Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerNəyə necə baxırıq

Hər dəfə mübahisə edən iki nəfəri görəndə bu mənə bir psixologiya professorunun bir test sualını xatırladır.Bir dəfə bu professor tələbələrinə bir test sualı verir və bu sualda tələbələrindən bir qarışqanın ətrafındakı heyvanları hansı siniflərə ayırdığını soruşur.Nəhayət,ümumi cavab aşağıdakı kimi olur…

1)Şir,pələng,əqrəb,ilan və s. kimi xoşxasiyyət heyvanlar.
2)Toyuq,xoruz,qaz,ördək və s. kimi bədxasiyyət heyvanlar.

P.S:Hər şey nəyə necə baxmağımızdan asılıdır. Ardı »

Maraqli HekayelerVitrin

Dünyanın bakirə çağları getdi…
Daha oksigen də saxtadır, saxta.
Dünya-dünya deyil, supermarketdi,
Hamı satıcıdır, hər yan piştaxta…

Burda şüarlar var, endirimlər var
Sevinclər bahadı, qəmlər ucuzdu.
Məsələn, necədir görün bu şüar :
“Üç əclaf istəsən biri pulsuzdu”.

Vitrinlər önündə donub qalarsan,
Şüarlar çığırar “ Məni al ! “ –deyə.
Yüz metr Nəsimi dərisi alsan,
Bir şüşə Lorkanın qanı hədiyyə.

Burda sədaqətlər düzülüb rəfə,
Yazılıb : toxunmaq qətiyyən olmaz !
Xoruz banınacan gündə üç dəfə,
Pyotr yüz Məsihi satar, yorulmaz…

Vitrində tozlanır namuslu olmaq,
Vitrində tozlanır qeyrətli ürək.
Neyləyək namusa sponsor tapaq,
Neyləyək ürəyə klip çəkdirək ?!

Ay Dünya, hər yanı piştaxta dünya,
Ay yalançı dünya, ay saxta dünya,
Ay qərəz dünyası, ay kin dünyası,
Ay market dünyası, vitrin dünyası,
Sən şair qətlinə möhür bassan da,
Şeirin Ardı »

Maraqli HekayelerBitmez Heyat, Gelmez ölüm...

Bitməz həyat, gəlməz ölüm.

Kipriyimlə qor götürüb, Həsrət dolu baxışımla taleyimə yol çəkirəm.
Kədər adlı zəhrimarı ciyərimə bol çəkirəm.
Qədərimlə barışırıam, itaətə qol çəkirəm
Bu nə həyat, bu nə zülüm, bitməz həyat, gəlməz ölüm.

Qınayanlar bu həyatda, hansı dərdə şərik oldu?
Gül baxçamda çiçək əkdim, tikan bitdi, qönçəm soldu.
Acılara sinə gərdim, gözümdən çox bağrım doldu,
Bu nə həyat, bu nə zülüm, bitməz həyat, gəlməz ölüm.

Gözümdən yaş sel-su kimi axan zaman,
Silmədi ki, bu yaşları bir tək insan,
Bəzən bezib, bu dərdlərə etdim üsyan,
Ha cağırdım, ha bağırdım, çıxmadı ki, səsim-ünüm.
Bu nə həyat, bu nə zülüm, bitməz həyat, gəlməz Ardı »

Maraqli HekayelerƏliaçıqlıq

Bir xəsis öz səyahətləri zamanı sufi bir şəxsə rast gəlir və onlar yollarına birgə davam edirlər.

Getdikləri yolda zamanın tez keçməsi üçün xəsis danışmağa başlayır. O sufiyə ticarətdən necə pul qazandığını, hər qəpiyini necə qoruduğunu, öz həyatı boyu hansı sərvətləri topladığını və hazırda qohumlarının ona necə paxıllıq etdiyini danışır.

Xəsis elə hey həyəcanla deyirdi:

-Bir düşün: onlar ki, əsl tənbəllərdir! Ac dilənçilər! Onlar məni qənaətcil olduğum üçün simic adlandırırlar!

Sufi ciddi şəkildə dedi:

Onlar haqlı deyil, mən ömrümdə sənin kimi səxavətli insana rast gəlməmişəm!

Doğurdan? – deyə xəsis təəccüblə və inamsız şəkildə soruşdu.

Sufi cavab verdi:

— Doğurdan. Sən əslində özünün qənaətcil olduğunu güman edirsən. Əslində sənin əli açıqlığın Ardı »

Maraqli HekayelerDayanın...

Dostlar, bu məqaləni mən rus dilində oxumuşdum, mənə çox təsir etdi və sizlərlə bölüşmək istədim. İndi yaşadığımız cəmiyyətdə məncə ən böyük problemlərdən biridir.

“Biz tərbiyələndirdiyimiz insanlara cavabdehik” ( Ekzyüperi)

" Mən narkoman ailəsində anadan olmuşam. Deyirlər ki, insanlar yalnız 5-6 yaşlarından etibarən həyatında olan hadisələri xatırlayarlar. Bəlkə də heç kim mənə inanmaz, amma mənim uşaqlıq xatirələrim 2 yaşımdan başlayır. Məncə buna səbəb həyatımda baş verən hadisələr idi.
Mənim 2 yaşım vardı, o zaman ki, atam məni çarpayımdan götürüb 2-ci mərtəbədən həyətə atmışdı.İlk qorxunu mən o zaman hiss etmişdim,anamın qışqıraraq pillələrdən aşağı düşməsi… O zaman mənə heç nə olmamışdı, hətta bu hadisədən sonra mən atama Ardı »

Maraqli HekayelerÜrəyinə sual ver!

Türkiyədə yaşayan bir şəxs xəbər tutur ki, İranda dahi bir müəllim yaşayır. O düşünmədən bütün əşyalarını satır, ailəsi ilə vidalaşır və dahilik axtarışına yola düşür. Bir neçə il səyyahlıqdan sonra o ali müəllim yaşayan daxmanı taparaq, qorxu və hörmətlə onun qapısını döyür. Müəllim döyüntü səsinə çıxır.

Şəxs deyir: “Mən Türkiyədənəm”, mən bütün bu yolu qət etmişəm ki, sizə bircə dənə sual verəm. Qaca kişi heyrət içindəydi, amma, dedi ki – “Yaxşı. Siz mənə bir sual verə bilərsiniz”

- Mən istəyirəm ki, sualım aydın olsun. Bu səbəbdən olarmı ki, mən türkcə soruşum?

- Bəli. Mən hal-hazırda sizin bir tək sualınıza cavab verdim. Əgər siz Ardı »

Maraqli HekayelerŞükürsüz günümüz olmasın!..

Kəskin qarlı, dağıdıcı küləkli bir qış günündə evimizin qapısı döyüldü. Qapını açanda qarşımda nimdaş paltarlı, cırıq paltolu iki uşaq vardı. Evdə köhnə qəzet olub olmadığını soruşdular. İşim çox idi. Əvvəl yox demək istədim. Gözüm ayaqlarına sataşdı və susdum. İkisinin də ayağında köhnə ayaqqabı vardı və ayaqları islaqdı.ALLAHIM SƏNƏ ÇOX ŞÜKÜR!
"İçəri girin sizə isti kakao verim!" - dedim. Heç danışmırdılar. Xalçanın üstündə islaq ayaqlarının izi qalmışdı. Kakaonun yanında yağ, mürəbbə, çörək verdim. Onlar sobanın yanında çörəklərini yeyərkən mən də işlərimə davam etmək üçün mətbəxə getdim. Amma bir müddət sonra otaqdakı səssizlik diqqətimi cəlb etdi və başımı otağa doğru uzatdım. Kiçik qız əlindəki Ardı »

Maraqli HekayelerBir mənzildən digərinə.

Ana bətnində yaranmış iki əkiz qardaş günlərlə, həftələrlə böyüməyə başlayırlar. Onlar analarının bətnində çox rahat və təhlükəsizcə yaşayaraq, oranı öz evləri zənn edirlər və oranı çox sevirlər. Bu qardaşlar böyüyə-böyüyə olduqları dünya haqqında daha da çox düşünürlər. Onlar bütün bunları araşdırdıqca bu vaxt anaları ilə onları bir-birinə bağlayan bir o uzun borunun şahidi olur və bu haqqda düşünürlər. Artıq vaxt gəlib çatıb, ki, onlar olduqları o məkanı, yuva saydıqları yeri tərk eləsinlər, onlar burdakı həyatı tamamlamalı idilər.

Bu an yenə başlayırlar danışmağa:
- Bütün bunların bir mənası varmı, axı mən burdan getmək istəmirəm?!
- Bizim burda olan ömrümüz sona yetir.
- Mən axı burda qalmaq Ardı »