Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran HaqqındaQURAN TƏHRİF OLUNUBMU?

Qurani-kərimin nazil olmasından 14 əsr keçsə də, bu müqəddəs kitabın özəllikləri barədə müzakirələr səngimək bilmir. Quranın qədim (əzəli) yoxsa hadis (yaradılmış) bir kitab olması, təhrif edilib-edilməməsi, Qurandakı nasix və mənsux ayələrin sayı barədə mübahisələr İslam tarixinin bəzi dönəmlərində o qədər şiddət qazanıb ki, hətta bu məsələlərdə bir mövqeyə mənsub olan şəxslər əks tərəfi küfrdə ittiham etməkdən də çəkinməyiblər. Demək olar ki, həmişə aktual olan və bəzi qərəzli qüvvələr tərəfindən hər zaman gündəmdə saxlanılan probelmlərdən biri də Quranın təhrif olunub-olunmaması məsələsidir. Günümüzdə istər internet saytlarındakı forum müzakirələrində, istərsə də çap olunan kitablarda Quranın təhrifi məsələsinin tez-tez qabardıldığının şahidi oluruq. Özü də bir Ardı »

Quran HaqqındaŞəban ayının fəziləti və əməlləri

Bu ay çox fəzilətli aydır. Bu ayın fəziləti barədə Peyğəmbərin bu sözləri kifayət edir, buyurur: "Şəban ayı mənim ayımdır və Allah rəhmət etsin o kəsə ki, bu ayda mənə kömək edər".Həzrət bu ayı axıra kimi oruc tutar, arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Həmçinin, Həzrət buyurur: "Hər kəs bu ayın bir gününü oruc tutsa, cənnət ona vacib olar". İmam Sadiqdən belə nəql edilmişdir ki, İmam Səccad şəban ayı girdiyi zaman səhabələrini toplayar və onlara belə buyurardı: "Səhabələrim (Dostlarım)! Bu ayın nə olduğunu bilirsinizmi? Bu şəban ayıdır. Cəddim Rəsulullah (s) belə buyurub: "Şəban mənim ayımdır, bu ayı Peyğəmbərinizin Ardı »

Quran HaqqındaMÜQƏDDƏS QURANIN TƏFSİRİ (ÖN SÖZ)

SƏXAVƏTLİ VƏ MƏRHƏMƏTLİ ALLAHDAN GƏLƏN ASANLAŞDIRMA

Əbdürrəhman bin Nasir əs-Səədi

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

əs-Səədi, Əbdürrəhman ibn Nasir
Müqəddəs Quranın Təfsiri, “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma”. 6 cilddə, I c. /Əbdürrəhman ibn Nasir əs-Səədi; rus dil. tərc. F.S.Qurbanov. – Bakı. 2008. – 637 s.




Annotasiya:
Şeyx Əbdürrəhman ibn Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı əsəri Müqəddəs Quranın geniş yayılmış və İslam milləti tərəfindən çox yaxşı qəbul edilmiş dərin elmi təfsirlərindən biridir. Bu əsər çox sadə dildə yazılmışdır və ona görə geniş oxucu kütləsi üçün asan başa düşüləndir.
Bu, Müqəddəs Quran ayələrinin bəhs etdiyi bütün Ardı »

Quran HaqqındaQURANIN ECAZI

Ərəb dilindən tərcüməsi «başqalarını aciz etmək» mənasını verir. Qurani-kərimin bənzərsizliyi və təkrarsızlığı barədə istifadə edilən termindir.

Qurani-kərim bənzərsiz bir kitabdır. Həzrət Mühəmməd Peyğəmbərin (s) sözləri ilə desək, «Quran kəlmələrinin başqa sözlərdən üstünlüyü Allahın başqa varlıqlardan üstünlüyü kimidir». Allahdan savayı heç kim Qurana bənzər kitab yaratmağa qadir deyil. Qurani-kərimin bu bənzərsizlik və təkrarsızlığına «ecaz» deyirlər.
Quranın ecazını əsasən iki istiqamətdə aydın şəkildə görmək mümkündür: ədəbi sahədə və elmi sahədə.

a) ƏDƏBİ ECAZ
Qurani-kərimin kəlmələrinin zahiri və batini mənaları, düzülüşü, həmahəngliyi və s. xüsusiyyətlər birləşərək Quranın daxilində yalnız ona xas olan bir nizam-intizam yaradır; bu, ədəbi ecazdır. Quran ayələri özünəməxsus qafiyə və ahəngə tabedir, eyni zamanda şeirdən Ardı »

Quran HaqqındaÜrəyin sirrləri Quran işığında

[color=#a476af]Ürək sadəcə bədəndə qanın dövr etməsini təmin edən bir orqan deyildir. Başqa vəzifələri də vardır.
Alimlərin son araşdırmalarından sonra məlum olub ki, ürəyin içində 40000-ə yaxın sinir hüceyrəsindən ibarət olan bir beyin mərkəzi yerləşir.
Ürəkdəki bu beyin mərkəzi baş beynin təyin edəcəyi vəzifələrin istiqamətləndirmə funksiyasını daşıyır.
Bu haqqda Qurani-Kərim belə buyurur: “Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir Ardı »

Quran HaqqındaQuran Şerhleri

1. əl-Fatihə surəsi

1 Surənin “Umm əl-Kitab-Kitabın anası”, “əl-Fatihə və əl-Həmd” adları da var.
2 Burada əl-həmdü lillahi niyyət yox, təsdiqdir. Bəzilərinin mülahizələrinə görə, əlhəmdü ifadəsində şükür mənası da var (əş-şukru lillahi).
3 Yəhudilərdə qarşılığı ribbon ha “olimim”dir.
4 Burada söhbət müsəlmanlardan gedir.
5 Söhbət əhli-kitabdan, yəni yəhudilərdən və xaçpərəstlərdən gedir, çünki onların müqəddəs kitabları (Tövrat, İncil) vardır.
6 Söhbət kafirlərdən-məcuslardan, atəşpərəstlərdən, bütpərəstlərdən gedir.


2. əl-Bəqərə surəsi

1 Quranın ikinci surəsinə “İnək” adının verilməsi Kitabi-müqəddəsdə olan bir hekayətin (bax Ədad, VII, 63-68; XIX, 1-10; Təsniyə, XXI, 1-9; qatili məlum olmayan bir kəsə diyət (qanbahası) olaraq bir inək qurban etmək haqqında) son hissəsinin; peyğəmbərlərə hər Ardı »

Quran HaqqındaBƏZİ SURƏLƏRİN ƏVVƏLİNDƏ GƏLƏN TƏK HƏRFLƏR –“MÜQƏTTƏƏ HƏRFLƏRİ”, NƏYİ BİLDİRİR?

“MÜQƏTTƏƏ HƏRFLƏRİ” sözünün ərəb dilindən tərcüməsi “kəsik, tək-tək hərflər” deməkdir. Bəzən “təhəcci” (heca) hərfləri də adlandırılır. Qurani-kərimin 29 surəsinin əvvəlində işlədilən, hər hansı mənanı ifadə etməyən ayrı-ayrı hərflərə deyilir.



Müqəttəə hərflər ərəb əlifbasının 14 hərfini əhatə edir: əlif, he, ha, ta, ye, kaf, lam, mim, nun, sin, ayn, qaf, sad və ra. Bu hərflər bəzən tək, bəzən cüt halda, bəzən də üç, dörd və beş hərfin kombinasiyası şəklində işlədilib. Məsələn: qaf, ya-sin, əlif-lam-mim, əlif-lam-mim-sad, ha-mim-ayn-sin-qaf.



Müqəttə hərflərin hansı mənanı ifadə etdiyi barədə irəli sürülmüş nəzəriyyələr həddən artıq rəngarəngdir. Məsələn, nəzəriyyələrin birinə görə, Allah surələrin əvvəlinə adi ərəb hərflərini əlavə etməklə insanlara Ardı »