Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaXroniki yuxusuzluq və gənclər

2008-ci ilin iyul ayında Teksas Universitetinin Elm Mərkəzi “Gənclərin Sağlamlığı Jurnalı”-da nəşr olunan araşdırmaya əsasən, şəxsi problemləri olan gənclər arasında xroniki yuxusuzluq 2-5 dəfə daha çoxdur.

Hyustonda 11-17 yaş arası 3134 gənc arasında aparılan müsahibələr göstərdi ki, onların 25 faizində yuxusuzluğun bir və ya daha çox əlaməti mövcuddur və onların təxminən yarısının uzun müddətdir ki, problemləri var.

Baş tədqiqatçı Robert E. Robertz məsələni belə izah etdi:
“Yuxusuzluq yeniyetmələr arasında həm çox ümumi, həm də xroniki bir hal almışdır. Araşdırma göstərir ki, yuxusuzluğun əlamətləri digər psixiatrik xəstəliklərin əlamətləri ilə müqayisəolunandır. Xroniki yuxusuzluq gələcək sağlamlığa və yeniyetmələrin fəaliyyətinə kəskin surətdə təsir göstərir.”

Yeniyetmələr arasında aparılan 12 aylıq Ardı »

Ümumi PsixologiyaUşaqlarda dırnaq yemə

Dırnaq yemə vərdişinə əksəriyyət uşaqlar 3-4 yaşlarından sonra başlayırlar. (Çox nadir olaraq 5 aylıq kimi erkən bir dövrdə rast gəlinə bilər). Uşaqların 33%-də dırnaq yemə davranışına rast gəlinir.Bu nisbət erkən yetkinlik çağına qədər davam edir.

Yetkinlik çağında dırnaq yeyən uşaqların sayı 40-45%-ə qədər yüksəlir. Yəni yetkinlik çağına doğru uşaqların az qala yarısı dırnaq yemə davranışı göstərir. Bunun səbəbi olaraq gənclərin ətrafdan təsdiq görməmələri ilə qiymətləndirilir. Ayrıca dırnaq yeyən uşaqların ailələrinin çoxunda dırnaq yeyənlərə rast gəlinməkdədir. Bunun içində dırnaq yemənin bir təqlid olduğu və böyükləri təqlid etmək surətiylə öyrənildiyi irəli sürülməkdədir. Yetkinlik çağında ictimai təsdiq görənlərin çoxu bu vərdişi tərk edir.

Dırnaq yemək Ardı »

Ümumi PsixologiyaTəfəkkürün formaları

Təfəkkürün üç forması vardır: məfhumlar, hökmlər, əqli nəticə.
Məfhum (anlayış) – cisim və hadisələrin mühüm, əsas əlamətlərə görə əks etdirilmə­sindən ibarət təfəkkür formasıdır. Məsələn, «mübtəda» məfhumuna cümlədə kimin və ya nəyin haqqında danışıldığını bildirmək əsas əlamət kimi daxildir. Məhz həmin əlamət mübtədanı digər cümlə üzvlərindən fərqləndirir.
Məfhumlar xüsusi, ümumi, konkret və mücərrəd ola bilir. Xüsusi məfhumlar tək, xüsusi bir cismə və ya hadisəyə aid olur. Məsələn, «Günəş», «Bakı» məfhumları xüsusi məfhumlardır. Bu cür məfhumların altında biz yalnız bir əşyanı və ya hadisəni başa düşürük.
Ümumi məfhumlar bir qrup cisim və ya hadisəyə xas olan mühüm əlaməti əks etdirir. Məsələn, «tələbə» məfhumu ümumi məfhumdur. Ardı »

Ümumi PsixologiyaVəziyyətdən çıxmağı bacarırsınız?

Ötən əsrlərlə müqayisədə son illər insanların xarakteri, dünyagörüşü həddən ziyadə mürəkkəbləşib. Bu gün insanları nə iləsə heyrətləndirmək, təəccübləndirmək son dərəcə müşküldür. Eləcə aldatmaq da.
Adamların xarakteri, düşüncə tərzi hətta o qədər mürəkkəbləşib ki, psixologiya elmində uzun illər birmənalı şəkildə qəbul edilən insanın temperament tipinə də təsir göstərib. İnsanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görən psixoloqlar özləri artıq tərəddüd içindədirlər.
"İnsanın xarakterini, xasiyyətini onun hansı temperament tipinə mənsub olduğu müəyyənləşdirir" fikrini sübut etməyə çalışan psixoloqların bu barədə fikirləri ilə tanış olaq. Əvvəlcə nəzərinizə çatdıraq ki, temperament sözünün latıncadan tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" Ardı »

Ümumi PsixologiyaYaponiyalı iş adamı Keniçi Omaenin 4 məsləhəti

1. Düzgün cavab mövcud deyil.Kenichi Omae
İndiki dünyanı fərqləndirən cəhət düzgün cavabların mövcud olmamağındadır. Heç kim düzgün cavabı bilmir. Beləliklə, heç kim biznes qurmağın hansı yollarının düzgün olduğunu bilmir, sadəcə uğurlu və ya uğursuz cəhdlər var. Siz sadəcə heç kəsin ağlına gələ bilməyəcəyi cavabı taparaq fərqlənə bilərsiniz.

Məsələ bundadır ki, insanlar dəyər verildiyi işlərlə məşğuldular. Və indi düşünmə, analiz etmə və nəticə çıxartmaq qabiliyyətinə dəyər verilir. Real həyatda cavabı bilmək mənasızdır. Siz qepotiza qurub onu sübut etməyə çalışacaqsınız sonra bu qepotizaya uyğun model yaradıb onu həyata keçirəcəksiniz.

2. Əsas insanlardır!
Bütün resursların arasında ən vacibi insandır. Məsələn, Yaponiyanı götürək. Yaponiya bir adada yerləşən və Ardı »

Ümumi PsixologiyaMübahisə edərkən uşaqları unutmayın

Valideynlər arasında yaranan inciklik, mənfi münasibət uşaqların ailədən uzaqlaşması ilə nəticələnə bilər. Ata-ananın uşaqlarının yanında bir-birinə qarşı aqressiv mövqe tutması onların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Yaranan gərginliyi aradan qaldırmaq üçün tərəflərdən biri mütləq güzəştə getməlidir.

Psixoloqlar bildirirlər ki, gərginlik yaşanan ailələrin əksəriyyətində yeniyetmələrin xarakterində, həyat tərzində arzuolunmaz xüsusiyyətlər meydana çıxır. Belə yeniyetmələr bəzən bədbinliyə qapılır, bəzən də evdən qaçaraq pis vərdişlərə qurşandılar. Bu cür yeniyetmələr həmyaşıdlarına qarşı da sərt olurlar. Belə olan halda, uşaqların öz valideynlərinə və böyüklərə qarşı hörmətsiz davranmaları təbii qarşılanmalıdır. Bütövlük, birlik nümayiş etdirən ailələrin uşaqları isə yüksək əhvali-ruhiyyəli, nikbin və çevik olurlar.

Ailə canlı bir sistemdir. Ata-ana Ardı »

Ümumi Psixologiyaİradənin gücü

7 yaş- Atası ölüb;
8 yaş- Məktəbdən çıxarılıb;
17 yaş- Universititetə daxil ola bilməyib;
24 yaş- Həbs olunub, iki ay təkadamlıq kamerada saxlanılıb;
25 yaş- Sürgün olunub;
30 yaş- Doğulduğu şəhər işğal olunub;
37 yaş- Böyrək xəstəliyinə tutulub;
38 yaş- İşdən qovulub, haqqında həbs qərarı verilib, beş dostundan üçü ona səs verməyib;
39 yaş- Edam cəzasına məhkum olunub;
42 yaş-Türkiyənin prezidenti olub!
MUSTAFA KAMAL ATATÜRK Ardı »

Ümumi PsixologiyaMaslounun tələbatlar piramidası və Azərbaycan cəmiyyəti

"İnsan kim olmağı bacararsa, elə o da olmalıdır. Əks halda o, özünə xəyanət edir". Bu sözlər humanistik psixologiyanın «ata»sı Abraham Maslouya məxsusdur.

Bu kəlmələri onu müasiri Sartrla yaxınlaşdırır. Sartr kimi, Maslou da təkrarlayırdı ki, insan seçdiyi yola və kim olduğuna görə özünə cavabdehdir. Bir dəfə Maslou auditoriyasına söyləmişdi: "Əgər siz qabiliyyətinizin imkan verdiyindən daha az əhəmiyyətli adam olmağa razılaşırsınızsa, xəbərdarlıq edirəm — sizi həyatınızda böyük bədbəxtliklər gözləyir". Digər mütəfəkkir — Erix Fromm kimi, Maslou da əmindi: Xoşbəxtlik — düzgün seçilmiş yolun "əlavə məhsulu«dur, seçimin doğruluğunun göstəricisidir. Maslou əksər filosof və psixoloqlardan fərqli olaraq, fikirlərini sadə dillə ifadə etməyi bacarırdı. Ona görə də Ardı »