Cavidan "Namə" → 10-cu hissə*
Bəs metrodakı qadın? Yox, yəni bu qədərmi sarsaq birisidir ki, tanımadığı cavan uşaqlara paylayır koordinatlarını? Ola bilərmi? Ola bilməzmi? Ya zəng eləsəm indicə? Ya o deyilsə? Ya ... Ya nə? “Lənət şeytana!”,- deyib, bir gözüm vizit kartında,bir gözüm telefonda rəqəmləri yığdım. - Eşidirəm, - eşitdiyim səs o qədər həlim, o qədər şirin, o qədər doğma idi ki! - Bağışlayın, bu nömrəni vizit kartında gördüm, kitabımın içinə buraxmışdı kimsə, maraqdan yığdım. - Həə, ola bilər... - Mən kitabları təkcə metroda əlimdən buraxmışam, orda kimsə imkan tapıb...sizi boşuna narahat elədimsə bağışlayın! - Metroda? Yadıma düşdü, hə,mən idim, kitablarınızı saxladım... - M.A.A.? - Aha, Ardı »