Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ToxuculuqVərni xalçası

Vərni[1] — mifik dünya, əfsanələr aləmini xatırladan, xovsuz xalçalar növünə aid xalçalar[Mənbə göstərin].
[redaktə]
Ümumi məlumat

Xovsuz xalçalar növünə aid olan Vərni xalçalarının istehsalının əsas mərkəzləri Ağcabədi, Bərdə (Ləmbəran) və Cəbrayıldır[Mənbə göstərin]. Bəzən Muğanda toxunmuş vərnilərə də rast gəlmək mümkündür. Mürəkkəb sarıma üsulu ilə toxunduğuna görə "Vərni" xalçalarının üzərində mürəkkəb naxışlar qoymaq mümükün olurdu. Orta əsrlərdə ornamental naxışlarla zərif hazırlanmış yüksək keyfiyyətli parçalar "perni" və ya "berni" adlandırılırdı. O zamanlar şahlar bayram günlərində və xüsusi təntənəli günlərdə bu parçalardan libas geyinərdilər. Hesab olunurdu ki, bu libası onlara cənnətdən Cəbrayıl adlı mələk gətirmişdir və buna görə də onunla ehtiyatla davranırdılar. Fərz etmək olar ki, sonrakı Ardı »

ToxuculuqZəncan xalçaları

Zəncan xalçaçılıq məktəbi - Qədim Azərbaycan ərazisi olan Zəncanda xalçaçılıq da qədim və zəngin tarixə malikdir.İstehsalı

Digər peşələrlə yanaşı Zəncanda xalçaçılıq da çox inkişaf etmişdir. XVI əsrdə Türkiyəyə köçürülən minlərlə azərbaycanlı sənətkar arasında zəncanlı xalça ustaları da var idi. Türkiyənin "Anadolu" və xüsusilə "Uşaq" adlı xalça kompozisiyalarında Zəncan xalçalarına xas bədii və texniki xüsusiyyətlər aydın nəzərə çarpır.
[redaktə]
Bədii xüsusiyyətləri

"Zəncan" adı ilə tanınan xalçalar Qarabağın "Dəryanur" xalçasını çox xatırladır. Həm ara sahənin, həm də köbə zolağının bədii quruluşu əyrixətli nəbati naxışları olan müəyyən xalça nümunəsindən götürülmüşdür. Qarabağın "Dəryanur" xalçaları "Zəncan" xalçaları ilə müqyisədə daha zəngin rəng qammasına malikdirlər. Son dövlər "Zəncan" xalçaları kimyəvi vasitələrlə Ardı »

ToxuculuqŞəddə

Şəddə – xovsuz xalçalar qrupuna aid olan xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Toxuma texnkiası baxımından şəddə zolaqlı palaz ilə oxşardır. Burada da zolaqlı palazda olduğu kimi əriş düzümü hər dəfə müəyyən saydan sonra fasiləsiz tərzdə təkrarlanan müxtəlif rəngli iplərdən təşkil olunmuşdur. Şəddələr çox zaman şahmatsayağı iri kvadratlara malik bəzəklərdən ibarət olurdu. Bu təqdirdə onun həm ərişi, həm də arğacı rəngli iplərdən təşkil edilirdi. Eyni rəngə malik əriş və arğac iplərini artırıb çoxaltmaqla toxucu həmin kvadratların ölçülərinin dəyişdirilməsinə nail olmağa imkan yaradırdı. Şəddələr üzərində ən çox yayılmış naxış növü və ya kompozisiyası Ardı »

ToxuculuqQarabağ kilimləri

Qarabağ kilimləri – Qarabağ tipinin xovsuz xalçalar qrupuna aid xalçalar.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Qarabağ tipinin xovsuz xalçalar qrupuna aid edilən kilimlər başlıca olaraq Ağdam, Cəbrayıl, Qubadlı, Bərdə, Ağcabədi və Laçında istehsal olunur və “Qarabağ kilimi” adı ilə məşhurlaşmışdır.
[redaktə]
Bədii analiz

Öz toxunma üsuluna görə Şirvan və Təbriz kilimlərindən fərqlənməməsinə baxmayaraq, Qarabağ kilimləri özünəməxsus bədii xüsusiyyətlərə malikdir. Keçmiş zamanlarda Qarabağ kilimlərinin yalnız ona məxsus olan kompozisiyası və “Kilim gülü” elementi vardı. Lakin XIX əsrdən etibarən naxışlı kilimlərin meydana çıxması ilə əlaqədar olaraq, “Kilim gülü” naxışları tədricən yox oldu.
[redaktə]
Texniki xüsusiyyətlər

Ölçüsünə görə, Qarabağ kilimləri Azərbaycanın Ardı »

ToxuculuqDəryanur xalçası

Dəryanur xalçası[1] - Azərbaycanın bütün xalçaçılıq məntəqələrində toxunan əla növ xovlu xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 İstinadlar

[redaktə]
Ümumi məlumat

Azərbaycanın bu xalçaları “Dəryanur xalçası” adını almışdır, lakin onun adlanması Dəryavar kəndinin adi ilə bağlıdır. Bu kənd Azərbaycanın cənubunda, Yardımlı rayonunun mərkəzindən 5 km şərqdədir. Hələ qədim zamanlardan Dəryavar kəndi xalça və xalçaçılıq məmulatlarına görə çox məşhurdur. “Dəryanur” xalçalarının XIX əsrdən başlayaraq, Şuşa, Ağdam, Bərdə, Cəbrayıl və digər şəhərlərdə istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Dəryavar kəndi olaraq qalmaqda idi. Bu ərazidə xalçaçılığın belə inkişaf etməsi təsadüfi deyildi. Bu kənd şimalda Qarabağ və Muğan kimi, cənubda Ardı »

ToxuculuqNəlbəki-gül xalçası

Nəlbəki-gül – Qarabağ tipinin Şuşa qrupuna aid edilən xovlu xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətləri
4 Mənbə
5 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Qarabağ tipinin Şuşa qrupuna aid edilən bu xalçaların xalq arasında "Nəlbəki–gül" adlandırılmasına baxmayaraq, Şuşa xalçaçıları tərəfindən "Minaxanım" və ya "Minaxanı" adlandırılır. Etibarlı mənbələrdən məlumdur ki, Mina xanım adlı birisi XVIII əsrin II yarısında Bərdə şəhərindən yenidən salınmış Şuşa şəhərinə gəlir.O, xalçaçılıqla və bağçılıqla məşğul olurdu. Onun toxuduğu bitki ornamentli xalçalar tez bir zamanda Qafqazın, Cənubi Azərbaycanın, İranın və Türkmənistanın bütün xalçaçılıq məntəqələrində yayılır. Yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan eyni ornamentli xalçalar "Minaxanı" adını almışdır.
[redaktə]
Bədii analiz

"Nəlbəki–gül" və ya "Minaxanı" adlanan Ardı »

ToxuculuqQoca xalçası

Qoca xalçası – Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan xovlu xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan bu xalçalara "Qoca" adını vermişlər. Tədqiqatların nəticələri göstərir ki, əvvəllər onlar "Xocavənd" adlanırdı, XVIII əsrdən onlar "Xocan", XIX əsrdən isə Şuşada geniş yayılaraq, "Qoca" adı ilə məşhurlaşmağa başladı. Qeyd edək ki, Xocavənd əvvəllər Bərdə əyalətinə daxil olan qəsəbə idi, hazırda isə o, Qarabağda ayrıca bir rayondur. Haqqında danışılan xalçanın adlanması bir zamanlar "Xocavənd" kəndinin adı ilə bağlı olmuşdur. Qeyd edək ki, "Xoca" – Təbrizdə xalçaçılıq məntəqələrindən Ardı »

ToxuculuqŞadılı xalçaları

Şadılı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu xalçalar.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

"Şadılı xalçaları" Kiçik Qafqaz sıra dağlarının ətəyində, indiki Goranboy rayonunun inzibati ərazi vahidində, Gəncə şəhərindən 25 km məsafədə yerləşən Şadılı kəndinin sakinləri tərəfindən toxunmuşdur. Bu kənddə yaşayan şadılı tayfası maldarlıqla məşğul olduğundan kənddə toxuculuqda yaxşı inkişaf etmişdir.Bir müddət sonra "Şadılı xalçaları"nı Gəncə şəhərində, Şəmkir şəhərində, Çaylı, Qaradağlı kəndlərində və Qazax rayonunda da toxumağa başlayırlar. Xalçaçılar bu xalçanı "Qazax xalçaları" və ya "Ağstafa xalçaları" adlandırır, xarici ədəbiyyatda və bəzi digər mənbələrdə isə "Gəncə xalçaları" və ya "Qafqaz xalçaları" Ardı »