Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerYoldan ən gözəl keçən insan

Bir kral xalqı üçün çox geniş və rahat yol çəkdirdi. Yolu istifadəyə verməzdən öncə bir yarış təşkil etdi. Bu yarışda istəyən hər kəs iştirak edə bilərdi və yarışın məqsədi yoldan ən gözəl şəkildə keçən insanı müəyyən etmək idi.
Yarış günü xeyli insan toplaşmışdı. Bəzi insanlar ən gözəl atlarını gətirmiş, bəziləri ən gözəl paltarlarını geyinmiş, bəziləri saçlarını çox gözəl formaya salmış, bəziləri özləri ilə birlikdə ən dadlı yeməkləri gətirmişdi.
Nəhayət bütün yarışçılar yoldan keçdilər. Lakin hamı yolu keçib yenidən kralın yanına qayıdanda eyni şikayəti bildirirdi. Yolun bir hissəsi böyük daş və çınqılla dolu idi. Bu isə yolu keçməyi çətinləşdiridi.
Günün axırında təkcə bir yarışcı Ardı »

Maraqli HekayelerƏməliyyat masasındakı möcüzə !

Hərbi həkim, cəbhədə ağır yaralanan əsgərin əməliyyat masasına yatırdılmasına köməkçi oldu. Təlaşı gözlərdən qaçmayan həkim, işıqları nizamladıqdan sonra, xüsusi alətlərinə ehtiyac olduğunu fərq etdi. Bir dəmir parçası yazıq gəncin başına girmiş və bəzi sinirləri parçalamışdı. Bu sinirləri bir-birinə bağlaya bilmək üçün ən incəsindən bir iynəyə və yenə o qədər incə bir ipliyə ehtiyac vardı. Lakin, döyüşün orta yerində bunları tapmaq qeyri-mümkün idi. Bu sırada, əsgərin komandiri gənc leytenant, həkimin ümidsizlik içində qıvrıldığını gördü. Vəziyyəti izah edən həkimə, özünün sivil həyatda saat təmirçiliyi etdiyini və əlinin belə şeylərə vərdiş etdiyi üçün onun istədiyi iynəni dərhal edə biləcəyini söylədi. "Yaxşı, amma çox sürətli Ardı »

Maraqli HekayelerSöyüdlü Arx... 5-ci Bölüm

Axwam duz 6-nin yarisinda kitabxanada oldum.
Lakin o gelmemiwdi."Belke bir iwi olub gecikib.." - deye 8-e qeder gozledim, gelmedi.
Ders oyrenmek behanesiyle 4-5 gun her axwam kitabxanaya getdim. O gelmedi... Saatlarca yataqxananin penceresi qabaginda oturub gozumu kuceye dikdim... Onu gormedim. Gunler, aylar gelib kecdi... Nehayet men ondan elimi uzerek uwaq evinin komeyile Leninqrada gedib dag-medenleri instituna girdim. Institutda iwlerim evvelce cox yaxwi gedirdi. Adamlara tez isniwmeyi bacardigimdan yoldawlarim da, muellimlerimiz de xetrimi isteyirdiler. Lakin 5-6 aydan sonra tez-tez xestelenmeye bawladim. Qollarimda, qiclarimda berk agrilar emele gelmiwdi. Ele olurdu ki, 7-8 gun yataqdan qalxa bilmirdim. Institutun Ardı »

Maraqli HekayelerTəmiz pəncərə

Yeni ailə qurmuş cütlük, yeni bir məhəllədəki yeni evlərinə köçdülər. Səhər yeməyi yeyərkən, qonşu da paltarları asırdı. Qadın ərinə "Bax, paltarları təmiz deyil, paltar yumağı bilmir, bəlkə də doğru sabundan istifadə etmir." deyir. Əri ona baxır, lakin heç bir söz söyləmir yeməyinə davam edir.
Qadın, qonşusunun paltar asdığını gördüyü hər səhər eyni sözləri təkrar edir yoldaşına.
Bir ay sonra bir səhər, qonşusunun paltarlarının tərtəmiz olduğunu görən qadın cox təəccüblə "Bax paltar yumağı öyrəndi sonda, kim öyrətdi görəsən?"
'Mən bu səhər bir az tez oyanıb pəncərəmizi sildim' deyə cavab verdi əri..

Həyatda da belə deyildirmi?
Başqalarını izləyərkən gördüklərimiz, baxdığımız pəncərənin nə qədər təmiz olduğuna bağlıdır. Birini Ardı »

Maraqli HekayelerSeminar dərsi

Professor seminar dərsində tələbənin birinə sual verir:
- Hər nə varsa, Allah yaradıb?
-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.
-Allah hər şeyi, həəər şeyi yaradandır?
-Əlbəttə, ser.
O zaman professor belə dedi:
- Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şər - i də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?
Çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhal olan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:
- Professor, sizə sual vermək olar?
-Buyur.
Tələbə ayağa qalxaraq sual verdi:
-Professor, soyuq mövcuddur?
-Bu nə Ardı »

Maraqli HekayelerNəticə çıxarılası maraqlı həyat hekayəsi

Bu şəhərdə çox qala bilməyəcəkdi. Artıq hər şey onu sıxmağa başlamışdı. Olan-qalan nəyi var idisə götürüb bu şəhərdən getmək qərarına gəldi və əvvəllər tanımadığı bir ölkəyə üz tutdu. Bu ölkəyə hələ təzə alışmağa başlamışdı ki, bir gün meydanda bir səs eşitdi. Bir adam var gücü ilə:
"Teatr! Teatr! Teatra gəlin! Bu axşam teatra gəlin!" - deyə bağırırdı. Ömründə teatra getməmişdi. Odur ki, maraq onu götürdü. Əvvəlcə biletin satıldığı yeri öyrəndi. Cibindəki pul biletə ancaq çatırdı. Buna baxmayaraq, heç tərəddüd etmədən bütün pullarını verib bilet aldı. Tamaşa vaxtı gəlib çatdı. Bu doğurdan da onun üçün qeyri-adi bir şey idi. Artıq tamaşa qurtarmış, hamı Ardı »

Maraqli HekayelerSensiz Iken Ushuyurem Her Gece

Yayla qishin ferqi yoxdu, sevdiyim,
Sensiz iken üshüyürem her gece.
Xeyalda da firtinadir heyatim,
Tufan oldu, qar da yagdi indice.
- Sensiz iken üshüyürem her gece.
Yorganin da heç olmayir faydasi,
Üshümekdi bedenimin qaydasi.
Derdli ürek özüne tutur yasi,
Bu derdlere men dayanim, de nece?
- Sensiz iken üshüyürem her gece.
Hay-harayim düshüb menim dillere,
Qerib olub revan oldum çöllere.
Tapshirigin verib getdin yellere,
Feryadimi yel de almayir vece,
- Sensiz iken üshüyürem her gece. Ardı »

Maraqli HekayelerHəyata bir də bu gözlə baxın

Bir nəfər həyəcanla ora-bura var-gəl edirdi. Hiss olunurdu ki, nə isə axtarır.
Bir azdan var-gəl etməkdən yoruldu və yol kənarında dayanan avtomobilə yaxınlaşdı. Üzünü avtomobilin arxa oturacağında oturan uşağa tutaraq:

— Buraları tanımıram. Parkın yanında yerləşən çörək sexini axtarıram. Bura çox yaxın olduğunu deyirlər. Ancaq heç cür tapa bilmirəm, — dedi.

Uşaq avtomobilin pəncərəsini axıra qədər açdı. Sonra:

— Mən də bura ilk dəfədir ki, gəlirəm. Ancaq hər halda sağ tərəfə getsəniz, yaxşı olar, — dedi.

O, uşağın bunu haradan bildiyini soruşdu. Uşaq:

— Cökə çiçəklərinin iyini hiss etmirsiniz? Quş səsləri də oradan gəlir, — deyə gülümsədi.

Adam heyrətdən donub qalmışdı. Daha sonra uşaq:

— Dərindən nəfəs Ardı »