Bir gənc həbs olunur. İttihamçı onu uşaqlığından tanıyırmış və həmçinin məşhur bir yazıçı olan atası ilə də tanış imiş. O, müttəhimdən soruşur:
- Atanı xatırlayırsanmı?
- Çox gözəl tanıyıram.

İttihamçı günahkarın vicdanını yoxlamaq üçün soruşur:
- Məhkum ediləcəyin anda çox mükəmməl insan olan atanı düşünərkən onun haqqında nə xatırlayırsan?

Bir az sükutdan sonra müttəhim gözlənilməz bir cavab verir:
- Bir öyüd-nəsihət almaq üçün yanına gedərkən başını kitabdan qaldırdığını və mənə: “Mənə Ardı »

Maraqli HekayelerALÇAQ ERMENİ (şeir)

_Alçaq ermeni_
¤¤¤
Ne qeder sebr etdik dözdükse feqet.
İçdi qanımızı alçaq ermeni.
Gösterdik o qeder ona merhemet.
Çekdi qelbimize min dağ ermeni.
¤¤¤
Göz qoydu her şeye o murdar paxıl.
Danışdı dünyaya her gün bir nağıl.
Ayıl ey türk oğlu bir göz aç ayıl!
Xof gelir üstüne qorxaq ermeni.
¤¤¤
Qudurdu yedikce çöreyimizden.
Bir zerbe endirdi üreyimizden.
El çekmir yapışıb eteyimizden.
Görübdü üzmüzü yumşaq ermeni.
¤¤¤
Kim ister Qarabağ düşmene qalsın?
Türk oğlu qadirdi geriye alsın.
Özünün neyi var gücü de olsun.
Rusa arxalanır yaltaq ermeni.
¤¤¤
Doğrandı bedenler kesildi eller.
Dünya danışmadı lal oldu diller.
Töredib o qeder çirkin emeller.
Şeytanla olubdu ortaq ermeni.
¤¤¤
Uzatdı elini bizim xalçaya.
Sahibem söyledi tar kamançaya.
Ne servet gösterdik qoca dünyaya.
Ona da uzatdı barmaq ermeni.
¤¤¤
Ey Nüsret bu ürek nece yanmasın?
Bu kinden Ardı »

Maraqli Hekayelerİki canavar haqda

Bir gün qoca hindu nəvəsinə həyat həqiqətini açdı.
— Hər bir insanın daxilində iki canavarın mübarizəsinə bənzər mübarizə gedir. Canavarlardan biri paxıllıq, qısqanclıq, təəssüf, eqoizm, ambisiya, yalanı təmsil edir. O biri canavar isə sülh, məhəbbət, ümid, həqiqət, xeyirxaxlıq, sadiqliyi təmsil edir. Babasının sözlərindən təsirlənən nəvə hindu bir anlıq fikrə gedib, sonra da babasından soruşur:
— Bəs sonda canavarların hansı qalib gəlir?
Qoca hindu gülümsəyərək cavab verir:
— Həmişə sonda sənin yemlədiyin canavar qalib gəlir. Ardı »

Maraqli HekayelerBəs sabah?

İndi xeyirxah olmağa çalışırsan, çünki ayların sultanı Ramazan ovqatındasan.
Açılan çiçəkləri, göyərən otları belə incitmək istəmirsən. İstəyirsən səxavətini bir az da artırasan, ağsaqqallara, ağbirçəklərə hörmətlə yanaşırsan, nəqliyyatda, metroda ayağa qalxıb nəzakətlə yer verirsən onlara. Qarşılığında: “Allah köməyin olsun!” duasını eşidirsən.
Küçədə, yol kənarında əl açıb dilənən uşaq, ixtiyar qoca görəndə kövrəlirsən, əlini cibinə salıb qarşında açılan əli boş qaytarmaq istəmirsən. Əvəzində yenə: “Allah səni darda qoymasın, Ramazan Sahibi yetsin dadına”, — duasını eşidirsən. Nə qədər məmnun olursan. Çöhrənə təbəssüm qonur, qarşı tərəfə razılıq edirsən, içinə dinclik, rahatlıq hopur. “Bacardığın yaxşılığı əsirgəməmək nə gözəlmiş”,- deyə pıçıldayırsan. Başından gözəl düşüncələr keçir: “Kaş hamı xeyirxah olaydı”.

İndi Ardı »

Maraqli HekayelerHəyatınız seçdiyiniz qadındır!

Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :
-Həyatını bağışlayaram, amma bir şərtim var, deyir.Bir sualıma cavab tapmalısan. «Qadınlar həyatda ən çox nə istər?» — budur bilmək istədiyim. Bu sualın cavabını gətir, qurtar kəlləni.- deyir.
General bu çətin sualın cavabını axtarmağa başlayır və dağda yaşayan bir cadugərin bunu bildiyini öyrənir. Günlərlə cadugərin evinə yol gedir və nəhayət onu tapıb bu sualın cavabını soruşur:
-Qadınlar həyatda ən çox nə istər?
Qorxunc cadugər cavab üçün elə bir şərt qoyur ki, General tərəddüd içində qalır…
-Evlən mənimlə!!! O zaman öyrənərsən ancaq nə istədiyini…
General bu ölümcül təklifi qəbul edir və doğru Ardı »