Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaOpra Uinfri:"Hər şey səninlə başlayır!"

Hər şey səninlə başlayır! İnsanın gücü içindən gəlir!

O şanssız doğulanlardandı: həm zənci, həm qadın, həm yoxsul idi.

Xidmətçi bir ana və mədənçi bir atanın uşağı idi. Evli olmayan ana və atası, o doğulduqdan sonra ayrıldı. Anasının yanında yoxsulluq içində böyüdü. Əmisi oğlu, əmisi və bir ailə dostunun təcavüzünə uğradı.

Yaşadığı problemlər görə bir neçə dəfə evdən qaçdığı üçün anası onu atasının yanına göndərdi. Təqaüdlü olaraq universitetdə oxuyarkən bir tərəfdən də yerli radio kanallarında işə başladı. 'Ağ kişilərin suveren olduğu bir sahədə, cüssəli bir zənci qadın' olan Oprah'a, heç kimsə şans vermirdi. Lakin o, buz qıran gəmi kimi irəlilədi.

Onlarla önmühakiməni məhv etdi. Ardı »

Ümumi PsixologiyaGənc milyoner

Amerikalı Bella Vims doğum günündə ailəsindən avtomobil istədi. Ailəsindən «qazan, özün al” cavabını alanda qarşısına məqsəd qoydu və zərgərlik dizaynı ilə 250 milyon dollar qazandı.
Atasının verdiyi xərcliklə dolanan gənc qızın üç ilin içində 250 milyon dollarlıq dövriyyəsi olan bir şirkət qurması inandırıcı olmaya bilər. Ancaq amerikalı Bella Vims bu möcüzəni gerçəkləşdirdi.

14 yaşında öz işini qurdu

Zərgərlik dizaynerliyinə həvəsi olan Bella əvvəlcə dostlarını müştəri olaraq seçdi. Sonra „Oriqami Oul” adı altında qurduğu şirkətlə özü kimi daş-qaş dizayneri olanları bir yerə toplayaraq bir şəbəkə qurdu. Daimi olaraq təşkil etdiyi şənliklərdə düzəltdikləri bəzək əşyalarını satmaq imkanı olan fərdi dizaynerlər eyni zaman professional alıcılarla da görüşmək Ardı »

Ümumi PsixologiyaSevgi

Çox vaxt gencler sevgini diger hisslerle (eger buna hiss demek mümkündürse) qarışdırırlar, bu qebilden insanlara neinki gencleri hemçinin daha yaşlı nesili de aid etmek olar. Tez-tez müxtelif fikirlerle rastlaşırıq hansi ki, sevginin ayrılıqda ne olduğunu özünde eks etdirirler. Biz ise çalışacağıq ki sevginin daha münasib, bizim fikrimizce daha deqiq tesvirini verek. Heyatda sevginin iki növü mövcuddur: ehtiyacdan doğan sevgi (çatışmazlıqdan doğan sevgi) ve bexşiş olunmuş sevgi (esil sevgi).
Ehtiyac duyulan sevgi ve ya çatışmazlıqdan doğan sevgi daha çox qarşı terefden asılıdr, buna mecazi menada “yetişmemiş” sevgi de demek olar. Heqiqeten de bu esil sevgi deyil, sadece olaraq telebden ireli gelir.
Ardı »

Ümumi PsixologiyaDərs...

ABŞ-da iş axtaran gənc bir oğlan avtomobil sənayesinin maqnatı, məşhur sahibkar Henri Fordun qəbuluna düşmək istəyir. Fordun katibəsi oğlana müdirinin onunla yalnız 8 ay sonra görüşə biləcəyini deyir. Razılaşdıqları vaxtda görüşmək üçün gənc səkkiz ay sonra yenidən şirkətə yollanır. Katibə Fordun bir görüşü olduğunu, amma gəncin onunla birlikdə gedə biləcəyinı söyləyir. O, dünyanın ən məşhur sahibkarlarından biri ilə maşına əyləşir. Yolda heç biri ağzını açıb danışmır. Bir qədər sonra ikisi birlikdə bir mağazaya girirlər. Mağaza sahibi onları ehtiramla qarşılayır. Gənc oğlan Fordun yanında daha 5 marketə baş çəksə də, ikisinin arasında heç bir söhbət olmur. Nəhayət, geriyə qayıtmaq üçün maşına Ardı »

Ümumi PsixologiyaUşağın psixomotor inkişafı

Uşağın psixomotor inkişafı

Uşağın psixoloji və hərəki inkişafı üçün onun daimi olaraq ana ilə ünsiyyətdə olması böyük əhəmiyyət kəsb edir. Bu ünsiyyət həm də uşaq hələ ananın bətnində olanda başlanmalıdır.

Hətta "bətindaxili ünsiyyət” termini də vardır ki, analar xüsusi məşğələlərdə psixoloqların köməyi ilə çox maraqlı üsullarla öz doğulmamış uşaqları ilə "ünsiyyətə” girirlər. Bu ünsiyyət körpəyə yaxınları və gələcəkdə onu əhatə edəcək aləmlə təmasda olmağa kömək edir. Bunun nəticəsi olaraq doğulduqdan sonra uşaq ətrafda baş verənləri çox sakit və təmkinlə qəbul edir.

Uşaqla ana arasında qarşılıqlı əlaqə yaradılması yenidoğulma dövründə davam olunmalıdır.

Öz körpənizlə tez-tez danışmağa cəhd edin, ona nəvazişlə müraciət edin, onun üçün lay-laylar, şerlər, və s. Ardı »

Ümumi PsixologiyaUğur qazanmağa mane olan bəzi düşüncələr

İnsanların özləriylə əlaqədar bəyəndikləri xüsusiyyətləri azdır, amma bəyənmədikləri və narahat olduqları xüsusiyyətlərinin siyahısı sərhədsiz ola bilir. Məhz həyatı zəhər edən düşüncələrdən bəziləri.

1. Mən itirdim

2. Birinin mənə sahib çıxması lazımdır

3. Risk etməyi sevmirəm

uğur qazanmağa şübhə yaradan amillər

4. Haqlı olduğumu bilirəm

5. İstədiklərimi əsla əldə edə bilməyəcəyəm

6. Sabah başlayaram'

7.... olduğu zaman xoşbəxt olacağam

8. Hamısı onların günahıdır

9. Bəxtim gətirən deyil, əsas bəxtdir Ardı »

Ümumi PsixologiyaDuyğu və qavrayış

Duyğu və qavrayış haqqında anlayış.
Duyğu və qavrayışın müqayisəli təhlili. Duyğuların fizioloji əsası: analizatorun quruluşu
Duyğuların insan həyatında rolu və onların öyrənilməsinin əhəmiyyəti
Duyğuların reseptor nəzəriyyəsi. C.Müllerin spesifik enerji qanunu.
Reflektor nəzəriyyə.
Duyğular həm xarici aləm hadisələri, həm də orqanizmin daxilində baş verən proseslər barədə informasiya verir və bizi əhatə edən predmetlərin keyfiyyət və xarakteristikalarını dərk etməyə zəmin yaradır. Məsələn, «soyuq», «şirin», «qırmızı» və s. haqqında təsəvvürlərimiz duyğudur.
Digər psixi proseslərə, məsələn, hafizə, təfəkkür, təxəyyül və s. işlənilmək üçün materialı duyğu və qavrayış verir. Duyub, qavramadığımız hər hansısa bir şeyi yadda saxlamaq, üzərində düşünmək qeyri-mümkündür.
Duyğu - indiki anda bilavasitə reseptorlara təsir edən cisim və hadisələrin Ardı »

Ümumi PsixologiyaŞayiələrin psixologiyası

Şayiələrin psixologiyası

Sözün qılıncdan iti olması hamımıza yaxşı məlumdur. Lakin sözlərin şayiə formasında yaranması isə, nəinki, qılıncı, bəlkə də, dünyada kəşf olunmamış ən iti ülgücü belə əvəz edə bilər və bu şayiə, sözün əsl mənasında, insanın "27 qatından” keçir. Əlbəttə, bunun nə demək olduğunu şayiələrdən əzab çəkmiş şəxslər daha asanlıqla anlaya bilərlər.

Şayiə nədir?
Çoxları üçün şayiə qeybət və ya adi söz-söhbət kimi başa düşülür. Digərləri üçün şayiələr gizli xəbərlərin tezliklə kütləvi şəkildə yayılması deməkdir. Bəziləri üçünsə, şayiələr kiməsə qarşı mübarizə aparmağın ən asan, ən real yolu kimi qəbul edilir.

Sonuncular daha çox diqqəti cəlb edir. Bu baxımdan, kiməsə qarşı mübarizə aparmaq, həmin şəxsin karyerasını zəiflətmək Ardı »