Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanVARLIQ BİR KİTABDIR - II YAZI

[color=#173bd3]Oxumaq üçün yaradılan və Oxu əmrinə tabe olan insan Rəbbini tanımaq üçün, öz missiyasını anlamaq üçün Kainat ayəsini oxumağa başladıqdan sonra, nəzərlərini özünə dikərək, suallar verməyə başlayacaq. Mən kiməm, yaradılış məqsədim, qayəm nədir? Nədən göy üzü bu qədər bəzədilmişdir? Kainatda işıq verən və alan yaxud işıqlarını itirən ulduzlar vardır. Mən də bu Kainatın bir hissəsiyəm. Demək, oxşar tərəflərimiz çoxdur. Bu qədər möhtəşəm qalaktikalar, ulduzlar toqquşmadan nizama tabe olaraq sülh, salam halında mövcudiyyətlərini sürdürməktədirlər. Nə zamandan bəri?! Böyük partlayışdan bəri. Hər şey bir nöqtədən başladı. Əmr verildi. Hər kəs yerini aldı. Makro kosmos ilahi qanunlara tabe olmaqla sülh halında yaşayır. İnsana xidmət Ardı »

Ramazanİftar duaları

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"
О Аллах! Ради тебя я постился, открываю ифтар ниспосланным Тобой хлебом насущным, и на Тебя я уповаю! Во имя Аллаха Всемилостивого и Милосердного.О Владыка безмерной милости, прости мне мои грехи!


"Allahummə ləkə sumtu və bikə əməntu ve əleykə təvəkkəltu və əla rizqıkə əftartu, fə təkabbəl minna. İnnəkə Sumtə's-səmiu'l-alim."

Tərcüməsi:
"Allahım! Sənin üçün oruc tutdum. Sənə iman etdim. Sənə güvenib dayandım. Ruzinlə iftar Ardı »

Ramazanİftar

İftar - Ramazan ayında oruc tutan müsəlmanların gün batandan sonra yemək yemələridir. İftar əsasən iftar süfrəsi arxasında açılır.

İftar süfrəsinə ilk olaraq su gətirilir. Daha sonra qatıq, doğramac və ayran verilə bilər.

Isti, uzun günlü avqust ayında oruc tutmaq bir az çətindir. Oruc tutmaq istəyən bəzi adamları isə ən çox qoxrudan da məhz isti və uzun gündür. Bütün oruc tutanlar iftar sonrası səhərə qədər 2 litrə qədər su içməlidirlər. Ən azından 2 stəkan bitki çayı, bol-bol ayran, qatıq və vişnə kompotu içmək vacibdir.

Iftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Acqarına, bütün günü dincələn orqanizmi qəfil ağır, çeşid-çeşid qidalarla yükləmək düzgün deyil. Dadlı, yağlı, ədviyəli Ardı »

RamazanİSLAM DİNİNDƏ "BİZ" VƏ "FAYDA” HİKMƏTİ ANLAYIŞI

[color=#fe8c8c]Özünü ruhi – mənəvi həyata yönəltmək istəyən bəzi kimsələr var ki, dünyadan əl və ətəyini tamamən çəkmiş halda yaşayırlar. Bunlar əlbəttə ki, mələkləri xatırladırlar. Lakin getdikləri bu yolun faydası yalnız özlərinədir ki, insan cəmiyyəti bundan heç bir fayda götürə bilmir. Bütün bu kimsələr insanın ruh və bədəndən ibarət mütəşəkkil bir quruluşu olduğunu unutmuşlar. Bu vəziyyət nəticəsində belə insanların Yaradan qarşısında heç bir dəyəri qalmır. Belə ki, hər bir şeyi səbəblər və nəticələr zənciri halında yaradan və hər bir səbəb – nəticə örtüyünün arxasında hikmət qoyan Rəbbimiz ən böyük var olma səbəblərindən, qüvvəsindən ən başlıca olaraq fayda hikmətini yaratmışdır, var etmişdir. Hər Ardı »

RamazanRAMAZAN AYI HAQQINDA BİLMƏDIKLƏRİMİZ

[color=#fe8c8c]Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. Ramazan, ərəbcə bir sözdür. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət belə ifadə olunmuşdur:

1- Yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasına "ramda" sözündən alınmışdır.

Bu yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günah çirklərindən təmizləyər. Necə ki bir hədis-i şərifdə Peyğəmbər Əfəndimiz (s.ə.s); Kim inanaraq və alacağı savabı Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar" (Buxari, Savm, VI) buyurmuşdur.

2- Günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasına olan "ramad" sözündən Ardı »

RamazanOrucun hikmətləri

Ramazan ayındakı oruc, İslamiyyətin beş şərtindən birincilərindəndir və İslam hökmlərinin ən mühümlərindəndir. Ramazandakı oruc sadəcə ac qalmaqdan ibarət deyil; saymaqla bitməyən bir çox hikmətləri vardır. Bu hikmətlərin bəzilərindən bəhs edək:

1- Allahu Təala yer üzünü bir nemət süfrəsi kimi yaradıb, hədsiz və hesabsız nemətlərlə doldurmuşdur. Bununla öz, “rübubiyyətini”, “rəhmaniyyətini” və “rəhimiyyətini” insanlara göstərmişdir. Ancaq insanlar qəflət pərdəsi altında olduqları və unutduqları üçün bu həqiqəti aydın şəkildə görə bilmirlər. Ramazan ayında isə insanların qəflətləri qırılır və o Uca Rəbbə qarşı həqiqi bir “abd”, həqiqi “qul” vəzifələrini xatırlayırlar. Həm də bütünlüklə, bütün aləmi-İslam ilə birlikdə.

2-İnsanlar məişət, yəni keçimlərinmə görə fərqli yaradılmışdır.Beləliklə, Uca Yaradan Ardı »

RamazanYALANÇI ACLIQ

[color=#fd5b36]Nəhayət ki, saatlarla gözlədiyin bir yay gününün sonunda süfrə arxasına oturursan. Qarşında fərqli növdə naz-nemətlər düzülüb. Suyu, təbii şirəsi, qatığı, ayranı, xurması, şorbası, əti, toyuğu, düyüsü, meyvəsi, şirniyyatı və s.

Ramazandır axı, qoy süfrələrimiz ruzili, bərəkətli olsun. Orucu da tutaq, Allah verəndən də yeyək. Bizə nə Somalidə acından ölürlər. Biz də bütün günü ac idik. Günorta vaxtı başqasının evindən, kafe və restoranlardan dadlı, ləzətli, ətirli yemək iyi gəlsə də, dodaqlarımız susuzluqdan çatlasa da, səbir etdik, oruc tutduq. İndi isə Allahın bizə verdikləri ilə baş başayıq...

Orucumuzu açmağa dəqiqələr qalır. Gah bu təqvimə baxırsan, gah da o təqvimə. Gah dostuna mesaj yazırsan, gah Ardı »

RamazanMerac

(Ramazan ayının 17-nə keçən gecə Merac gecəsidir)

"Bəzi ayətlərimizi göstərmək üçün öz bəndəsini bir gecədə Məscidül-haramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da hər şeyi eşidən və biləndir" (İsra, 1).

Gecənin qaranlığı səmanı bürümüşdü. Sükut hər yerə hökm etməkdə idi. İnsanlar çoxdan yatmışdılar. Yalnız Allahın Rəsulu Həzrəti Muhəmməd (s) gecədən xeyli keçməsinə baxmayaraq, həmişə olduğu kimi, yenə də oyaq qalıb, öz zikr və duaları ilə səssizliyi pozurdu. Bu zaman vəhy mələyi Cəbrail (ə) nazil olub o həzrətə buyurdu: "Bu gecə səni böyük bir səfər gözləyir. Allahın istəyi budur ki, bu gecə sənə hələ heç kəsin görmədiyi mənzərələri göstərsin"…

…Bu Ardı »