Cavidan "Namə" → 7-ci hissə*
Mətbəxə keçib pəncərəni açdım, qaranlığın sərinliyini içimə çəkdim, saçlarımı açdım, köynəyimin düymələrini də açdım, corablarımı çıxartdım, yalın ayaqlarımdan saçlarımın ucuna qədər keçib gedən soyuq ruhumdakı odu söndürə bilmədi, saata baxdım, gecə saat dördün yarısı idi, anama bir də baxıb vanna otağına keçdim. İlıq duşun altında ötən günlərin bütün ağırlığı, bütün acısı, bütün yorğunluğu canımdan çıxana qədər dayandım, yumulu gözlərimdən axıtdım içimi də yuyub təmizləyən ilıq damlaları, saçlarım boyunca oxşadı məni su, alnımdan, göz qapaqlarımdan, boynumdan, çiyinlərimdən, sinəmdən öpdü, əllərimə doldu ilıqlığı, belimdən, qollarımdan, dizlərimdən sürüşdü, saçlarımı qarışdırdı, üzümü qapadı, dodaqlarımı sıxdı...”səni sevirəm, sevirəm səni, sevirəm...”,pıçıldadı ruhum..bilmədim kimə, bilmədim necə, bilmədim nə Ardı »