Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran HaqqındaQURANI TANIYAQ

10. Mufassaldır (Fəsillər və Bölümlər Halında Açıqlayan bir Kitabdır)
7:52. And olsun, biz onlara bir Kitab göndərdik; iman edəcək bir topluluğa bir hidayət və bir rəhmət olmaq üzrə tam bir elm ilə onu fərqli formalarda açıqladıq.
11:1. Əlif, Lam, Ra, (Bu,) Ayələri saflaşdırılmış, sonra hökm və hikmət sahibi olan və hər şeydən xəbərdar olan (Allah) tərəfindən bir-bir (bölüm - bölüm) açıqlanmış bir Kitabdır...
12:111. And olsun, onların qissələrində düşünən ağıl sahibləri üçün ibrətlər vardır. (Bu Quran) uydurulmuş bir söz deyildir. Lakin özündən öncəkiləri təsdiqləyən, hər şeyin “fərqli üsullarla müfəssəl açıqlayan” və iman edəcək bir topluluq üçün hidayət və rəhmətdir.
17:106. Onu bir Ardı »

Quran HaqqındaMÜQƏDDƏS QURANIN TƏFSİRİ (Kitab barəsində alimlərin rəyləri)

Şeyx Muhəmməd b. Saleh əl-Useyminin
TƏQDİMATI

Həmd yalnız Allaha məxsusdur.
Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, səhabələrinə və Qiyamət gününədək yaxşılıqda onların ardınca gedənlərə salavat və salam olsun!
Daha sonra, dəyərli şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Teysirul-Kərimur-Rəhman fi Təfsiri Kəlamul-Mənnan” adlı əsəri özünə xas bir çox xüsusiyyətlərinə görə Quran təfsirlərinin ən yaxşılarından biri hesab edilir.
Bu Təfsir aşağıdakı xüsusiyyətlərə malikdir:
onun yazılmasında müəllif hər kəsin başa düşə biləcəyi asan və aydın ifadələrdən istifadə etmişdir;
oxucunun fikrini yayındıran və vaxtını aparan, düşüncə üçün heç bir faydası olmayan lüzumsuz uzadılmalardan və əlavələrdən çəkinilmişdir;
xatırlanmasına ehtiyac duyulan əsaslı ziddiyyətlərdən başqa, digər ixtilaflı məsələlərə toxunulmamışdır. Kitabın bu xüsusiyyəti oxucunun fikrini müəyyən Ardı »

Quran HaqqındaƏt Tibyan fi təfsiril Quran

Haqqında

"Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir.

Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Ardı »

Quran HaqqındaQuran oxumağın fəzilətləri

Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur. Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir.

Hər kim bu iki dünyada xoşbəxt həyata nail olmaq istəsə, gecə və gündüz Quranla ünsiyyətdə olmalı və onu özündə yaşatmalıdır. Hər gün onunla öz əhd-peymanını təzələməli və əhdinə vəfadar olmalıdır. Quranla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük addımları Quranla atar və gördükləri bütün işləri Quranla yerinə yetirərlər.

Quran tilavətinin fəziləti barəsində onlarla hədis və rəvayət nəql olunmuşdur. Biz burada onlardan yalnız bir neçəsini təqdim edirik.
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Ardı »

Quran HaqqındaQuran bəlağətinin ecazkarlığı

Bəşəriyyəti vəhy lütfündən məhrum etməyən Uca Tanrı hər bir peyğəmbərinə, Onun həqiqi elçisi olduğunu dövründəki insanlara isbat etmək üçün fövqəltəbii əməllər (möcüzələr) edəbilmə gücü vermişdir.Buna görə də hər peyğəmbər, özünü yaşadığı dövrün cəmiyyətinə qəbul etdirə bilməsi üçün o dövrün insanlarının rəğbət bəslədiyi sahələrlə əlaqəli olan və mövcud sivilizasiyanın ən öndə gedən xarakterik cəhətlərini özündə əks etdirən fenomenlər qarşısında möcüzələr göstərmişlər. Bunun belə olması ilahi hikmətin səciyyəvi təzahürü idi. Çünki əks təqdirdə möcuzənin qəbul edilib anlaşılması mümkün olmazdı. Belə hikmətin bir misalı olaraq, Həzrəti Musa dövründə sehrin, Həzrəti İsa dövründə isə tibbin ən irəliləmiş sahələr hesab edildiyindən onlara verilən möcüzələrin əksəriyyətinin bu Ardı »

Quran HaqqındaRəcəb ayı

“Rəcəb, Behiştdə süddən ağ, baldan şirin bir çayın adıdır.” (İmam Kazim (Ona salam olsun!)). “Ərhəmər-Rahimin” olan Allah, bəndələrinin günahdan təmizlənib, qəlblərinin imanla dolması, beləliklə də, Allaha yaxınlaşmaları üçün, müəyyən vasitələr qərar vermişdir. Eə bir vasitələr ki, həqiqətən də, onlardan lazımınca istifadə edə bilsək, xeyir əldə edənlərdən və nicat tapanlardan olarıq. Şərafət və fəziləti böyük olan, dua və ibadət ayı kimi tanıdığımız üç ay – Rəcəb, Şaban və Ramazan ayları da həmin vasitələrdəndir.

İbadət etmək, oruc tutmaq, Allahdan bağışlanma diləyib tövbə etmək və duaya məşğul olmaq, adları çəkilən aylarda daha çox tövsiyyə edilmişdir. Müsəlman şəxs bu zaman çərçivəsində mənəviyyatını kamilləşdirmək və nuraniyyətini artırmaq Ardı »

Quran HaqqındaQurani Kərimin riyazi möcüzələri

Quranın indiyə qədər araşdırdığımız möcüzəvi xüsusiyyətlərindən əlavə bir də "riyazi möcüzə"ləri vardır. Bu möcüzəyə bir nümunə, Qurandakı bəzi söz təkrarlarının eyni sayda olmasıdır. Bir-biriylə əlaqədar bəzi sözlər çaşdırıcı bir şəkildə eyni ədəddə təkrarlanarlar. Aşağıda, bu cür sözlər və Quran içindəki təkrarlanma sayları göstərilmişdir.

1. Yeddi göy" təbiri 7 dəfə keçir. "Göylərin yaradılışı (xalqı səmavat)" ifadəsi də 7 dəfə təkrarlanar.

2. "Gün (yəvm)" tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni "günlər (eyyam və yevmeyn)" sözləri 30 dəfə təkrarlanar. "Ay" sözünün təkrar sayı isə 12dir.

3. Bitki" və "ağac" sözlərinin təkrar sayı eynidir: 26

4. "Cəza (qarşılıq)" sözü 117 dəfə keçir, Quranın təməl əxlaq xüsusiyyətlərindən olan "məğfirət Ardı »

Quran HaqqındaQURANIN "QURAN"DAKI ADLARI (1)

[color=#fd5b36]Qaynağı “Uca Allah”, gətirəni “Cəbrayıl (as)”, təbliğçisi “Həzrəti Muhəmməd”, muxatabı “bütün insanlıq” və missiyası da “insanları qaranlıqdan aydınlığa çıxartmaq” olan Qurani Kərim, Uca Allahın insanoğluna göndərdiyi son ilahi məktubdur. Bu məktubu daha yaxşı tanımaq və mesajını qavramaq üçün Quranın bəzi isimlərini və sifətlərini, mənalarını, tərifini, anlaşılmağının vacibliyini və surələrinin xüsusiyyətlərini bilmək lazımdır.

A) Quranı Kərimin Qurandakı adları
Bu başlıqda filoloji izahatlara çox yer vermədən Uca Allahın ilahi mesaja verdiyi adların bir qismindən danışacağıq.
1. əl-Quran
İlahi mesajın ən çox yayılmış və əslinə uyğun olan adı budur. “Toplamaq, bir yerə yığmaq, oxumaq, çox oxunan şey” mənalarına gələn Quran kəlməsinin kökü ümumi qənaətə görə k-r-ə-dir [1]. Ardı »