Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaUğur Fəlsəfəsi

Uğur qavranılması ən çətin olan anlayışlardan biridir. Çünki uğurun mənası zamandan ,cəmiyyətdən və insanlardan asılı olaraq müxtəlif cür izah edilmişdir. Bəs uğur nəyi ifadə edir? Kimlər uğurlu hesab olunur? Bütün bu sualları cavablandırmaq isə olduqca çətindir.

Bu çətinliyə səbəb olan bir sıra amillər mövcuddur. İlk növbədə bunu qeyd etməliyik ki, keçmiş bir zamanda uğur kimi qəbul olunan bir fəaliyyət indiki vaxt üçün heç bir əhəmiyyət kəsb etməyə bilər. Çünki, öz dəyərini itirmiş ola bilər. İkincisi, uğur hər bir cəmiyyətdə müxtəlif formalarda qəbul oluna bilər. Çünki ictimai dəyərlər ayrı-ayrı cəmiyyətlərdə fərqlidir. Üçüncüsü, uğurun dəyəri müxtəlif şəxslər üçün fərqli mənaları ifadə edir. Bu, uğurun Ardı »

Ümumi PsixologiyaEn çox depressiya yaradan peşeler

Alimler insanlarda en ciddi psixi pozğunluğa sebeb olan peşeleri müeyyenleşdirib.

Amerika metbuatınin verdiyi melumata göre, bunun müeyyenleşdirilmesi üçün yaşı 18-64 arasında olan 60 min insan arasında sorğu aparılıb. Melum olub ki, en çox depressiya yaradan peşelerin siyahısına qoca ve xeste adamlara qulluq başçılıq edir. Bu sahede çalışan insanların 11%-i her il en azı 2 hefte depressiyada olur.
İkinci yeri ictimai iaşe obyektlerinde çalışanlar tutur. Ofisiant, aşpaz ve barmenlerin 10%-i iştahın, yuxunun pozulması, diqqetin itmesile neticelenen sarsıntı keçirir.
Üçüncü pillede sosial sahe ve sehiyyede çalışanlar gelir. Onların arasında depressiyadan eziyyet çekenler texminen 9,6%-dir.

En az depressiyaya düşenler ise memarlar, mühendisler ve Ardı »

Ümumi PsixologiyaZəif tərəflərini burax, güclü tərəflərinə bax!

İş həyatında çox adam zəif cəhətlərini inkişaf etdirmək üçün böyüb bir zəhmət sərf edər. Və çox vaxt bu zəhmət istənilən nəticəni verməz. Halbuki eyni səy güclü yanları daha da inkişaf etdirmək üçün göstərilsə ortaya tam fərqli bir ədvəl çıxa bilər. Necəmi....

TUTQUNU TAP, QABİLİYYƏTLƏRİNİ DANIŞSIN

Hamımız bir şəkildə zəif olduğumuz nöqtələrdə özümüzü inkişaf etdirməyi istəyərik. Zaman zaman özümüzə əziyyət veririk. Zəif olduğumuz bir nöqtəmiz istədiyimiz qədər qüvvətli bir nöqtəmiz halına çevrilmir deyə özümüzü dağıdıb dururuq.

Pozitiv Psixologiya ilə 2000-ci ildən bu yana maraqlanıram. Xüsusilə bu axını başladan və yayılmasına səbəb olan University of Penn professorlarından Martın Seligmanın kitabları və işləri üzərində baş Ardı »

Ümumi PsixologiyaPis adamı uzaqdan tanımaq olur

Pis adamı uzaqdan tanımaq olur

Miluoki-Viskonsin Universitetinin psixoloqları məsləhət görürlər ki, hər hansı kişinin etibarlı olub-olmadığını bilmək üçün onun üzünə baxmaq bəs edər.
Enlisifət kişilər naziküzlü kişilərə nisbətən daha hiyləgər olur və öz məqsədlərinə yalanın köməyilə çatırlar. Deily Mail tədqiqatçılarının fikrincə darüzlü adamlar isə əksinə geniş ürəyə sahibdirlər. Zərif cizgili kişilər daha səmimidirlər, ünsiyyətdə özlərini daha vicdanlı aparacaqlarına əmin ola bilərsiniz.
Amerikalıların nəticələri frenalogiya haqqında (XIX əsrin ortalarında insanın psixologiyası ilə onun kəllə quruluşu arasında əlaqə haqqında məşhur olan elm) düşünməyə məcbur etsə də, tədqiqatın müəllifləri əmindirlər ki, onların əldə etdikləri nəticəyə inanmaq olar. Tədqiqat qrupunun rəhbəri doktor Maykl Xazelxan bildirmişdir: "Biz aydınlaşdırdıq ki, enlisifət kişilər Ardı »

Ümumi PsixologiyaÜzünüz gülsün

Üzünüz gülsün

Biz əksər hallarda çox mühüm bir amili unuduruq. Unuduruq ki, insanın gündəlik əhvali-ruhiyyəsində, ümumiyyətlə, həyatında özünütəlqin faktoru çox mühümdür.

Sözümün bu yerində heç unutmadığım bir həqiqəti bölüşüm sizinlə: hələ təfəkkürümün tam formalaşmadığı, başqalarının sözlərindən özüm üçün qənaətlər çıxardığım gənclik illərimdə kimdənsə eşitmişdim ki, həyatda sağlam adam yoxdur, hərənin bir dərdi var. İnanırsınızmı, bu söz uzun illər mənim beynimdə dolaşdı. Ancaq bir xəstəxanada müalicə olunanda öz-özümə qərar verdim ki, bu cür düşüncə xəstəlikdir. İnsan özünün sağlam olduğuna inanmırsa, deməli, xəstəlik həmişə onun yaxasını tanıya bilər.

Səhər yerindən durursan, oyaq olanlar da var, yatanlar da. Güzgünün qabağına keçib sifətinə baxırsan: əzginlik, hər cür əzab-əziyyət oxunur Ardı »

Ümumi PsixologiyaDepressiyadasız?

“Mən depressiyadayam!” Yəqin ki, bunun ətrafdakılarınızdan çox tez-tez eşidirsiiniz. Bəzən isə özümüz də özümüzə belə bir «diaqnoz» qoyuruq. Hər gün minlərlə insan depressiya əleyhinə həblər qəbul edir. Bəs depressiya həqiqətənmi tez-tez baş verir? Onu müəyyən dərman və preparatlarla müalicə etmək mümkündürmü?

“Depressiya” tibbi termindən daha çox, ümumməişət terminə çevrilib. Statistikaya əsasən, dünyada 110 milyon insan bundan əziyyət çəkir.
Depressiyanın klassik simptomları — əhvalın pis olması, hərəkət və düşüncələrdə ləngimədir. Depressiyanın səbəbləri isə müxtəlifdir. Bundan asılı olaraq müalicəsi də müxtəlifdi — həblərdən başlamış psixoterapiyaya qədər. Tibbi təhsili olmayan insan bundan baş çıxarmaz. Əgər özünüzə depressiya Ardı »

Ümumi PsixologiyaQrafologiya

Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənmək birləşməsindən əmələ gəlmişdir. Qrafologiya kəlməsini termin kimi ΧΙΧ əsrdə fransız abbat Mişon işlətmişdir.

Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnnostik bir elm sahəsidir.

Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Ona görə də qrafoloji analiz kompyuterləşdirilməmışdir. Yazının analizi müxtəlif metodlarla aparılsa da burda qrafoloqun həssaslığı çox vacibdir.

Qrafoloji analizdə insanın temperamenti, xarakteri, yazı yazdığı zaman psixo-fizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar.

Qrofoloji analiz bizə imkan verir ki, tədqiq olunanla ünsiyyətdə olmadan onun psixoloji Ardı »

Ümumi PsixologiyaOpra Uinfri:"Hər şey səninlə başlayır!"

Hər şey səninlə başlayır! İnsanın gücü içindən gəlir!

O şanssız doğulanlardandı: həm zənci, həm qadın, həm yoxsul idi.

Xidmətçi bir ana və mədənçi bir atanın uşağı idi. Evli olmayan ana və atası, o doğulduqdan sonra ayrıldı. Anasının yanında yoxsulluq içində böyüdü. Əmisi oğlu, əmisi və bir ailə dostunun təcavüzünə uğradı.

Yaşadığı problemlər görə bir neçə dəfə evdən qaçdığı üçün anası onu atasının yanına göndərdi. Təqaüdlü olaraq universitetdə oxuyarkən bir tərəfdən də yerli radio kanallarında işə başladı. 'Ağ kişilərin suveren olduğu bir sahədə, cüssəli bir zənci qadın' olan Oprah'a, heç kimsə şans vermirdi. Lakin o, buz qıran gəmi kimi irəlilədi.

Onlarla önmühakiməni məhv etdi. Ardı »