Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ToxuculuqNamazlıq xalçaları

Namazlıq — dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə olunan kiçik xalça növü.

Namazlıq xalçalar Dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə olunur. Adətən, namazlıqlar bir insanın namaz qılması üçün nəzərdə tutulurdu. 2-3 və daha çox adamın eyni zamanda namaz qılması üçün nəzərdə tutulan namazlıq xalçalar az-az istehsal olunurdu. [1] Namazlıq xalçalar adətən format etibarilə kiçik xalçalardır (50x100sm-dən 80x130sm-ə qədər).

"Namazlıq xalçalar" İslam dininin meydana gəlməsindən sonra toxunmuş xalçalardır. Böyük ölçüdə toxunmuş "Namazlıq xalçaları" adətən "Kollektiv Naşazlıq xalçaları" adlandırılırdı. "Kollektiv Namazlıq xalçaları"nın toxunulmasında əsas məqsəd bir neçə nəfərin eyni zamanda ibadət etməsindən irəli gəlmişdir. Kollektiv Namazlıq xalçalarına xalq arasında "Ailəvi Namazlıq xalçaları"da deyilir.

Kollektiv Namazlıq xalçaları Ardı »

ToxuculuqNabur xalçaları

Nabur xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir.İstehsalı

"Nabur" xalçalarının adı Qobustan rayonunda Şamaxıdan 25km şərq istiqamətində yerləşən kəndin adından götürülmüşdür. "Nabur" xalçaları XX əsrin əvvəlindən başlayaraq Şamaxının cənubunda - Bicovda, Qaşadda, Çaylıda, Qubada, Qonaqkənddə, həmçinin Dağıstanın Tabasaran rayonunda yerləşən məşhur xalçaçılıq məntəqələrində böyük miqdarda istehsal olunmağa başladı. Ona görə də bəzi sənətşünaslar bu xalçanı "Quba" və ya "Tabasaran" xalçası hesab edirdilər.
[redaktə]
Bədii xüsusiyyətləri

"Nubar" xalçasının ara sahəsinin kompozisiyası əsas etibarilə şaquli oxda yerləşmiş və öz aralarında birləşmiş bir neçə böyük göldən ibarətdir. Kənarları dilikli olan bu rombşəkilli göllər Şirvan kilimlərinin göllərini xatırladır. Əksər Ardı »

ToxuculuqBulud xalçası

Bulud[1] – Qarabağ tipinin Şuşa qrupuna daxil olan xovlu xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 İstinadlar

[redaktə]
Ümumi məlumat

Qarabağ tipinin Şuşa qrupuna daxil olan və “Bulud” adı ilə məşhur olan xalçalar Şuşada XIX əsrin yarısından etibarən Avropa və rusiya incəsənətinin təsiri altında yaradılmışdır. Onlar Bağçadagüllər xalçası ilə eyni zamanda yaranmışdır. Qeyd etmək lazımdır ki, orta sahədə qoyulmuş medalyon formalı element Avropa dekorativ incəsənətinin bütün sahələrində istifadə olunan ornament tipidir. "Bulud" adlanmasına baxmayaraq, kompozisiyada bulud təsvirindən əsər – əlamət yoxdur.
[redaktə]
Bədii analiz

Xalçanın adı «blyudo» rus sözünün təhrif edilmiş variantından yaranmış və sadə xalq dilində "bulud" kimi yayılmışdır. Xalça iri yarpaq elementlərdən Ardı »

ToxuculuqMalıbəyli xalçası

Malıbəyli xalçası - Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid olan xovlu xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən Malıbəyli xalçaları öz adını Şuşa şəhərindən 15 km şimalda yerləşən Malıbəyli kəndinin adından götürmüşdür. Bu kəndin kişi sakinləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olurdular. Onların xalçaları bütün Qarabağda məşhur idi. Malıbəylinin sakinləri buraya vaxtilə Laçın rayonu mərkəzindən 20 km aralıda yerləşən Malıbəy kəndindən köçüb gəlmişdilər. Haqqında danışılan xalça yalnız Malıbəylidə deyil, həm də Qarabağın digər xalçaçılıq məntəqələrində toxunurdu. Bu kənd xalçaçılıq məhsullarının istehsalı Ardı »

ToxuculuqGədəbəy xalçaları

Gədəbəy xalçaçılıq məktəbi - Azərbaycanın digər xalçaları kimi Gədəbəy xalçaları da qədim və zəngin tarixə malikdir.İstehsalı

Şəkildə təsvir olunan xalça Gəncədən 50km qərbdə yerləşən Gədəbəy rayonunda istehsal olunur. Yaxın keçmişə qədər Gədəbəy xalçaçılıq məktəbinin istehsal mərkəzləri həm də Çaykənd və Gölkənd (müasir Ermənistan ərazisində yerləşən kənd orada "Qara qoyunlu" adlanırdı ) kəndləri idi. Gədəbəydə həm də "Şamxor", "Çıraxlı", "Faxralı" tipli xalçalar (onları Gəncənin müxtəlif rayonlarında toxuyurdular) və "Qazax" xalçaları istehsal olunurdu.
[redaktə]
Bədii xüsusiyyətləri

Xalçanın ara sahəsi şaquli istiqamətdə uzanmış ulduzşəkilli medalyonlarla bəzədilmişdir. Onların arasında uzunsov düzducaqlılar yerləşdirilib. Bu düzbucaqlıların daxilinə hörülmüş şaquli formaların sonlarında buynuzvari burumlar (qıvrımlar) var. Kontur xətli bütün mərkəzi hissə haşiyə Ardı »

ToxuculuqQasımuşağı xalçaları

Qasımuşağı xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalça.

Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının (Laçın rayonunun mərkəzindən 50-60 km şimalda), eləcə də ətraf kəndlərin adı ilə bağlıdır[19]. XVIII əsrdə Hacısamlı nahiyyəsi də daxil olmaqla bütün Zəngəzur mahalında heyvandarlığın bir qolu olan qoyunçuluq yaxşı inkişaf etdiyindən qoyunun digər məmulatları ilə yanaşı yun və dərisindən bir çox işlərdə geniş surətdə istifadə edilirdi. Hacısamlı nahiyəsində yun toxuculuğun ən qiymətli mənbəyi olduğundan yunun istehsalına xüsusi diqqət yetirilərdi. Burada xalça, palaz, gəbə, kilim, xurcun, Ardı »

ToxuculuqBalıq xalçası

Balıq xalçası – Qarabağ xalçaçılıq məktəbinə aid olan xovlu xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Çox geniş yayılmış Qarabağ tipli bu xalçalar ölkəmizin şimal hissələrində "Balıq" adını almışdır, Cənubi Azərbaycanda isə bu xalçalara "Moxi"" ("Maxi-balıq") deyilir. "Balıq" xalçalarının Qarabağın bütün xalçaçılıq müəssisələrində toxunmasına baxmayaraq, onun əsas istehsal edildiyi yer – onun mərkəzi Bərdə şəhəri olmuşdur, XVIII əsrin II yarısından isə bu xalçalar Şuşada da istehsal olunmağa başladı. XIX əsrin II yarısından Şuşa şəhərində istehsal olunan xalçaların təxminən 35%-i "Balıq" tipinə aid idi. Keçən əsrin 70 – 80 ci illərindən kimyəvi boyaq maddələrinin Ardı »

ToxuculuqÇaylı xalçaları

Çaylı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu xalçalar.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

"Çaylı xalçaları"ı öz adını Gəncə şəhərindən 20 km cənub-şərqdə yerləşən Çaylı kəndinin adından gütürülmüşdür. "Çaylı xalçaları"ı əvvəlcə Çaylı kəndində toxunmuş, daha sonra Gəncənin özündə ("Gəncə-şəhər" adı ilə) və Goranboy rayonunun xalçaçılıq məntəqələrində toxunmağa başlamışdır.
[redaktə]
Bədii analiz

"Çaylı xalçaları"ı Şirvan xalçaçılıq məktəbindən olan "Qobustan xalçaları" və "Mərəzə xalçaları"nın orta sahəsindən götürülmş bəzi elementlərin şəkilləri bir qədər dəyişdirilərək "Gəncə xalçaları"nın texniki xüsusiyyətlərinə uyğun şəkildə istifadə edilərək toxunmuşdur.

"Çaylı xalçaları"ının orta sahəsində məhz bu xalçalara xarakterik olan, bu xalçanın əsas elementi sayılan uzunsov Ardı »