Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KilselerMəsdərə kilsəsi

Masdərə kilsəsi və ya Müqəddəs Con Baptist kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talin rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi. [1] [2]

Günbəzli məbəd tipində inşa edilmiş [3] məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır. [4]
[redaktə]
Memarlıq Ardı »

KilselerMingəçevir kilsə kompleksi

Mingəçevir kilsə kompleksi – 1946–cı ildə Mingəçevir SES–in tikintisi zamanı aşkarlanmış IV-VII əsrə aid alban kilsə kompleksi. Kilsə qədim zərdüşti məbədinin özülləri üstündə inşa edilmişdir.[2][3]Mündəricat [gizlə]
1 Tədqiqi
1.1 1 №-li məbəd
1.2 Digər abidələr
1.3 Tapıntılar
1.4 Kompleksə daxil olan məbədlərin planı
1.5 Arxeoloji qazıntılar nəticəsində əldə edilən əşyalar
2 Həmçinin bax
3 İstinadlar

[redaktə]
Tədqiqi

Kompleksin ümumi planı

Kompleksə daxil olan əsas məbəd binası günbəzsiz olmuşdur. Bu cür uzunsov, günbəzsiz məbədlər Albaniyanın ən erkən kilsə binaları olmuşlar. Xronoloji baxımdan bu cür abidələrin tikintisi IV əsrdə, digər daha mürəkkəb tikililərlə eyni zamanda başlanmış, VIII əsrədək memarlıqda mövcudluğunu saxlamışdır.[4]

Məbədin dövrümüzə yalnız xarabalıqları qalmış və bu xarabalıqlar da arxeoloji Ardı »

KilselerBibliya antropologiyası

Bibliya antropologiyası, teoloji antropologiya yaxud xristian antropologiyası – xristian teologiyasının bir hissəsi, Bibliya əsasında insanın təbiətini tədqiq edən elm.Mündəricat [gizlə]
1 Ümumi antropologiyada Bibliya antropologiyasının yeri
2 Bibliyada antropogenez
3 Allahın surəti
4 “Adam” məfhumu
5 Günaha batma olayı
6 Əhdi-Cədiddə insan haqqında təlim
7 Bibliyada bəşəriyyətin gələcəyi
8 İstinadlar
9 Mənbə

[redaktə]
Ümumi antropologiyada Bibliya antropologiyasının yeri

Antropologiya nisbətən yeni elmdir. ХIХ əsrin ortalarında bəşəriyyət və cəmiyyətdən daha çox insan şəxsiyyətinə önəm verilməsi ilə əlaqədar olaraq formalaşdı. Antropologiya təbii və süni mühitdə insan varlığının fundamental problemlərini tədqiq edən elmi idrak sahəsidir. Fəlsəfi, mədəni, sosial, teoloji və s. antropologiya vardır. Psixologiya elmi antropologiyaya daxildir. Antropogenez insanın meydana gəlməsini, inkişafını tədqiq edir. Ardı »

KilselerMartin Lüter

Martin Lüter - Almaniyada Reformasiyanın başçısı, alman protestantlığının (lüteranlığın) banisi. 1517-ci ildə Katolik Kilsəsinə qarşı 95 tezisi ilə çıxış etmişdi.Mündəricat [gizlə]
1 Həyatı
1.1 Doxsan beş tezis
1.2 Şəxsi həyatı və ölümü
1.3 Xarici keçidlər

[redaktə]
Həyatı

Universitet Vittenberg

Böyük dini islahatçı kimi tanınan Martin Lüter 10 noyabr 1483-cü ildə Almaniyanın Eysleben şəhərində, kəndli ailəsində doğulmuşdur. On üç yaşında ikən atası onu Eyzenax şəhərindəki kilsə məktəbinə oxumağa yollamışdır. Burada Ursula Kott adlı xeyirxah bir qadınla tanış olan Lüter dörd ildən sonra onun köməyi ilə Erfurt Universitetinə daxil olmuşdur. 1502-ci ildə bakalavr, üç ildən sonra isə fəlsəfə magistri dərəcəsi almışdır. Atasının təzyiqi ilə hüquqşünas peşəsinə Ardı »

Kilselerİriney

İriney (təx. 140-202) - Antik dövr Xristian ilahiyyatçısı
[redaktə]
Həyatı

İriney 140-cı ildə Anadolunun Smirna (müasir İzmir) şəhərində doğulmuş və kiçik yaşlarından başlayaraq dini təhsil almışdır. Rəvayətə görə, həvari Yəhyanın tələbəsi Smirnalı Polikarp onun müəllimi olmuşdur. Dinlə yanaşı, fəlsəfə, ritorika və digər elm sahələri üzrə mükəmməl biliyə malik olan İriney ömrünün gənc çağlarında Qalliya (müasir Fransa) ərazisinə köçmüş və burada Lion şəhərinin yepiskopu vəzifəsinədək yüksəlmişdir. Ölümü barədə ziddiyyətli fikirlər var, lakin əsas qaynaqlarda onun imperator Septimi Severin dövründə xristianlığın təqib edildiyi zaman qətlə yetirildiyi bildirilir. O, Xristian kilsəsinin müqəddəs şəxsiyyətləri sırasındadır.
[redaktə]
Yaradıcılığı

Xristian ilahiyyatının formalaşmasında da mühüm xidmətləri olan İriney ilk kilsə atalarından hesab edilir. O, Ardı »

KilselerI İoann Pavel

I İoann Pavel (Albino Luçani, 17 oktyabr 1912, Forno-di-Kanale - 28 sentyabr 1978, Roma) - 1978-ci ildə seçilmiş 263-cü Roma Papası (34 gün ərzində). 1958-ci ildə yepiskop, 1969-cu ildə Venesiya patriarxı olmuşdur. 1973-cü ildə kardinal rütbəsini almış, Ayinlər və İlahi İbadət Konqreqasiyasının üzvü olmuşdur. Papalıq tarixində qoşa adı ilk dəfə qəbul etdi. Ardı »

KilselerGəncə Alban məbədi-1

Gəncə Alban Məbədi – Azərbaycanın Gəncə şəhərində yerləşir.

Gəncə Alban Məbədi V-VII əsrlərdə tikilmiş və XVII əsrdə bərpa olunmuşdur. Binanın tikintisində qırmızı tuf daşından istifadə olunub. Bina 7 sütunludur. Gəncənin M.A.Abbaszadə küçəsində yerləşən binada hazırda Gəncə Dövlət Kamera Orkestri fəaliyyət göstərir. Ardı »

KilselerBaptizm

Baptizm — Xristian protestant məzhəbidir. Yunan dilindən tərcümədə "suya batırmaq, suda vəftiz etmək" mənasını ifadə edən baptizmin meydana gəlməsi konkret bir ölkə ilə əlaqədar olmamışdır.Mündəricat [gizlə]
1 Baptizmin tarixi
2 Baptizmdə Allah inancı
3 Vəftiz (xaç suyuna çəkilmə) ayini
4 Baptistlikdə axirət inancı
5 Baptistlərdə ibadət
6 Baptistlər Azərbaycanda

[redaktə]
Baptizmin tarixi

Baptizmin yaranması prosesi Hollandiyada başlamış, İngiltərədə isə başa çatmışdır. Baptistlər öz tarixlərinin Yəhya peyğəmbər və İsa Məsihin dövründən başladığını iddia etsələr də, tarixi qaynaqlar onun XVII əsrin əvvəllərində ortaya çıxdığını təsbit edir. Baptistlərin ilk icmasının əsası 1609-cu ildə Amsterdamda qoyulmuşdur. Onun üzvləri özlərini bu vaxt baptist adlandırmasa da yeni dini cərəyanın bünövrəsini qoymuşlar. Yetkin insanın şüurlu Ardı »