Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TibbLeykositlər

Leykositlər (latınca: λευκως) – ağ qan hüceyrələri də deyilir. Ağ qan hüceyrələrinin hüceyrə nüvəsi vardır və immunitet sisteminin (immun sistemi) verdiyi vəzifələri edər. Leykosit sayı normal olaraq 4000-6000 mikro litrdir, yəni mikro litrdə bu qədər olur. Bir insanın qanında 25 milyard leykosit olur, lakin əsl % 95i ehtiva edən leykositlər toxumalardadır. Hər hansı bir infeksiya halında sümük ilikləri də lazımlı olan lökositleri çıxarar. Şüa və kemoterapi görənlərin sümük ilikləri kifayət qədər lökosit üretemeyebilir. Bu səbəblə bu xəstələrin xəstəliyə tutulmaları halında diqqət yetirmələri lazımdır.

Bədənə girən mikroorganizmalara qarşı qoruyucu xüsusiyyətdə olan hüceyrələrdir.

Leykositlər granulositler və agranulositler olmaq üzrə iki qrupda araşdırılar.
Granulositler

Sitoplazmalarında granüllerin tapıldığı lekositlerdir. Ardı »

TibbAteroskleroz

Ateroskleroz - Arteriya intimasında plazma mənşəli aterogenik lipoproteinlərin toplanması nəticəsində yaranan iltihabi-fibroproliferativ prosesdir. Ateroskleroz ateromalar və ya ateromatoz və ya fibroz-yağlı lövhələr damar mənfəzinə doğru qabaran və mənfəzi daraldan, tunica medianı zəiflədən və ciddi ağırlaşmalar törədə bilən intimal zədələnmələrlə xarakterikdir.

Ateroskleroz əsasən elastik tipli arteriyalarla (məs,aorta,yuxu və qalça arteriyaları)böyük və orta ölçülü əzələ tipli arteriyalarda (məs, koronar və dizaltı arteriayalar) olur. Ardı »

TibbHidrosefal

Hidrosefal (ing. Hydrocephalus) - Beyinə su yığılması nəticəsində başın genişlənməsi ilə müşahidə olunan xəstəlik.
Xəstəlik tarixi

Hidrosefal xəstəliyi haqqında ilkin məlumatlar eradan əvvəl 2500-cü ildən eramızın 500-cü ilinə qədər olan dövrdə verilmişdir. Hidrosefal diyaqnozu ilk dəfə Hipokrat tərəfindən qoyulmuşdur. II əsrdə yaşamış Roma alimi Qalen Hidrosfel xəstəliyi haqqında ilk dəfə ətraflı məlumat vermişdir. Tanınmış Ərəb alimi Əbu əl Qasım əl Zəhravi tərəfindən X əsrdə yazılmış Əl-Təsarif əsərində Hidrosefal xəstəliyinə tutulmuş, uşaqların müalicə üsullarını yazmışdır. Əl Zəhravi xəstəliyin yaranma səbəbi kimi uşağın beynində yaranan təziqi göstərmişdir. Kitabda bu barədə olan bölmündə deyilir:
" Yeni doğulan körpənin, cətin doğulması nəticəsində beyninə su yığılması baş verə bilər. Ardı »

TibbMitral qapaq çatışmazlığı

Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq — anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların iltihabi prosseslərlə: revmatizma, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arteriit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış olur.
Etiologiyası

Mitral çatışmazlıq qapaq həlqəsinin, qapaq qanadcıqlarının, qapaq vətər tellərinin və məməyəbənzər əzələnin hər hansı patoloji dəyişikliyə məruz qalmasından meydana çıxmış olur. Həlqə dilatasiyasına ürəyin sol mədəciyinin genişlənməsi, həlqə kirəcləşməsinə isə arterial hipertoniya, aorta daralması, şəkərli diabet, Marfan sindromu və s. səbəb ola bilir. Vətər tellərinin qırılmasına və ya cırılmasına infeksion endokardit, revmatik hərarət və travma səbəb ola bilər.

Səbəblərinə görə mitral çatmamazlıq aşağıdakı kimi ola bilər:

Ardı »

TibbQaraciyər transplantasiyası

Qaraciyər transplantasiyası, qaraciyər köçürülməsi donordan götürülmüş tam qaraciyər və ya onun bir hissəsinin respiyentə – qaraciyər patologiyalı (bura uşaqlarda əsasən öd yollarının qüsurlu inkişafı, yeniyetmələrdə maddələr mübadiləsi pozğunluqlu patalogiyalar, böyüklərdə qaraciyər serrozunun son həddi daxildir.) xəstəyə cərrahi yolla köçürülməsi əməliyyatı.
Əməliyyatın gedişi

Əməliyyatı şərti olaraq iki azad edilmə və köçürülmə mərhələlərə bölmək olar.
Orqanın götürülməsi

Qaraciyər köçürülməsi əməliyyatı ilk olaraq respientin (yəni orqan köçürülənin) qarın boşluğunun yarılması, xəstə qaraciyər ətraf birləşdirici toxuma və strukturlardan, aparıcı və gətirici damarlar, sinirlərdən azad edilir. Dah asonra ümumi öd axacağıni (lat. ductus choledochus) mumkün qədər qaraciyərə yaxın hissədən kəsərək azad edilir. Növbəti addım qaraciyər arteriyasının (lat. a. Ardı »

TibbQan - Umumi

Qan (lat. sanguis; yun. haima) – orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan, limfa və hüceyrəarası maye birlikdə orqanizmin daxili mühitini əmələ gətirir. Qan öz hərəkəri zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkərini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3-4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 7%-ni qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur. Qan Ardı »

TibbQulaqcıqlararası çəpərin qüsuru

Qulaqcıqlararası çəpərin qüsuru – geniş yayılmış və qadınlarda daha çox rast gəlinən, qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmaına səbəb olan anadangəlmə ürək qüsuru xəstəliyi. Bura qapanmamış oval dəlik patologiyası aid deyildir.
Patoanatomiyası

Qulaqcıqlararası çəpərin qüsuru müxtəlif olçüdə olmaqla, hər iki qulaqcıq arasında rabitə yaratmaqla arterial qanın venoz qanla qovuşmasına səbəb olur. Anotomik lokalizasiyasına görə təsnif olunurlar:

lat. ostium sekundum, oval çuxur lat. fossa ovalis nahiyyəsində çox təsadüf edilən qüsur olub, bəzən ikitaylı qapağın prolapsı (sallaq qalması) ilə müşaiyət olunur.
lat. ostium primum, ümumi atrioventrikulyar kanal kimi mürəkkəb qüsurun bir hissəsi sayılır. Adətəh oval çuxurun Ardı »

TibbNikolay Piroqov

Həyatı

Nikolay İvanoviç Piroqov 13 noyabr 1810-cu ildə Moskva şəhərində hərbi xəzinadar, mayor İvan İvanoviç Piroqovun ailəsində doğulmuşdur. 14 yaşında Piroqov Moskva universitetinin tibb fakültəsinə qəbul olunur. Orada o, rus həkimləri və anatomlarının məktəbini yaratmış E.O.Muxinin (1766-1850) ən yaxşı tələbəsi olur. 18 yaşında Piroqov öz müəlliminin tövsiyyəsi ilə Moskva universitetinin diplomunu alır və təhsilini davam etdirmək üçün Derptə (Tartu) professor institutuna göndərilir. O zaman bu universitet Rusiyada ən yaxşı universitet hesab olunurdu. Burada, cərrahiyyə klinikasında Piroqov beş il işləyir, iyirmi altı yaşında ikən müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə edir və Derpt universiteti (indiki Tartu universiteti) professoru seçilir. Bu müddətdə o, anatomiyaya böyük diqqət Ardı »