Ümumi Psixologiya → Qaçılmaz həqiqət - yaşlılıq
Heç kim yaşlanmaq istəmir
İstər cavan, istərsə də yaşlı, hamı uzunömürlü olmaq, çox yaşamaq istəyir. Heç kəs qocalmaq istəmir. Gənclik dövründə insana elə gəlir ki, qocalığa hələ çox var. Yaşlılıq dönəmində isə bu, keçən illərə heyfsilənmə kimi özünü göstərir. Yəqin elə buna görə, gənclər gələcəklərindən, yaşlılar isə keçmişlərindən danışmağı sevirlər.
Elmin, qıdalanma və yaşayış səviyyəsinin inkişafı insan ömrünün əvvəlki illərdə yaşayanlara nisbətən daha uzun olmasına səbəb olmuşdur. Dünya Səhiyyə Təşkilatı qocalığın orta yaş sərhədini 60 yaş olaraq qeyd etsə də, ehtiyac hiss edilən bəzi peşələr üçün məcburi təqaüd yaşı 65-67 olaraq qeyd edilir.
Bunlar yenə də sabit deyildir. Xüsusilə 70-80 yaşında hələ də xalqına Ardı »