Tibb → Dendrit
Dendrit (yun. déndron, azərb. ağac) - Neyronun 2 çıxıntısından biri olan qısa və çox şaxələnən çıxıntılardır. Sinir impulsları bu hüceyrələrlə daxil olur. Ardı »
Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən
Dendrit (yun. déndron, azərb. ağac) - Neyronun 2 çıxıntısından biri olan qısa və çox şaxələnən çıxıntılardır. Sinir impulsları bu hüceyrələrlə daxil olur. Ardı »
Spinal anesteziya, Onurğa beyni anesteziyası ya qısa olaraq SPA (lat. spinalis – onurğa sütunu, "an-" yun. αἴσθησις) regional anesteziyanın bir növü. bu zaman onurğa kanalına (onurğa mayesinə) yeridilmiş yerli keyləşdirici məhlulun təsirindən impuls ötürücülüyü onurğa beyni səviyyəsində bloklanmış, nəticə etibarilə onurğa beyninin anesteziya hissəsinə müvafiq bədən nahiyyəsinin hissiyyatı sönmüş olur. Belə ki, həmin nahiyənin ağrı, temperatur, taktil – toxunma hissiyatı və xüsusən ətrafların hərəkət funksiyaları pozulmuş olur.
Tarixi
İlk dəfə olaraq Avqust Bir (1861–1949) assistenti Avqust Hildebrant ilə 1898 ildə Kildə kokain məhlulunu onurğa kanalına yeridərək, regional anesteziyanın bir növü olan spinal (onurğa beyni) anesteziyasını icra etmişdir. Lakin anesteziya Ardı »
Vərdiş – insanın təlim və iş prosesi dövründə qazandığı, təkmilləşdirdiyi və lazım olan anda asanlıqla (avtomatik şəkildə) tətbiq edə bildiyi avtomatlaşmış hərəkətlərdir.Hərəkətlərin yalnız tənzim və icra üsulları avtomatlaşır, sensor nəzarət saxlanılır. Vərdişlər mümarisələr sayəsində şüurlu şəkildə formalaşır. Mərhələləri: analitik,sintetik və avtomatlaşma. Ardı »
Bronxoskopiya, traxeobronxoskopiya (yun. βρόγχος - bronxa, nəfəs yoluna; σκοπέω - baxıram) xüsusi cihaz - fibrobronxoskop vasitəsilə bilavasitə tənəffüs yollarının: qırtlaq, nəfəs borusu, bronxların selikli qişalarının, mənfəzlərinin vizual müayinəsi. Fibrobronxoskop fibrooptik liflərdən ibarət, işıq mənbəyi eləcə də manitora çıxışlı videoya fotokamera ilə əlaqələndirilmiş elastik bir boru olub, vasitəsi ilə nəinki vizual müayinə həmçinin üzərində olan manipulyatorlar vasitəsi ilə dioqnostik-labarotor müayinə üçün materiallar: biopsiya, selik, bəlğəm, yad cisim və s. götürmək və bütün icra edilən müdaxiləni yaddaşa köçürüb arxivləşdirmək mümkündür. Bronxoskopiya həm müalicə həm də diaqnostik müayinə məqsədi ilə tətbiq edilir. Ardı »
Kardiologiya – tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir. Ardı »
Həyatı
1915-ci ildə Paris şəhərində doğulmuşdur, anası Annetta Covanni Maillard, yarı italyan, yarı əfqan əsilli bir köçəri tayfadan idi. Atası Liuz Alfonz Qassion isə küçələrdə oyunbazlıq edən bir kəndirbaz idi. O, küçədə tretuarda doğulub və ilk səhnəsi də küçə olub. Ata müharibədə, ana da uşağı alkoqolik nənə və babanın yanında qoyub dönüşü çətin olan yola üz qoyur. Günlərin bir günü ata müharibədən qayıdır və Editi də özü ilə fahişəxanada saxlayan anasının yanına gətirir. Editin ən qayğısız uşaqlıq həyatı burda- bu iyrənc məkanda keçir. Daha sonra atası onu özü ilə küçələrdə gəzdirib, mahnı oxutduraraq pul qazanırdı, onun küçələrdə ifa etdiyi mahnı isə, uşaq Ardı »
Xroniki yorğunluq sindromu — XX əsrin tibb praktikasında kəşf olunan xəstəliklərdən biri. Etiologiyası tam məlum deyil.
Geniş yayılmış bu xəstəlik hələ 1930-1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb. 80-ci illərin əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil etməyə imkan verdi. Lakin bu günə qədər xəstəlik haqqında bir çox müəmmalar mövcuddur.
Xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə həkim Pol Çeyni tərəfindən təsvir edilmişdir. Bu xəstəlik cavan ali təhsilli adamlar arasında geniş yayıldığı üçün onu bəzən məcazi mənada “cavan karyeristlərin qripi” də adlandırırlar. ABŞ-da aparılan araşdırmalara əsəsən ölkədə 10 milyonadək insan bu sindromdan əziyyət çəkir.
Xəstəliyin klinikası
Psixoterapevtlərin Ardı »
Zədə (yun. τραῦμα, yara) — xarici faktorlar nəticəsində orqanizmin fiziki zədələnməsi.
Yaralayan faktora görə zədələr mexaniki (əzilmə, sümük sınığı və s.), termik (yanıq, şaxta vurma), kimyəvi zədə, barozədə (atmosfer təzyiqinin dəyişməsi nəticəsində), elektrik cərəyanının vurması və s., həmçinin kombinə olunmuş olur.
Zədə alınmasına görə zədələnmə məişət, idman, istehsalat, döyüş idman növlərinin təsiri nəticəsində olur.
Ədəbiyyat
Волков В.Н., Датий А.В. Судебная медицина: Учебное пособие для вузов / Под ред. проф. А.Ф.Волынского. — М.: ЮНИТИ-ДАНА, Закон и право, 2000. — 639 с. «Юнити» 2000
Пиголкин Ю.И., Баринов Е.Х. Судебная медицина: Учебник / Под ред. Д.В.Богомолов, И.Н.Богомолова. — М.:ГЭОТАР-МЕД, 2002. — Ardı »