Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TibbAddiksiya

Addiksiya — hər hansı bir fəaliyyət növü ilə məşğul olmaq istəyi. Məsələn, alkaqolizm, narkomaniya, siqaret çəkmək, günün çox hissəsini İnternetdə keçirmək də addiksiyaya aiddir.

Alkoqolizm daha çox bir problem kimi fiziki deyil, daha çox psixoloji xarakter daşıyır Ardı »

TibbSüni qan dövranı aparatı

Süni qan dövranı aparatı (SQDA) və ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı xəstənin həyativacib orqanlarının funksiyalarını qismən və tam öz üzərinə götürən xüsusi tibbi cihazdır.
Süni qan dövranı aparatı əsasən Ürək cərahiyyəsində tətbiq edilir. Reanimasiya şöbəsində isə intensiv tibbi yardıma ehtiyac olan xəstələrdə onun birqədər xüsusiləşdirilmiş formasından - ekstrakorporal membranoksigenator (ELMO) aparatından istifadə edilir.

Süni qan dövranı aparatına daşıdığı funksiyaya uyğun iki mühüm hissə daxildir:

"Süni ürək" hissəyə, nasos, alıcı və ötürücü borular, qan dövranının sürət və həcmini tənzimləyən pult daxildir;
"Süni ağciyər" hissəyə qazlar mübadiləsini (venoz sistemdən aşağı boş vena və yuxarı boş Ardı »

TibbHipoqlikemiya

Hipoqlikemiya — qanda şəkərin normadan az olmasıdır (normal həddən az). Qanda şəkərin miqdarı 3,3 mmol/l-dən (60 mq %) az olduqda hipoqlikemiya yaranır. Ardı »

TibbNistaqm

Nistaqm (yun. nystagmos — mürgü, mürgüləmə)— göz almasının qeyri-iradi, ardıcıl, ritmik hərəkəti.

Bu hərəkətlər üfüqi, şaquli, dairəvi və diaqonal olur. Sağlam adamlarda da, məsələn, kresloda fırlandıqda, hərəkətdə olan qatara baxdıqda və s. ola bilər. Vestibulyar aparatın (labirintin), dəhliz-ilbiz sinirinin zədələnmələrindən, görmə itiliyinin anadangəlmə zəifliyindən və s.-dən patoloji nistaqm baş verir. Fizioloji nistaqm göz almasını tez-tez yana çevirdikdə, qulağı soyuq, yaxud ilıq su ilə yuduqda olur. Ardı »

TibbCərrahiyyə tarixi

Cərrahiyyə (cərrahlıq) - bədənə fiziki müdaxilə yoluyla diaqnoz, profilaktika və müalicə yollarını öyrənən tibb sahəsi.
Azərbaycanda cərrahlıq

Azərbaycanın Çalağantəpə məntəqəsində aparıılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. Əməliyyat çınqıl daşından hazırlanmış sкalpеllə yеrinə yеtirilmişdir və, çох güman кi, хəstənin ağrı və iztirablarını azaltmaq, məqsədini güdürdü. Bu tapıntı tunc-daş dövründə yaşayan cərrahların müəyyən biliк və səriştəyə maliк оlmasından хəbər vеrir.

E. ə. VIII—IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atroptena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar Ardı »

TibbLarinqoskop

Larinqoskop (yun. lærɪŋks + σκοπέω) qırtlaq + baxmaq) qırtlaq boşluğunu müayinə etmək və traxeyanın intubasiyasını icra etmək (qırtlağa işıqla baxmaq) üçün tibbi alət. Qırtlağa larinqoskopla baxdıqda əvvəlcə dilin kökünü, qırtlaq qapağını, qırtlaq girəcəyini və dəhlizini, dəhliz və səs büküşlərini, qırtlaq mədəciklərinə keçən dəlikləri və səs yarığını görmək mümkündür. Səs yarığı dərin nəfəs aldıqda xeyli genəlir, ancaq danışdıqda isə daralaraq xətt şəklini alır.
Larinqoskop növləri

a) Magill, Miller (düz formalı) tiyələri ilə
b) Makintoş (qovs şəkilli) tiyəsi ilə
c) Mkkoy (idarəolunan hərəkətli dimdikli) tiyəsi ilə
d) Bullard larinqoskopu Ardı »

TibbLeykositlər

Leykositlər (latınca: λευκως) – ağ qan hüceyrələri də deyilir. Ağ qan hüceyrələrinin hüceyrə nüvəsi vardır və immunitet sisteminin (immun sistemi) verdiyi vəzifələri edər. Leykosit sayı normal olaraq 4000-6000 mikro litrdir, yəni mikro litrdə bu qədər olur. Bir insanın qanında 25 milyard leykosit olur, lakin əsl % 95i ehtiva edən leykositlər toxumalardadır. Hər hansı bir infeksiya halında sümük ilikləri də lazımlı olan lökositleri çıxarar. Şüa və kemoterapi görənlərin sümük ilikləri kifayət qədər lökosit üretemeyebilir. Bu səbəblə bu xəstələrin xəstəliyə tutulmaları halında diqqət yetirmələri lazımdır.

Bədənə girən mikroorganizmalara qarşı qoruyucu xüsusiyyətdə olan hüceyrələrdir.

Leykositlər granulositler və agranulositler olmaq üzrə iki qrupda araşdırılar.
Granulositler

Sitoplazmalarında granüllerin tapıldığı lekositlerdir. Ardı »